M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə75/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   68   69   70   71   72   73   74   75   76
İAK.Kitab.son

Nümunə:
Tərcümeyi-hal
Mən, Qədirov Xəlil İslam oğlu, 1961-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. 1968-ci ildə şəhərdəki 4 saylı məktəbin I sinfinə daxil olub, 1978-ci ildə orta məktəbi bitirmişəm. Həmin ildə Azərbaycan Politexnik İnstitutunun I kursuna qəbul olunmuş, 1983-cü ildə inşaatçı ixtisası ilə ali təhsilimi başa vurmuşam. 1983-1985-ci illərdə orduda xidmət etmişəm. 1995-ci ildə Bakı şəhərinə köçmüşəm. O vaxtdan indiyə qədər Bakı evtikmə kombinatında iş icraçısı işləyirəm.
Atam Qədirov Müslüm Oruc oğlu təqaüdçüdür. Anam Qədirova Gülövşə Rəcəb qızı həkim işləyir
Evliyəm. Həyat yoldaşım Qədirova Məsmə Əli qızı müəllimdir. Oğlum Qədirov Mahmud Xəlil oğlu Azərbaycan İqtisadiyyat Universitetinin IV kurs tələbəsidir. Qızım Təranə Bakı Ali Pedaqoji Qızlar Universitetində oxuyur.
İmza: X.İ.Qədirov
16.02.2012


Danışıq üslubu

Danışıq üslubu, adından məlum olduğu kimi, nitqin şifahi formasına aiddir. Bu üslubda əsas məqsəd ünsiyyət yaratmaq, müəyyən məlumat vermək və ya almaq, insanlara, şeylərə, hadisələrə, deyilənlərə və s. münasibət bildirməkdir.


Danışıq üslubunun aşağıdakı xüsusiyyətlərini qeyd etmək olar:
1) Nitqin məzmunu konkret və müəyyəndir. Abstraksiya bu üslubun təbiətinə yaddır.
2) İfadə, şərhetmə sərbəstdir, sadə və təbiidir;
3) Nitqin predmetinə, deyilənlərə müəllifin (nitq sahibinin) subyektiv münasibəti ifadə olunur. Nitq, əsasən, dialoqlar şəklində qurulur. Müsahiblərdən hər biri söz və ifadələrin seçilməsində, cümlələrin qurulmasında sərbəstdir.
4) Danışıq nitqinin emosionallığı nitqin qurumuna təsir edir, beləliklə, bu üslub da özünəməxsus cümlə tipləri, sintaktik konstruksiyaların seçilib işlənməsini şərtləndirir. Məsələn, danışıq üslubunda nidalar, ədatlar, ara sözlər, sual əvəzlikləri ilə işlənən sintaktik konstruksiyalardan bol-bol istifadə olunur. Xüsusilə, bu üsluba fikrin yarımçıq ifadəsi, ellipsis və yarımçıq cümlələr, sözcümlələr, sintaktik təkrarlar, sual və nida cümlələri, eləcə də ritorik sual cümlələrinin, bağlayıcısız tabeli və tabesiz mürəkkəb cümlələrin işlənməsi və söz sırasında inversiyanın olması daha çox xasdır. Standart ifadələr müəyyən hissi halları ifadə etmək üçün işlədilir (üzr istəyirəm; Təşəkkür edirəm! Nə dedin? Dedi… Çox yaxşı! Boş şeydir! Belə de! Ay sağ ol! və s.)
5) Dil vasitələrinin işlənməsi baxımından müəyyən konkret şəraitdə standartlıq, şablon ifadələr seçilməsi də danışıq üslubunda özünü göstərən üslubi xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət ünsiyyət şəraitində, o cümlədən söhbət zamanı yaranır; belə ki, görüşmə, ayrılma zamanı həmişə eyni söz və ya ifadələr işlədilir. Məsələn, Salam! Görüşənə qədər! Təşəkkür edirəm! Üzr istəyirəm! Sabahınız xeyir! Axşamınız xeyir! və s. Belə standart, şablon ifadələr müəyyən hissi-halları ifadə etmək məqsədi ilə işlənir. Məsələn: Çox yaxşı! Əla! (bəyənmək, şad olmaq hissini, halını bildirir); Boş sözdür! Boş işdir! Belə de! Ay sağ ol! (həm razılıq, həm də narazılıq halını ifadə edə bilir).
6) Şərait və situasiyadan asılı olaraq ictimai yerlərdə rəqəmlərə, elmi faktlara, sübut və dəlillərə az müraciət olunur. Məlumat və söhbətlərdə fikirlər bir qədər səthi, üzdən, rabitəsiz cümlələrlə, subyektiv rəylərə əsasən verilir. “Getdim, gördüm qız evin ortasında allah-allahdadır. Hay indi nəfəsi getsin gəlməsin, bu saat nəfəsi getsin gəlməsin. İstəyirsən Qurana da əl basım. Gəlmədim! Uşağı tutmadım? Qırmızı yorğana bükmədim? Göbəyini də bağlamadım?” (C.Cabbarlı. “Almaz” pyesindən)
Əgər söhbət ciddi planda, dərsdə və ya mühazirə otağında, savadlı adamlar arasında gedirsə, fikirlər daha dəqiq, məntiqi, obyektiv, səbəb - nəticə əlaqələri əsasında qurulur.
Deməli, adi danışıq üslubunda söhbətin, informasiyanın xarakterindən, harada və kimlər üçün, nə məqsədlə danışıldığı nəzərə alınır, münasibət bildirilir. Situasiya yadda saxlanmaqla ona müvafiq nitq qurulur. Nitqdə ədəbi dilin üslubi normaları, müxtəlif çalarları diqqətdə saxlanılır.










Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin