M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə45/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   41   42   43   44   45   46   47   48   ...   76
İAK.Kitab.son

İrəli assimilyasiyaBirinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır. İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən—n—d==nn—sənnən
Sərinlik—n—l==nn—sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır.
Geri assimilyasiyaİkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur.
Məsələn:
Dinməz—n—m==mm—dimməz
Yavaşca—ş—c == cc — yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
Assimilyasiyanın keyfiyyəti
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur.
Tam assimilyasiya.Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-sinə tam assimilyasiya deyilir.
Məsələn:
Onlar—n—l==onnar
Qarlı—r—l==qarrı
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu tamamilə eyni məxrəcli səsə çevirmişdir.
Natamam assimilyasiya.Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya deyilir.
Məsələn:
Atlar—t—l==td—atdar
Gözlük—z—l==zd—gözdüx’
Bu misalda l səsi t səsinin və l səsi z səsinin təsirinə düşmüş və başqa səsə çevrilmişdir.
Səs fərqləşməsi. Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək. Həm sararmaq, həm də qararmaq sözlərindəki birinci səsi ikinci səsinə təsir edərək onu səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.

Səsartımı. Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir. Buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.

Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s. Bir neçə misal göstərək:

1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin