1.İdraki kommunikasiya.Kommunikantın məlumat bazasını zənginləşdirmək məqsədi ilə yeni məlumatları diqqətə çəkmək məqsədi daşıyan bu addımın atılması son nəticədə qarşı tərəfi öz fəaliyyətinə innovativ yanaşmasına sövq etməkdir. Yəni öz praktik fəaliyyətində dönüş yaratmaqda fayda gətirsin.Təbii ki, bu prosesdə qarşı tərəfin intellektual səviyyəsi və yeni informasiyanı qəbul etmək, anlamaq imkanları və buna ehtiyacının olub-olmadığını qabaqcadan hesablamaq əhəmiyyətlidir. Bu tipli kommunikasiya aktı məruzə, hesabat, seminar, müşavirə və işgüzar söhbətlərdə daha faydalıdır.
2.İnandırıcı kommunikasiya. Qarşı tərəfin hiss və duyğularına təsir göstərməklə onun rəğbətini qazaqnmaqla qarşilıqlı fəaliyyətin hər iki tərəf üçün faydalı olduğuna inandırmaq məqsədi daşıyır. Bü o deməkdir ki, tərəflər münasibətlərini əməkdaşlıq strategiyası üzərində davam etdirməkdə maraqlı olurlar. Qarşı tərəfi özü ilə fikirdaş etmək cəhdi doğru və dəqiq informasiya mübadıləsindən başlanır.Təbii ki, qarşı tərəf də özünəməxsus keyfiyyətlərin, maraqların və intellektual göstəricilərin sahibidir və ona dogru atılan hər bir addım “Yüz ölç-bir biç” prinsipindən kənar olmamalıdır.
Mətbuat konfransları, brifinqlər, müzakirələr, danışıqlar, ”dairəvi stollar”,təqdimat mərasimləri zamanı kommunikasiyanın bu forması işlək olur.Digər fəaliyyət sferalarında, xüsusilə alqı-satqı əməliyyatlarında alıcını inandırmaq üçün bu yolla cəhd olunması daha sərfəlidir.
3.Ekspressiv kommunikasiya.Qeyd edək ki, kommunikant və kommunikator öz hiss və duyğuları, fərdi psixoloyi keyfiyyətləri olan fərdlər olduğundan informasiya mübadiləsi zamanı tərəflərin bir-birinə münasibəti xüsusi yanaşma tələb edir. Qarşı tərəfdə emosianal düyğular oyatmaq, onu özünə həmfikir etmək üçün vacibdir.Bu zaman bədii-estetik vasitələrin gücündən də yararlanmaq olar. Əlbətdə, bütün sensor kanalları emosionallıq mənbəyi ola bilər. Ekspressiv kommunikasiya təqdimat zamanı, mitinqlərdə, iclas zamanı çıxışlarda, brifiqlərdə, şüar və çağırışlarda daha çox müşahidə olunur.