M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Leksik normanın pozulmasına aid nümunələr



Yüklə 499,8 Kb.
səhifə57/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   53   54   55   56   57   58   59   60   ...   76
İAK.Kitab.son

Leksik normanın pozulmasına aid nümunələr:
1.Novruz bayramı günü onlar bizim qapımıza papaq tulladılar (atdılar)
2.Toyuqlar yuvalarına doluşdu ( hinə).
3.Gedib zər tulladıq ( atdıq).
4.At ayaqlarını şəklədi ( qulaqlarını).

  1. Onun maraqlı yaddaşı var ( iti).

  2. Aşağıdan yuxarıya ( yuxarıdan aşağıya) baxanda dağın dibindən axan çay görünürdü.

  3. Axırıncı zəng günü çox kövrəlmişdik ( son).

  4. Kənd itləri miyoldayırdı ( hürürdü).

  5. Hündür ( ali) mərtəbəyə çatmaq onun çoxdan kı arzusu idi.

  6. Stəkanlar stola sərildi ( stola düzüldü).

  7. İnci rəfiqəsi üçün boşqaba aş qoydu ( çəkdi)

  8. Dünən güclü ( dəhşətli) qətl hadisəsi törədilmişdi.

  9. Lalə onu tanımasınlar deyə qara eynək geyinmişdi ( taxmışdı).

  10. Quşlar gedib ağaca oturdular (qondular).

  11. Alma hələ göy idi ( yetişməmişdi), yeməli deyildi.

  12. Qız südü iri teştə yaydı ( tökdü).

  13. Anam qonaqlara çay tökdü (süzdü)

Leksik norma funksional üslublara görə də fərqlənir. Məsələn :bədii üslubda obrazlı sözlər, ifadələr geniş işləndiyi halda, elmi üslub üçün bu,xaraqterik deyil. Elmi üslubda terminlər üstünlük təşkil edir. Sözdən düzgün istifadə ilə yanaşı, nitq mədəniyyəti tələb edir ki, o dəqiq və ifadəli olsun, yəni məna incəliklərinə diqqət yetirməklə, müvafiq sinonim variantlardan faydalanmaqla işlədilsin.Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlər də çox ehtiyyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir. Bu tipli sözlərdən yalnız obrazı təqdim etmək, fərdiləşdirmək üçün istifadədə də, obrazın,bəzi hallarda isə müəllifin nitqində istifadəyə imkan verilir.
Dilimizin lüğət tərkibində elə sözlərə də rast gəlirik ki, onlar qədim tarixə malikdir.Bu köhnəlmiş sözlər qrupuna aid olan arxaizmlərdir.Bədii üslubda arxaizmlərdən bədii obrazın yaşadığı dövrə uyğun istifadə olunur, müasir dövrün tələblərinə uyğun olaraq isə bu sözlər yeni mənalar kəsb edib və ya dildə işləkliyini tamamilə itirib.Məsələn;
Ozan-aşıq
Qopuz-saz
Uçma-cənnət
Kəpənək-çuxa
Arı-təmiz
Tabu-cəhənnəm
Badə-ayaq
Bir qrup sözlər isə müəyyən dövrlərdə işlənib sonra isə öz dövrünü başa vurub dildə işləkliyini itirərək passiv sözlər qrupuna daxil olmuşdur.Məsələn, kolxoz, pioner, darğa, abbasi, çarıq, kəndxuda, kətta və s.
Dilin lüğət tərkibinə daxil olan terminlər də adi ümumişlək sözlərdən fərqlənir.Elm və texnikanın inkişafı ilə əlaqədar olaraq Avropa dillərindən alınmış söz-terminlər elmin bu və ya digər sahəsində işlənir və həmin sahə ilə bağlı adamların nitqi üçün xarakterikdir.Məsələn; sirroz, infarkt, insult, miokard təbabətə; karatedo, uşu, kikboksinq, muay tay və s.idmana; metafora, anafora, sinekdoxa, epitet, məsnəvi və s.ədəbiyyatşünaslığa; assimilyasiya, dissimilyasiya, metateza, eliziya, proteza, ellipik və s.kimi sözlər dilçiliyə aiddir.Terminlilik elmi üsluba aiddir .Lakin bədii və publisistik üslularda dar ixtisas sözlərinə çox yer verilməsi qüsur sayılır.Şifahi nitqdə isə şərait və məqamından asılı olaraq ( dərsdə, mühazirə və ya məruzədə) terminlərə müraciət olunur.
Hər bir söz müəyyən semantikaya malik olduğu üçün onun düzgün yerində işlədilməsi nitq sahibindən asılıdır.



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin