M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə74/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   68   69   70   71   72   73   74   75   76
İAK.Kitab.son

Nümunə:
ADPU-nun pedaqoji fakültəsinin V kurs, 503-cü qrup tələbəsi Bayramova Ülkər Xıdır qızının “İbtidai siniflərdə qiraət vərdişlərinin
inkişafı üzrə aparılan işlər” mövzusunda buraxılış işinə

R Ə Y
İbtidai təhsilin qarşıya qoyduğu vəzifələrdən biri şagirdlərin nitq, o cümlədən ifadəli qiraət vərdişlərini inkişaf etdirməkdir. Bu vəzifənin həyata keçirilməsində ibtidai siniflərdə tədris olunan Azərbaycan dili və oxu dərsləri mühüm rol oynayır. Bu fənlərin tədrisində şagirdlər ədəbi dilin tələffüz qaydalarını və intonasiya normalarını praktik şəkildə mənimsəyir, danışıq və oxularında həmin qaydalardan istifadə etmək bacarığına yiyələnirlər. Bu iş hansı yollarla aparılır? Bu məqsədlə hansı üsullardan və vasitələrdən istifadə olunur? Ü.Bayramova haqqında bəhs etdiyimiz buraxılış işində yuxarıdakı suallara cavab tapmağa çalışmış, bu işin öhdəsindən istənilən səviyyədə gələ bilmişdir. İş giriş, iki fəsil, nəticə və kitabiyyatdan ibarətdir.


Girişdə ibtidai qiraətin ədəbi tələffüzlə əlaqədar məsələlərindən danışılır, mövcud vəziyyət təhlil olunur.
Birinci fəsildə poeziya dilində orfoepik normalar, onların ifadəli oxuda canlılıq və ahəngdarlıq yaratmaq baxımından əhəmiyyəti və s. bədii parçalar üzərində izah olunur, aydınlaşdırılır, oxu dərslərində orfoepik bacarıqların yaradılması ilə əlaqədar aparılacaq işlərdən söhbət açılır.
İkinci fəsil oxu dərslərində intonasiya qaydalarının öyrənilməsi məsələsinə həsr olunmuşdur. Orada məktəb təcrübəsindən konkret nümunələr gətirilir.
İşin sonunda verilən nəticədə deyilənlər ümumiləşdirilir.
Söylənilən elmi və metodik fikirlər, mülahizələr, konkret məktəb təcrübəsinə əsaslanan nümunələr, ümumən, qənaətləndiricidir. Bunlar, hər şeydən əvvəl, tələbənin tədqiq etdiyi mövzunu yaxşı mənimsədiyini göstərir. Yüksək səviyyədə yerinə yetirilən bu buraxılış işi əla qiymətə layiqdir.

R ə y ç i: prof.N.Abdullayev




TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA)

"Tərcümeyi-hal" ərəbcə "tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyi-halda şəxs özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir.


Tərcümeyi-hala verilən tələblər:
1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır;
2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir;
3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl sadalayır.
4. Ailə üzvləri haqqında qısa məlumat verir;
5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və altında yazılma tarixi göstərilir;



Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin