M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Qeyd. Azərbaycan əlifbasında [x']



Yüklə 499,8 Kb.
səhifə40/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   36   37   38   39   40   41   42   43   ...   76
İAK.Kitab.son

Qeyd. Azərbaycan əlifbasında [x'] səsini ifadə edən ayrıca hərf olmadığı üçün həmin səs şərti olaraq samitinin kar qarşılığı kimi qəbul edilmişdir.
2.12.2. bu qəbildən olan sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [x'] kimi tələffüz olunur: çiçəklər [çiçəx'lər], çiçək dərdim [çiçəx' dərdim], diləksiz [diləx'siz], dilək tutmaq [diləx' tutmax], ərikdən [ərix'dən], ərik mürəbbəsi [ərix' mürəbbəsi], körükdə [körüx'də], körük basmaq [körüx' basmax] və s.;
2.12.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdək samiti yazıda olduğu kimi tələffüzdə də [y] səsinə keçir: çiçəyin [çiçəyin], diləyimiz [diləyimiz], əriyə [əriyə], körüyü [körüyü] və s.;
2.12.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdək samiti [y] kimi tələffüz olunur: çiçək ətri [çiçəy ətri], döşəküzü [döşəyüzü], ərik ağacı [əriy ağacı], kəklikotu [kəkliyotu] və s.;
2.12.5Azərbaycan mənşəli təkhecalı sözlərin sonundakı samiti [ke] kimi tələffüz olunur: bərk [bərk], börk [börk], görk [görk], tək [tək], tük [tük], türk [türk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də samiti [ke] kimi tələffüz olunur: bərk odun [bərk odun], börkdə [börkdə], görk üçün [görk üçün], türkün [türkün], türklər [türklər], türk dövlətləri [türk dövlətləri], türk ordusu [türk ordusu] və s.;
2.12.6. ərəb və fars mənşəli təkhecalı və çoxhecalı sözlərin sonundakı k samiti [ke] kimi tələffüz olunur: çirk [çirk], əmlak [əmlak], idrak [idrak], mübarək [müba:rək], şərik [şərik], tədarük [tədarük], tərk [tərk] və s. Belə sözlərdən sonra saitlə və ya samitlə başlayan şəkilçi və ya söz işləndikdə də k samiti [ke] kimi tələffüz olunur: çirkli [çirkli], şərikli çörək [şərikli çörəx], tərk etmək [tərk etməx], əmlakdan [əmlakdan], əmlakımız [əmlakımız], əmlak ortağı [əmlak ortağı], əmlak toxunulmazlığı [əmlak toxunulmazlığı] və s.
2.13. Rus və Avropa mənşəli iki və daha çox hecalı sözlərdə k hərfi özündən sonra incə sait gəldikdə [ke] kimi (anket, buket, okean və s.), qalın sait və samit gəldikdə isə [ka] kimi tələffüz olunur: ekran [ek'ran], koronavirus [karonavirus], aktual [ak’tual] və s.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin