M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə43/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   39   40   41   42   43   44   45   46   ...   76
İAK.Kitab.son

5. Vurğunun tələffüzü

5.1. Azərbaycan dilində vurğu əsasən, sözün son hecasına düşür. Bu, keçici sabit vurğudur: kitáb – kitablar – kitablarím – kitablarımdán, gözə´l – gözəllə´ş – gözəlləşdi´r – gözəlləşdiri´l ‒ gözəlləşdiriləcə´k və s.


5.2. Rus və Avropa mənşəli sözlərdə vurğu əsasən, mənbə dilə uyğun olaraq işlədilir: angi´na, apelyásiya, arxitéktor, fáktor, fantáziya, kuri´kulum, qaleréya, qálstuk, li´der, lóbbi, lokál və s.
Qeyd. Azərbaycan dilində dəyişikliyə məruz qalan rus və Avropa mənşəli sözlərdə vurğu sonda işlənir: aptéka – apték, qazéta – qəzét, proqrámma ‒ proqram və s.
5.3. Tələffüz zamanı vurğusu dəyişməklə mənası dəyişən sözlər nəzərə alınır: akadémik (isim) – akademi´k (sifət), antibiótik (isim) – antibioti´k (sifət), eléktrik (isim, kim?) – elektri´k (isim,nə?), klássik (isim) – klassi´k (sifət), xü´lasə (modal söz) xülasə´ (isim), mü´tləq (zərf) – mütlə´q (sifət modal), nə´hayət (söz) –nəhayə´t (isim), ritórik (isim) – ritori´k (sifət), qaça´raq (feili bağlama) – qaçaráq (zərf), çapáraq (feili bağlama) – çaparáq (zərf) və s.
5.4. Bəzi son şəkilçilər vurğusuz tələffüz olunur:
5.4.1. isim düzəldən -gil, -ov (-ova), -yev (-yeva) şəkilçiləri vurğusuz tələffüz olunur: qardaşímgil, əmi´mgil; Ağáyev, Sultánov və s.;
5.4.2. zərf düzəldən -la2 [-nan2], -ca2, -casına2, -ən şəkilçiləri vurğusuz tələffüz olunur: inádla, qəhrəmanlíqla, cəsarə´tlə, ingili´scə, tü´rkcə, yáşca, xai´ncəsinə, namə´rdcəsinə, qəhrəmáncasına, insáfən, qə´flətən, dáxilən və s.;
5.4.3. xəbərlik (şəxs) şəkilçiləri vurğusuz tələffüz olunur:
1. 1-ci şəxs -am2 (-yam2), -ıq4 (-yıq4)azádam, azádıq, oxumalíyam, oxumalíyıq və s.;
2. 2-ci şəxs -san2, -sınız4, -ın4azádsan, azádsınız, oxumalísınız, oxúyun və s.;
3. 3-cü şəxs -dır4, -dırlar4, -lar2azáddır, azáddırlar, oxumalídır, oxumalídırlar, oxuyúrlar və s.;
Qeyd. Feilin şərt şəkli, xəbər şəklinin şühudi keçmiş zamanı şəxsə görə təsriflənərkən şəxs sonluqları vurğulu tələffüz olunur (oxusaníz, oxusalár, oxudunúz, oxudulár və s.), əmr şəkli şəxsə görə dəyişərkən 1-ci və 3-cü şəxslərdə şəxs sonluğu vurğulu tələffüz olunur (oxuyúm, oxusún, oxuyáq, oxusunlár və s.).
5.4.4. feil şəkillərinin hekayəti idi (-dı4), rəvayəti imiş (-mış4), şərti isə (-sa2) şəkilçi kimi sözə bitişik yazıldıqda vurğu qəbul etmir: oxuyacáqdı, oxuyacáqmış, oxuyacaqsa və s.;

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin