M.Ə. Nağıyeva M. K. Zamanova A. S. Zamanova R. E. Haqverdiyeva azərbaycan diLİNDƏ


Qeyd. Sait+samit, samit+sait+samit



Yüklə 499,8 Kb.
səhifə39/76
tarix24.04.2023
ölçüsü499,8 Kb.
#101898
1   ...   35   36   37   38   39   40   41   42   ...   76
İAK.Kitab.son

Qeyd. Sait+samit, samit+sait+samit modeli olan təkhecalı sözlərdə sondakı b, c, d, g samitləri cingiltili tələffüz olunur: ac [ac], ad [ad], dad [dad], qab [qab], od [od], ud [ud], yad [yad] və s.
2.11. Qapalı hecalardakı samiti aşağıdakı qaydada tələffüz olunur:
2.11.1. Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı q samiti [xkimi tələffüz olunur: balıq [balıx], bucaq [bucax], buruq [burux], qonaq [qonax], otaq [otax], yanacaq [yanacax] və s.;
2.11.2. belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdəq samiti [x] kimi tələffüz olunur: qonaqsan [qonaxsan], qonaq sözü [qonax sözü], qonaqsevən [qonaxsevən], qonaq-qara [qonax-qara] və s.;
2.11.3. belə sözlərdən sonra saitlə başlayan şəkilçi işləndikdəq samiti yazıda olduğu kimi, tələffüzdə də ğ səsinə keçir: otağa [otağa], balığın [balığın], yanacağa [yanacağa], yarpağı [yarpağı] və s.;
2.11.4. belə sözlərdən sonra saitlə başlayan söz işləndikdə (həm mürəkkəb sözlərdə, həm də söz birləşmələrində), q samiti [ğ] kimi tələffüz olunur: bulaqotu [bulağotu], dodaqaltı [dodağaltı], uşaq oyuncağı [uşağ oyuncağı], qonaq evi [qonağ evi] və s.;
2.11.5. ərəb mənşəli alınma sözlərdə söz ortasında kar samitdən əvvəl işlənən samiti [k′] kimi tələffüz olunur: iqtisad [ik′tisat], nöqsan [nök′san], nöqtə [nök′tə], məqsəd [mək′sət], rəqs [rək′s], təqsir [tək′sir] və s.;
2.11.6. alınma sözlərin sonundakı q samiti [k′] kimi tələffüz olunur: filoloq [filolok'], haqq [hak'], müttəfiq [mütdəfik'], nifaq [nifak'], şəfəq [şəfək'], şərq [şərk'] və s.;
2.11.7. hərfi ilə bitən alınma sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz işləndikdə, q samiti [k'] kimi tələffüz olunur: üfüqdən [üfük'dən], üfüq xətti [üfük' xətdi], şərqşünas [şərk'şünas], şərq qütbü [şərk' qütbü], haqdan [hak'dan], haqq söz [hak' söz], nahaqdan [nahak'dan], nahaq danışıq [nahak' danışıx] və s.;
2.11.8. hərfi ilə bitən alınma sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz işləndikdə, samiti yazıldığı kimi tələffüz olunur: təzyiqi [təzyiqi], təzyiq artdıqca [təzyiq artdıxca], üfüqə [üfüqə], üfüq arxasında [üfüq arxasında] və s.
2.12. hərfi ilə bitən sözlər aşağıdakı qaydada tələffüz olunur:
2.12.1. Azərbaycan mənşəli çoxhecalı sözlərin sonundakı k hərfi cingiltili samitinin kar qarşılığı olan [x'] kimi tələffüz olunur: bələk [bələx'], çiçək [çiçəx'], çiyələk [çiyələx'], dilək [diləx'], dirrik [dirrix'], ərik [ərix'], körük [körüx'] və s.;

Yüklə 499,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin