M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Məsələlərin müzakirəsinə hazırlıq



Yüklə 499,8 Kb.
səhifə13/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
İAK.Kitab.son

1.Məsələlərin müzakirəsinə hazırlıq(işgüzar görüş).-Danışıqların planını söhbətin aparılması konsepsiyasını arqumentləri və əks arqumentləri tərtib etmək müxtəlif məsələlərdə rəqibin nöqteyi-nəzərini öyrənmək problemin həlli üçün təkliflər hazırlamaq lazımdır.
2.Giriş hissəsi.İşgüzar söhətin tərəfdaşları arasında ünsiyyət qurmaq. Ünsiyyətin düzgün hörmətlə başlaması asan etimad mühitinin yaratmaq və müzakirəyə maraq oyatmaq.
3.Məsələnin mahiyyətinin ifadəsi.Mübahisəli məsələlərin həll yollarının axtarılması
4.Optimal həllin müəyyən edilməsi və müqavilənin rəsmiləşdirilməsi
5.Yekun hissə(müraciət vida sözləri)
İşgüzar qarşılıqlı fəaliyyətdə reqlamentlik nitqə diqqətdən başlayır. İnsanlar ünsiyyət zamanı müxtəlif məlumat növünə,kommunikasiya formalarına müraciət edirlər.Ünsiyyət şifahi və yazılı yolla həyata keçirilir.Hər bir nitq təbii (verbal) və süni (qeyri-verbal) yolla məzmun ifadə edilə bilir.
Verbal kommunikasiya:
Təbii yolla hər hansı anlayış fonetik,leksik-semantik,qrammatik cəhətdən dilin qanunları əsasında formalaşmış vahidlərlə :səs, söz, söz, birləşməsi və cümlə ilə ifadə olunur.İnsan ictimai-tarixi inkişaf prosesində özünə şüur, nitq, təfəkkür, dil yarada bilmişdir və bunlar onun iradəsinə tabedir.Təbii kommunikasiyanın başlıca xüsusiyyəti budur ki,nitq insanın maddi və mənəvi fəaliyyətinin məhsuludur, təfəkkürdəki inikası dil formasında təzahür edir;dil təbii,qalanları isə sünii işarələr sistemidir.Təbii kommunikasiyada işarə real olaraq insanların iradəsindən asılıdır və qapalı səciyyəlidir,maddiqanunlar əsasında müəyyənləşir,gerçək aləmi qavrama,məna və məzmuna uyğun təfəkkürdə tənzimləmə vasitəsi kimi yaranır.Bu kommunikasiya əqli fəaliyyətin təkcə şüurlu ,vizual-akustik (şifahi)yox, həmçinin qrafik-yazılı obrazıdır,səslənmə və məna arasında vəhdət vardır.Onlar iki növə bölünür: şifahi və yazılı.Kommunikasiya mütəxəssisləri isə kommunikasiyanı 4 əsas növə ayırırlar:şifahi, sözsüz, yazılı və vizual.
Şifahi kommunikasiya:
Şifahi kommunikasiya eşidilərək qavranılan, səsli nitqdir.Əsas xüsusiyyəti onun söylənməsi və eşidilməsidir,qarşı tərəfin dinləyicinin yaşı,səviyyəsi, kimliyi nəzərə alınır,cümlələr əsasən sadə və qısa olur,replikalara üstünlük verilir.Şifahi işgüzar ünsiyyət əvvəlcədən hazırlanmış və ya hazırlanmamış ola bilər.Hazırlanmış nitq məlumat –informasiya vericiliyi ,aydın məzmunu ilə fərqlənir.Hazırlanmamış nitq bədahətən baş verir.Hazırlanmamış şifahi nitqdə fasilələr çox olur,nə deyəcəkləri barədə düşünülüb cavab verilir,bu isə işgüzar kommunikasiyada məqbul sayılmır.Şifahi kommunikasiya daha çox təqdimatlarda, video konfranslarda, telefon danışıqlarında, görüşlərdə və ya söhbətdə istifadə olunan kommunikasiya növüdür.Şifahi kommunikasiyadan istifadə edərkən aşağıdakılar əsasdır:




Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin