M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə60/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   56   57   58   59   60   61   62   63   ...   76
İAK.Kitab.son

1.İctimai-siyasi natiqlik.
Bu növ müxtəlif qollara, budaqlara bölünür:
a) Siyasi mövzularda məruzələr;
b) İclaslarda, qurultaylarda, konfranslarda hesabat məruzələri;
c) Siyasi nitq
ç) Xülasə ( icmal ) nitqi
d) Mitinqdə söylənilən nitqlər;
e) Təbliğatçı və təşviqatçı nitqi;
2.Akademik natiqlik:
a) Ali məktəblərdə oxunan mühazirələr;
b) Elmi məruzələr;
c) Birdəfəlik oxunan mühazirələr;
ç) Elmi xəbərlər;
3.Məhkəmə natiqliyi.
a) Prokurorun nitqi və ya ittihamedici nitqi.
b) Vəkil və ya müdafiə nitqi.
c) Müttəhimin nitqi.
ç) Özünümüdafiə nitqi .
d) Hakimin nitqi.
e) Şahidlərin nitqi.
4. Məişət natiqliyi.
a) Yubileylərdə söylənilən nitq
b) Masa arxasında söylənilən nitq
c) Qəbirüstü nitqlər
5. Dini natiqlik.
a) Moüzə və xütbə nitqi.
b) Kilsə və məsciddə nitqi.
c) Quran, yasin oxumaq, ehsan və süfrə duaları.
İctimai-siyasi natiqlik mövcud quruluşun həm mənfi, həm də müsbət keyfiyyətlərini əks etdirir. Cəmiyyət inkişaf etdikcə siyasi baxışlar ictimai-siyasi natiqlikdə özünə yer tapır. 
İctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə icra olunmuş işlər haqqında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. 
İctimai-siyasi natiqliyin əsas xüsusiyyəti xalqa xidmət etməsidir, xalqın mənafeyini hər şeydən üstün tutmasıdır. İctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. Dövlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, qarşıya çıxan problemləri aydınlaşdırır, ictimai-siyasi məsələlərin düzgün təhlil olunmasında kəsərli silah kimi nəzəri-diqqəti cəlb edir.
Akademik natiqlik
Ali məktəblərdə oxunan mühazirələr, elmi məruzələr, müzakirələr bu növə daxildir. Akademik natiqliyi digər növlərdən fərqləndirən əsas xüsusiyyəti ondan ibarətdir ki, burada elmiliyə daha çox yer verilir. Hər bir natiq mühazirəyə hazırlaşarkən ona yaradıcı yanaşır, verilən sualları elmi əsaslarla şərh edir.
Akademik natiqliyin əsas məziyyətlərindən biri mövzunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran məsələlər aradan qaldırılmalıdır. Belə məruzələr də məsələnin həlli ümumi xarakter daşıyır, mahiyyət açılmır. Elmi məruzələrin dili, ifadə tərzi mühazirəyə nisbətən qəliz olur.
Elm, texnika nə qədər çox inkişaf edirsə, akademik natiqlik də bir o qədər tərəqqi edir. Akademik natiqlik həm də müəyyən məcmuələrdə, jurnallarda elmi xəbərlər adı altında bir qrup adamlara çatdırılır. Bu xəbərlər isə öz növbəsində uzunçuluqdan, təkrarlardan seçilir. Burada elmi düsturlar, təriflər, terminlər, dəlil, sübut, fakt, izahlar əsas amil kimi özünü göstərirsə o zaman kütləvi xarakter daşımır.
Elm inkişaf etdikcə, onun qolları şaxələrə bölündükcə, akademik natiqlik də genişlənir, zənginləşir və daha da təkmilləşir. 

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin