M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə68/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   64   65   66   67   68   69   70   71   ...   76
İAK.Kitab.son

İşgüzar sənədlərin dili. İşgüzar sənədlər ayrı-ayrı vətəndaşlara aid olur. İşgüzar sənədlər bunlardır: ərizə, tərcümeyi-hal, izahat, elan, bildiriş, reklam, anons, afişa, arayış, protokol, rəy, teleqram ,annotasiya, akt və s. İşgüzar sənədlər hamı üçün eyni olan sandart formalarda hazırlanır.
İşgüzar sənədlər barədə bunları bilmək gərəkdir:
- Belə sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.
- İşgüzar sənədlər həcmcə, adətən, rəsmi sənədlərə nisbətən kiçik olur
- İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilməsi, həmçinin imla xətalarının olmaması bu cür sənədlərin mükəmməlliyini, yararlığını müəyyən edir.
- İşgüzar sənədlərin müəyyən hissəsini hər bir şəxs özü hazırlaya bilər.
- İşgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur. Hazır şablonların olması ona görə vacibdir ki:

  • artıq vaxt aparmasın

  • sənəddə artıq sözlər, ifadələr işlədilməsin

  • imla xətaları və qüsurlu cümlələrə yol verilməsin

İşgüzar üslub başqa üslublardan birinci növbədə leksik xüsusiyyətləri ilə fərqlənir. Burada konkret sahələrə aid sözlər, terminlər işlədilir. İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və formalar tez-tez işlədilir. Məsələntəqdim etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək, təsis etmək, nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir. İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər, vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim, professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez işlənilməsinin vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir. İşgüzar üslubda şəxs adlarını göstərmək üçün mötərizələrdən istifadə olunur. Doğrudur, üslubi məqsəd və əlavə izahlar üçün başqa üslublarda da mötərizə işlədilir. Lakin burada başqa üslublardan fərqli olaraq, konkret şəkildə məsul şəxslərin adı, soyadı, idarə və təşkilat adları göstərilir. İşgüzar üslubun qanunvericilik yarımüslubunda konkret isimlərin (əsasən cəm halında) işlənilməsi xüsusi məqsəd daşıyır.
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni ünsiyyətə müsbət təsir edən faktorlarla kommunikasiya prosesi arasındakı əlaqənin olmasını, təlimin nəzəri biliklərlə yanaşı, praktik ünsiyyət formalarından istifadə qaydalarını öyrədir.
Tədris zamanı belə bir məsələyə diqqət yönəltmək lazımdır ki, hər bir işgüzar sənədin praktik əhəmiyyəti onun qayda-qanunlarla tərtibinə əsaslanır. Belə sənədlər tərtib olunarkən aşağıdakılara diqqət etmək önəmlidir:
1. Konkret faktlara istinad etmək;
2. Fakt və məlumatları seçməzdən əvvəl yoxlamaq;
3. Məlumatların dəqiqliyini gözləmək.
İşgüzar sənədlərdə yazan şəxslə yazının ünvanlandığı şəxs arasındakı münasibət yazanın öz baxış və mövqeyini bildirməsi ilə meydana çıxır ki, bu da əsas məqsədi aydınlaşdırır. Əgər yazıda nitq qüsurlarına yer verilərsə, onun anlaşılması çətinləşər və beləliklə də, fikir dolaşıqlığı yaranar. Yazı müəllifi özü və ya iş yeri haqqında yanlış təsəvvürlərə yol açılmasın deyə, onun tərtibi prinsiplərini gözləməlidir. İşgüzar yazışmaların tərtib edilmə formalarından başqa, özünəxas etik qaydaları da vardır ki, bu məsələ öyrətmə zamanı unudulmamalıdır. Bütün işgüzar sənədlərin tərtibində qarşı tərəfə hörmətlə yanaşılmalıdır. Qarşı tərəfdən isə mütləq yazıya münasibət bildirilməli, yəni ona cavab verilməlidir.
Rəsmi-şgüzar sənədlərə “əməli yazılar” da deyilir. Bu birləşmənin birinci tərəfi düzəltmə sözdür, “əməl” leksik-qrammatik vahidi əsasında yaranıb. “Əməl” mənşəcə ərəb sözüdür və bir neçə mənası vardır. “İş”, “işləmə”, “icra etmə” onun ilk anlamlarındandır. Bundan başqa, lüğətlərdə “əməli” sözü də öz əksini tapmışdır ki, onun əsas anlamı “təcrübi” deməkdir. Göründüyü kimi, hər iki halda söz məna mövqeyini qoruya bilir. Belə ki, doğrudan da, rəsmi-işgüzar sənədlər , xüsusilə, işgüzar sənədlər praktik, yəni işlənən, həyata keçən yazılardır. Onların hamı, xüsusilə də cəmiyyətin işçi qüvvəsi tərəfindən anlaşılması üçün tədris prosesində mükəmməl öyrədilməsinə ehtiyac vardır.
Tələbə və məzunlarımıza lazım ola biləcəyini nəzərə alaraq əməli üslubun tələblərini özündə əks etdirən bəzi sənəd növlərini aşağıda təqdim edirik.


AKT
"Akt" latınca "aktos", "aktum" sözündən olub "hadisə", "sənəd", "cinayət işi" deməkdir. Akt məzmununa görə cinayət aktı, dövlət aktı, bu və ya digər bir faktı açmaq üçün tərtib edilən akt növlərinə bölünür.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin