M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Natiqlik sənəti və onun sahələri diplomatik, hərbi, məhkəmə



Yüklə 499,8 Kb.
səhifə59/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   55   56   57   58   59   60   61   62   ...   76
İAK.Kitab.son

Natiqlik sənəti və onun sahələri diplomatik, hərbi, məhkəmə,
ictimai-siyasi və ekran-efir natiqliyi.

“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin tədrisində başlıca məqsəd tələbələrdə müxtəlif mövzulara aid akademik mətnlər tərtib etmək, təqdimatın hazırlamaq, şəxsi fikir və mülahizələrini yürütmək , üslubi cəhətdən düzgün elmi normalara yiyələnmək, fənlə bağlı kompentesiyaları ( bilik, bacarıq, vərdişlər ) inkişaf etdirməkdir. Eləcə də müxtəlif ixtisaslarda təhsil alan tələbələrimizə öz fikirlərini həm şifahi, həm yazılı formada düzgün, aydın, məntiqli, yığcam, anlaşıqlı şəkildə ifadə etmək bacarıq və vərdişlərinin yaradılmasına kömək etməkdir. Xüsusilə də tələbələrə sözlərin ustalıqla və sənətkarlıqla tələffüz edilməsini öyrənmək, onları müasir ədəbi dilimizin normalarına nitq və orfoepiya texnikasına, sərbəst çıxış etmək bacarığına, bədii oxu məharətinə yiyələndirməkdən ibarət olması məqsəddən doğan əsas vəzifələrdən biridir.


Natiqlik sənəti cəmiyyət üçün yeni-yeni natiqlər, təbliğatçılar yetişdirir. Hər hansı bir şəxs hansı sahə olursa olsun nitq, mühazirə, çıxış hazırlayırsa, həmin elmi dərindən öyrənir. Müasir dövrümüzdə xalq kütlələri arasında hər hansı bir məlumatı yaymaq üçün savadlı natiqlər tələb olunur. Əlbəttə, istedad əsas amillərdəndir. “Natiq olmaq üçün birinci, ən zəruri şərt təbiətin bəxş etdiyi istedaddır. Bu gün təhsil ocaqlarımızda onlarla müəllim natiqlik sənətinin inkişafına xidmət edir. Sual-cavablar, seminarlar, keçirilən ədəbi gecələr, disputlar, elmi mübahisələr natiqlik sənətinin inkişafına, yüksək nitq mədəniyyətinə yiyələnmək üçün geniş imkanlar açır.
Cəmiyyətimiz inkişaf etdikcə informasiya bolluğu yaranır. Televiziya, radio hər gün geniş informasiyanı əhatə edir. Hər bir natiqin şəxsi xüsusiyyətləri ilə bərabər fərdi üslubu da olmalıdır. Hər bir natiq nitqini qurarkən dildə işlənən sözləri saf-çürük edir, fikri dolğun, obrazlı ifadə etmək üçün dil vahidlərini düzgün seçib üzə çıxarır. Buna görə də natiq olmaq istəyən hər bir şəxs dilin incəliklərini bilməli, ondan düzgün istifadə etməlidir.
Artıq mütəxəssislərin diqqətini cəlb edən natiqlik sənəti elmi mübahisələrin yaranmasına şərait yaratmış və öz varlığını sübut etmişdir. 
Natiqlik sənəti dedikdə professional fəaliyyət sahəsi başa düşülür, digər bir tərəfdən isə həmin fəaliyyət sahəsindən danışan elm – ritorika nəzərdə tutulur.
Nitqi mövcud ədəbi normalara uyğun (düzgün) olmaqla yanaşı, həm də dəqiq və gözəl, ifadəli olan adamlar natiq adlanırlar. 
Natiqlik müəyyən peşəkarlıq tələb edən sənətdir.
Natiqlik sənətinə verilən əsas tələblər aşağıdakılardan ibarətdir:
1.Düzgün, dəqiq, gözəl və ifadəli danışmaq;
2.Auditoriyanın səviyyəsini nəzərə almaq, yəni auditoriya üçün anlaşıqlı olmaq;
3.Nitqin intonasiyasına, ritminə fikir vermək və həmin ritmin tələblərinə uyğun bədən, baş və əl-qol hərəkətləri etmək;
4.Mümkün qədər qısa, yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq;
5.Nitqə əvvəlcədən hazırlıqlı olmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.
Natiqlik sənəti qədim tarixə malikdir. Qədim dünyanın, xüsusən antik dövrün yetirdiyi görkəmli natiqlər bu sənətlə dərindən məşğul olmuş, tam bir elmi-nəzəri sistem hazırlamışlar. Platon, Aristotel və s. antik dövrün ən görkəmli natiqləri olmuşlar.
Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmişdir.
Natiqlik sənətinin mühüm şərtlərindən biri də jestlər və mimikadir.
Jestlərdən nitqin intonasiyasına, ritminə uyğun şəkildə istifadə edilir. Jestlər nitqin təsirliliyini artırır, onu emosionallaşdırır.
Yerli-yersiz əl-qol hərəkətlərindən istifadə etmək nitqin təsirliliyini artırmaq əvəzinə, azalda bilər.
Bütün natiqlər eyni bir jest formasından istifadə edə bilməz. Hər bir natiqin özünəməxsus jest üslubu var.
Nitq prosesi zamanı üz əzələlərinin mənalı hərəkəti (təəccüb, narazılıq, ehtiram, sevinc və s. müxtəlif emosiyalar ifadə etməsi) mimika adlanır. 
Danışarkən üzü hərəkətsiz saxlamaq mümkün deyil, əlbəttə ki, mimika nitqi aydın başa düşməkdə mühüm rol oynayır.
Mimikanın köməkliyi ilə natiq öz nitqinə müəyyən emosionallıq bəxş edir, nitqinə müəyyən çalarlar gətirir.
Jestlə mimika vahid psixofizioloji akt olub, mükəmməl nitqdə bir–birini tamamlayır. Şifahi ədəbi dili bunlarsız təsəvvür etmək mümkün deyil.
Azərbaycan tədqiqatçıları natiqlik sənətinin müxtəlif növlərini göstərirlər.
Natiqlik sənətinin aşağıdakı növləri var.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin