M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə17/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   13   14   15   16   17   18   19   20   ...   76
İAK.Kitab.son

1.Təmas funksiyası.Bu funksiyanın məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşııqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
2.İnformasiya (koqnitiv )funksiyası.Bu funksiyanın məqsədi məlumat mübadiləsindən, daha doğrusu sorğuya qarşı fikir mübadiləsindən ibarətdir.
3.Təhrikedici (konatib) funksiya. Bu funksiyanın məqsədi ünsiyyətdə tərəf müqabilinin bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
4.Əlaqələndirmə (faktik) funksiya.Bu funksiyanın məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.
5.Anlama funksiyası.Bu funksiyanən məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini düşündüklərini həyəcanlarını vəziyyətlərini və s.)anlamalarından ibarətdir.
6.Emotiv funksiya.Bu funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir.
7.Münasibətlərin yaradılması funksiyası.Bu funksiyanın məqsədi rol, işgüzar şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir.
8.Təsir göstərmək funksiyası.Bu funksiyanın məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.

Bir çox hallarda tədqiqatçılar kommunikasiyanı ünsiyyət
üçbucağının bir üzvü sayırlar. Kommunikasiya Ünsiyyət

İnteraksiya


Nəticə etibarı ilə qeyd olunmalıdır :
a)Ünsiyyət həm praktik, həm də mənəvi bir proses kimi təsəvvür olunarsa, kommunikasiya daha çox informasiya ötürülməsinə xidmət edir.
b)Ünsiyyət subyektlər arasında dialoq şəklində qarşılıqlı təmas formasıdır. Kommunikasiya isə əksər hallarda bir subyektin digər subyektə birtərəfli münasibətidir .
Lüğətlərdə latın mənşəli “kommunikasiya” sözü iki mənada izah olunur:rabitə (əlaqə) və ünsiyyət.Rabitə texniki vasitələrin köməyi ilə müəyyən məsafədə əlaqə saxlayan sistem, ünsiyyət isə qarşılıqlı münasibət yaxınlıqdır.
Kommunikasiya informasiyanın ötürülməsidir, mövcudluğu yalnız rabitə zamanı aşkara çıxır, əlaqə kəsilirsə, kommunikasiya da pozulur; ünsiyyət kommunikasiyanın mütləq elementlərindən biridir, amma onun eyni deyil.Kommunikasiya müəyyən işarələr vasitəsilə fikir, məlumat, ideya və s.maddi daşıyıcılarla mübadilə, bu və ya digər məzmunun bir şüurdan digərinə ötürülməsidir.Ünsiyyət anlayışına çox yaxındır, ilk baxışda eyni təəssürat yaranır, yaxud eyni bir təzahür müxtəlif sözlərlə adlanır.Eynilik həm kommunikasiya, həm də ünsiyyətdə informasiya mübadiləsi prosesinin baş verməsidir.Kommunikasiya dil işarələri vasitəsi ilə gerçəkləşən sosoial prosesdir və cəmiyyətə xidmət edir.
Kommunikasiyanın aşağıdakı funksiyaları var:

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin