M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə66/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   62   63   64   65   66   67   68   69   ...   76
İAK.Kitab.son

Rəsmi-işgüzar üslub

Rəsmi-işgüzar üslub uzun illər ərzində təşəkkül tapan ənənəvi formullar sistemi, standart nümunə və təlimatlarda möhkəmlənən sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur.


Mühüm məsələləri həll edərkən işgüzar əlaqələrin həyata keçirilməsinin ən vacib üsulu yazılı nitqlə sənədləşmədir: işəgötürən və işçi, təşkilat və struktur bölmələri, rəhbərlik və tabeliyində olanlar arasında müqavilənin bağlanması və s. İşgüzar kommunikasiya prosesində iştirakçıların fəaliyyətində müxtəlif sənədlərdən istifadə edilir. Sənəd insanların hərəkətlərinə nəzarət edən və hüquqi qüvvəyə malik mətndir.
Rəsmi-işgüzar üslub rəsmi və işgüzar sənədlərin dilidir. Milli rəsmi-işgüzar üslub başqa funksional üslublara nisbətən gec formalaşmışdır Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə - Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı.
Rəsmi-işgüzar üslubda fikir müəyyən şəkildə qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Üslubun əsas səciyyəvi xüsusiyyəti də elə budur. Rəsmi-işgüzar üslub hamı üçün eynidir, yəni standartdır. Burada obrazlı ifadələrə, fərdi nitq xüsusiyyətlərinə rast gəlinmir. Bu üslubun lüğət tərkibi yığcam, sintaksisi məhduddur. Rəsmi-işgüzar üslubda bir sıra arxaik sözlər və köhnəlmiş sintaktik qəliblər uzun müddət qorunub saxlanılır.
Qeyd: Rəsmi-işgüzar üslubun şifahi forması olmur.
Məzmun müxtəlifliyinə baxmayaraq, rəsmi-işgüzar üsluba aid mətnlərin bir sıra ümumi cəhətləri vardır:

  • mətnin yığcamlığı

  • materialın standartlığı

  • terminologiya, nomenklatura, abreviaturlardan istifadə

  • sadalamalar

  • cümlədə söz sırasının düzgün ardıcıllığı

  • mürəkkəb cümlələrin çoxluğu

Mövzu və janr müxtəlifliyini nəzərə alaraq rəsmi-işgüzar üslubun iki növünü qeyd etmək olar:

    1. rəsmi sənədlərin dili

    2. işgüzar sənədlərin dili




Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin