M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə71/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   68   69   70   71   72   73   74   75   76
İAK.Kitab.son

XASİYYƏTNAMƏ
"Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur.
Xasiyyətnaməyə verilən tələblər bunlardır:
1. Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü yazılır.
2. Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir.
3. Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və yoxlanılır.
4. Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən artıq olmur.
5. Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim olunması göstərilir.
6. Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və verilmə tarixi qeyd edilir.


Nümunə:


Xasiyyətnamə

Verilir 2000-cİ il noyabr ayının 30-da Lənkəran rayonunun Digah kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli Əyyub Etibar oğlu Pirverdiyevə.


Pirverdiyev Əyyub Etibar oğlu 2017/2018-ci tədris ilində Azərb. DBTİA-ya daxil olmuş, I kursun kredit ballarını vaxtında yüksək səviyyədə toplamış və hazırda II kursda (qrup TA 17-10) oxuyur. Bu müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi göstərmiş, dərin bilik nümayiş etdirərək tələbə yoldaşlarının və professor-müəllim heyətinin dərin rəğbətini qazanmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuş, heç vaxt dərslərə gecikməmiş və üzürsüz səbəbdən dərs buraxmamışdır. Qrupun nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir, dekanlıqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli vətənpərvərlik mövzusunda hazırladığı məruzə (elmi rəhbəri professor Məmməd Nəsrullayev) tələbələrin illik praktik konfransında birinci yerə layiq görülmüş, məruzənin tezisi nəşr olunmaq üçün Akademiyanın elmi hissəsinə götürülmüşdür. Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır.
Xasiyyətnamə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir.
"Təkmübarizlik" fakültəsinin dekanı: (imza) A.A.S.
Azərb.DBTİA Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri: (imza) A.A.S.
26 fevral 2017-ci il
İZAHAT
"İzahat" ərəb mənşəli "izah" sözünün cəm formasıdır, bir işi, məsələni, hadisəni "açıqlama", "məlumat vermə" anlamında işlədilir. İzahat müdiriyyətin, vəzifəli şəxsin tələbi əsasında qısa və ya ətraflı, yazılı və ya şifahi ola bilər.
Vərəqin sol tərəfində 5-6 sm yer buraxmaqla izahatın ünvanlandığı şəxsin vəzifəsi, adı və soyadı göstərilir. Yeni sətirdən abzasdan izahat verənin kimliyi, adı və soyadı qeyd olunur. Yenidən abzasdan vərəqin ortasında böyük hərflərlə "İzahat" sözü yazılır. 2 sm yer buraxmaqla sətirbaşından iş, hadisə haqqında ətraflı açıqlama verilir. Sonda izahat verən imzasını qoyur, altından tarixi qeyd edir.


Nümunə:
"AA" MMC-nin rəhbərliyinə
Cəmiyyətdə mühəndis kimi çalışan
Əliyev Sabir İslam oğlu tərəfindən

İzahat
Bildirirəm ki, həqiqətən də _______tarixində cəmiyyətin işə davamiyyət qaydalarını pozmuşam. "AA" MMC-də işə başlama vaxtı 9.00 olmasına baxmayaraq, mən 10.00-da işə gəlmişəm. Bu gecikmə nəqliyyatda olan tıxaclarla (başqa bir əsas da gətirmək olar) bağlıdır.


Çalışacağam ki, gələcəkdə bu hal bir daha təkrar olunmasın.
Xahiş edirəm, bunu nəzərə alasınız.


 İmza: Əliyev Sabir İslam oğu

18 aprel 2020-ci il.



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin