M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ



Yüklə 499,8 Kb.
səhifə37/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   33   34   35   36   37   38   39   40   ...   76
İAK.Kitab.son

Qeyd. Yanaşı üa, üə saitlərində ü səsi qısa tələffüz olunur.
1.5.4. saitlə bitən sözün açıq saitlə başlayan sözlə birləşməsi nəticəsində yaranmış mürəkkəb sözlərin tələffüzündə birinci sözün son saiti düşür: bacıoğlu [bacoğlu], bibioğlu [biboğlu], əliaçıq [əlaçıx], Əliağa [Əlağa], xalaoğlu [xaloğlu] və s.
1.6. Rus və Avropa dillərindən alınmış sözlərdə vurğusuz hecalardakı saiti vurğulu hecadan əvvəl [a] səsi ilə tələffüz olunur: fontan [fantan], laboratoriya [labaratoriya], Moskva [Mask'va], Odessa [Adessa], samovar [samavar] və s. Oktyabr və noyabr sözləri yazıldığı kimi deyilir.
1.7. Tərkibində ov, öv hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], dovğa [dovğa], dövlət [dövlət], mövqe [mövqe], mövsüm [mövsüm], novlu [novlu], novruz [novruz], növbə [növbə], şövkət [şövkət], şövq [şövq], tövbə [tövbə] və s.
2.Samitlərlə bağlı orfoepik qaydalar
2.1. Müasir Azərbaycan ədəbi dilində kar samitlər cingiltili, cingiltili samitlər isə kar tələffüz oluna bilir.
2.2. Söz ortasında eynicinsli qoşa kar samitin (kk, pp, tt) və ya müxtəlifcinsli iki kar samitin (st, xt, sk, tk və s.) ikincisi cingiltili tələffüz olunur: səkkiz [səkgiz], təşəkkür [təşəkgür], guppultu [gupbultu], hoppanmaq [hopbammax], əlbəttə [əlbətdə], xəttat [xətdat], taxta [taxda], tüstü [tüsdü], usta [usda], kəskin [kəsgin], ötkəm [ötgəm] və s.
2.3. Söz ortasında qq cingiltili samitinin birincisi kar tələffüz olunur: diqqət [dik'qət], müvəqqəti [müvək'qəti], saqqal [sak'qal], toqqa [tok'qa] və s.
2.4. Söz ortasında eynicinsli digər qoşa cingiltili (bb, cc, dd, ll, mm, nn, rr, vv, yy, zz) və qoşa kar (ff, hh, ss, şş) samitlər yazıldığı kimi tələffüz olunur: addım [addım], amma [amma], bənna [bənna], dəbbə [dəbbə], güllə [güllə], qəyyum [qəyyum], qüllə [qüllə], qüvvə [qüvvə], ləzzət [ləzzət], meşşan [meşşan], məhəccər [məhəccər]mürəbbə [mürəbbə], rəssam [rəssam], səhhət [səhhət], səyyar [səyyar], şəffaf [şəffaf], terror [terror] və s.
2.5. Söz ortasında kk ilə yazılan rus və Avropa mənşəli sözlər bir [k'] ilə tələffüz olunur: akkordeon [ak'ardeon], akkreditasiya [ak'reditasiya], akkumulyator [ak'umulyator] və s.
2.6.Ərəb mənşəli sözlərdə -iyyat, -iyyət, -iyyə şəkilçilərindəki yy samitləri [y] kimi tələffüz olunur: cəmiyyət [cəmiyət], davamiyyət [davamiyət], ədəbiyyat [ədəbiyat], fərziyyə [fərziyə], nəzəriyyə [nəzəriyə], riyaziyyat [riyaziyat] və s.
2.7. Söz ortasında yanaşı gələn müxtəlifcinsli kar samitlərin ikincisi əsasən, cingiltili tələffüz olunur: axtarış [axdarış]asfalt [asvalt], bəxtiyar [bəxdiyar], böhtan [böhdan], dəftər [dəfdər], dəstə [dəsdə], kəşfiyyat [kəşviyat], məftil [məfdil], məxfi [məxvi], müştəri [müşdəri], püstə [püsdə], saxta [saxda], şaftalı [şafdalı], taxta [taxda], təşkil [təşgil] və s.

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin