Yazılı kommunikasiya: Yazılı kommunikasiya xarakterinə görə monolojidir,yalnız düşüncəni aydınlaşdırmaq,heç bir canlı təmas olmadan,yazılı nitq formasında çatdırmaq üçündür.Yazılı kommunikasiyanın əsas funksiyası müəyyən zaman və məkan daxilindəki şəxsi düşüncələri qeydə almaqdır,şifahi ünsiyyət olmadıqda insanlar arasında əlaqə vasitəsidir.Mobil telefonlar və s.texniki resursların inkişafı yazılı nitqin rolunu azaltsa da,internet onun inkişafına təkan verdi,daha da aktuallaşdırdı.Yazılı kommunikasiyanın əsas xüsusiyyəti informasiyanın uzun müddət saxlanması və qorunmasıdır.Yazılı kommunikasiyadan istifadə edərkən aşağıdakıları bilmək əsasdır:
Dilin sadəiyi üçün çalışmaq;
Mətni göndərməzdən əvvəl yenidən gözdən keçirmək üçün özünə vaxt ayırmaq;
Özün üçün effektiv olan 4 yazı üslubunu yadda saxlamaq və tətbiq etmək;
Vizual kommunikasiya: Vizual kommunikasiya fotoqrafların rəssamların qrafik dizaynerlərin əsas kommunikasiya vasitəsidir.Vizuallar digər sahələrdə təqdimatlar zamanı yazılı və ya şifahi kommunikasiyaya dəstək məqsədilə istifadə olunur.İnsanlar məlumatları müxtəlif formalarda yadda saxlaya bilirlər-göz yaddaşı güclü olanlara informasiya ötürmək üçün vizual kommunikasiya önəmlidir.
Vizual kommunikasiyada aşağıdakılar əsasdır:
Təqdimatdan öncə ətrafındakı şəxslərə vizuallarını göstərmək və anlaşılan olduğuna əmin olmaq;
Vizuallar seçərkən auditoriyanı nəzərə almaq.
Qeyri-verbal kommunikasiya: Qeyri-verbal kommunikasiya tərəfdaşların gözləri ilə qəbul etdikləri ünsiyyət vasitəsidir.Vizual akustik və lamisə ilə duyulan hissələrə bölünür.Qeyri-verbal vasitələrə insanın fiziki görünüşünün sabit parametrləri:bədən quruluşu, yaş, əhval-ruhiyyə, sağlamlıq vəziyyəti, davranışın sosial tərtibatı, kostyum, saç düzümü, makiyaj, bəzək və s. daxildir.Bütün bunlar insanın zahiri görünüşünü yaradır, onun ünsiyyət vəziyyətindəki statusunu təyin edir, lakin şifahi-verbal nitq ilə birbaşa əlaqəsi yoxdur.
Qeyri-verbal ünsiyyəti aşağıdakı kimi təsnif etmək olar:
1.Akustik ünsiyyət: pauza, öskürək, köks ötürmək, gülüş, ağlamaq və s.
2.Prosodik ünsiyyət: temp, tembr, səsi artırıb-azaltmaq ,müxtəlif səslər və s.
3.Optik ünsiyyət: ifadəli hərəkət – mimika, poza, jest, yeriş, baxış və s.
4.Fizioqonomik ünsiyyət: sifət quruluşu, bədən quruluşu və s.
5.Taktiki ünsiyyət: əl verib görüşmək, sığal və s.
6.Duyğu ünsiyyəti: qoxu, dad və s.
Qeyri-verbal akustik vasitələr şifahi nitqi müşayiət edir və ya əvəz edir.İnsandan ilk təəssürat yalnız onun xarici görünüşü ilə deyil, həm də səsinə görə əldə edilir.Qeyri-verbal ünsiyyətin əsas amilləri- intonasiya, jest, mimika, baxış və s. canlı nitqlə sıx bağlıdır.
İşgüzar ünsiyyətdə insanlar arasında əlaqələrin inkişaf etdirilməsi mürəkkəb, çoxplanlı prosesdir.Onun iştirakçıları rəsmi statuslarla çıxış edir və konkret məqsədlərə nail olmağa istiqamətlənirlər.Bu prosesin spesifik xüsusiyyəti reqlamentə, milli və mədəni ənənələrə, peşəkar etik prinsiplərə əməl etməkdir.
İşgüzar kommunikasiyanın ünsiyyət motivi şəxsi, ailə problemləri, siyasi vəziyyət və mədəniyyət xəbərləri deyil,birgə fəaliyyət iş birliyidir.Kommunikantlar qarşıya qoyduqları məqsədlərin uğurla həyata keçirilməsində bir-biri üçün əhəmiyyətli tərəfdaşdırlar.Reallıq budur ki,işgüzar tərəfdaşlar bir-birinə həmişə rəğbət göstərən insanlar deyil,işgüzar tərəfdaşların simpatiya və antisimpatiyadan asılı olmayaraq,müxtəlif mövqelərin problemə baxışların təhlili və optimal həlli yollarının axtarışı həyata keçirilir.Ümumi tələb budur ki, şəxsi simpatiya və ya antipatiyadan asılı olmayaraq, işgüzar ünsiyyətdə olan bütün həmkarlara, tərəfdaşlara mehriban münasibət göstərilməlidir.
İşgüzar kommunikasiya peşəkar fəaliyyətdə ofis, menecer, marketinq və s.statusa malik insanlar arasında xüsusi bir ünsiyyətdir. Əsaən rasional əsaslarla qurulur, tərəflər arasında məlumatın şüurlu, hədəfli və məqsədəuyğun təşkilidir.İşgüzar kommunikasiyanın mövzusu konkret bir sahə ilə məhdudlaşmır- cəmiyyətin iqtisadi, sosial, siyasi, mənəvi və s. sahələrində həlli üçün birgə səylər tələb edən hər hansı problem ola bilər.İstənilən birgə fəaliyyət iştirakçıların qarşılıqlı kommunikativ əlaqəsini tələb edir,konkret bir problemi həll etmək üçün zəruri olan məlumat, bilik, təcrübə mübadiləsi müəyyənləşdirir.
İşgüzar kommunikasiya prosesini həmişə lokal akt kimi qəbul etmək olar: müvafiq həmsöhbətlə danışıq, bir qrup insanla konkret məsələlərin müzakirəsi və s Ünsiyyətin bu mərhələləri belə fərqləndirilir:
əlaqə yaratmaq;
şəraitə uyğun istiqamətlənmək(insanlar, ab-hava və s.);
məsələninmüzakirəsi problemlər;
qərar qəbul etmək ;
qarşılıqlı əlaqədən ayrılmaq.
Müasir iş adamı işgüzar ünsiyyət qabiliyyətini inkişaf etdirmək üçün kommunikativ səriştəyə kifayət qədər yiyələnməlilidir.Onun iki növü var: