M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə62/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   58   59   60   61   62   63   64   65   ...   76
İAK.Kitab.son

Dini natiqlik

Geniş yayılmış dinlərdən ən sonuncu və bəşəri olan islamdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində dini etiqad azaddır. Məscidlər müstəqil fəaliyyət göstərir. Dindarlar sərbəst ibadət edirlər. Hazırda islam aləmi ilə əlaqələrimiz genişlənir, gediş-gəliş artır, qarşılıqlı yardım güclənir.

Hər bir dinin, o cümlədən islam dininin faydalı cəhətləri çoxdur. Hələ islamdan xeyli əvvəl Azərbaycan ərazisində yaranmış Zərdüşt dinində xeyli bəşəri fikirlər irəli sürülmüşdür. Bu dinin yaradıcısı olan Zərdüştün fikirləri “Avesta” adlı kitabda şərh edilmişdir. İslam dini adamları paklığa, halallığa, gözəlliyə, sağlamlığa yönəltməklə bərabər bədxahlığa pisliyə qarşı amansız olmağa çağırır. Məhəmməd Peyğəmbərin hədislərində deyilir: ” İnsanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur”, “ən yaxşı adamlar bilikli adamlardır”, “Biliksiz olan və bilik əldə etməyə çalışmayan adamlardan cəmiyyətə, xalqa xeyir gəlməz”. Dini əqidəyə görə heç kəs təqib olunmur və hazırda dilimizdə Quranı oxumaq imkanı yaranmışdır. İslam dinində halallığa, rəhmdilliyə, ədalətə, elmə, tərbiyəyə dair bəşəri fikirlər geniş təbliğ edilir.

Natiqlik sənətinin bu növü ( dini natiqlik ) nisbətən, sonrakı dövrlərdə yaranmışdır. Qədim zamanlarda təbiət qüvvələri qarşısında aciz qalan insanlar mücərrəd anlayışlara əl atır və özləri üçün çıxış yolu axtarırdı. Lakin orta əsrlərdə özünə möhkəm yer eləmiş din öz ideyaları ilə yaşayıb inkişaf edirdi. Məsələn, İranda, Əfqanıstanda, Avropada, Romada məscid və kilsələrdə fəaliyyət göstərən din xadimləri mülahizələrimizə nümunə ola bilər.

Azərbaycanda dini natiqlik ərəblərin hakimiyyəti illərində geniş vüsət aldı. Ərəbizm, ərəbçilik siyasəti və islam dininin təbliği bu natiqliyin təməl daşının daha da möhkəmlənməsinə səbəb oldu.

Azərbaycanın ən ucqar kəndlərində açılan dini məktəblər, mədrəsələr, dini natiqliyin çiçəklənməsinə təkan verdi. Bu illərdə dini natiqlik «bəlağət» adı ilə tədris edilməyə başladı. Məscidlərin tikilməsi, müqəddəs günlərin bayram edilməsi (bu ənənə Azərbaycan müstəqillik qazanandan sonra da xalqımız arasında da geniş təbliğ olundu; məsələn, orucluq bayramı, qurban bayramı, müqəddəs aşura günü və s.) xalqın şüurunda özünə yer tapdı. Doğrudur, məscidlərdə fəaliyyət göstərən bəzi din xadimləri tənqid atəşinə tutulurdu. Amma, bütünlükdə islam dini xalqın inam yeri, müqəddəs qibləgah hesab olunurdu. Dini ənənələr yaşadıqca təkmilləşdi və özü ilə bərabər dini natiqliyin nümunələrini də qoruyub saxladı.

Ekran natiqliyi kütləvi informasiya vasitələrindən olan televiziya verlişlərinə aiddir. Ekran nitqi kütləvi informasiya vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir. Buna telenitq də deyilir. Telenitq monoloji və dialoji formalarda olur. Televiziya verilişləri zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir.

Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin normalarına ciddi bir şəkildə riayət edilir. Danışan fikrini çatdırmaq üçün münasib formaları tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə, cümlələri düzgün qurmağa çalışır. Burada orfoepik normaları - ədəbi tələffüz qaydalarını gözləmək daha vacib sayılır. Teleekran ədəbi dilin, xüsusilə orfoepik tələffüzün təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin qaydalara xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki, danışanın nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin.

Tamaşaçılar televiziya verilişlərindən etalon səviyyəli nitqi eşidir və əxz edirlər. Məktəblərimizdə teleekranda səsləndirilən nitqdən, aktyor və ya diktor oxusundan xarakter parçalar lentə köçürülərək nitq inkişafı məqsədilə aparılan məşğələlərdə nümunəvi səsli vəsait kimi istifadə olunur. Həmin məşğələlərdə səsli nitq nümunələri təhlil edilir. Belə vəsaitlər üzrə aparılan iş məktəblərimizdə ədəbi dilimizin öyrənilməsinə əhəmiyyətli dərəcədə kömək edir.

Çox təəssüf ki, teleekranlarda (xüsusən özəl kanallarda) çıxış edənlərin nitqində ədəbi dildən, onun normalarından uzaqlaşma halları da müşahidə edilir. Bu daha çox ədəbi tələffüz normalarının pozulmasında özünü göstərir. Danışanların nitqində yerli şivəyə, adi danışıq dilinə xas olan qüsurlara (məsələn; qabul, münasibat, avvam, məhşur, təyyin, məytəf və s.) yol verilir. Belə qüsurların bir qismi söz vurğusunun qüsurlu deyilməsindən irəli gəlir. Məsələn; şu`ra, dü`nya, psixolo`ji, və s.

Bir sözlə, televiziya verilişlərində (eləcə də radio verilişlərində) qüsursuz, təmiz, etalon səviyyəli, canlı, təbii Azərbaycan dili səslənməlidir. Lakin bu tələbə həmişə riayət olunmur.

Ədəbi dilimizin, mədəni nitqin tənzimləyicisi, yayıcısı olan ekran nitqində qüsurlara yol verməmək üçün televerilişlər ciddi redaktə olunmalıdır. Verilişin hansı kanalda getməsindən asılı olmayaraq, orada ədəbi dilimizin qaydalarına, o cümlədən orfoepik normalarına ciddi bir şəkildə riayət edilməlidir. Bu nitq aydın, ardıcıl, düzgün, təmiz, rəvan, sadə, təsirli olmalıdır ki, geniş ünsiyyətə lazımi səviyyədə xidmət edə bilsin.


Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin