y səsinə aid: su + (y)u, işlə + (y)ən, yağla + (y)ır və s.
S səsinə aid: dayı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 halda özünü göstərir:
R səsi ilə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, rayon əvəzinə irayon və s.
Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: şkaf əvəzinə işkaf, rast əvəzinə irast və s.
Səsdüşümü.Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
1. İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sözün ikinci hecasındakı sait düşür: Fikir — fik(i)r + in – fikrin Sinif — sin(i)f + in – sinfin və s.
2. Ora, bura, hara məkan bildirən sözlərə yerlik və çıxışlıq hal şəkilçiləri qoşulduqda bu sözlərdəki a səsi ixtisar olunur:
Orada—orda, oradan—ordan
Burada—burda, buradan—burdan
Harada—harda, haradan—hardan
3. Sonu saitlə bitən miqdar saylarına sıra sayı şəkilçisi –ıncı, -inci, -uncu, -üncüqoşulduqda şəkilçinin əvvəlindəki sait düşür:
İki — iki(i)nci – ikinci Altı — altı(ı)ncı – altıncı Yeddi — yeddi(i)nci — yeddinci və s.
4. Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait səslər düşür:
9. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlayan şəkilçi qoşulduqda ikincisi tələffüz olunmur:
Dost+lar – doslar // dost+luq – dosluq
Neft+çi – nefçi // lift+çi – lifçi
10. Alınma sözlərdə işlənən qoşa y səsindən biri tələffüz zamanı atılır:
ədəbiyyat – ədəbiyat // şəxsiyyət – şəxsiyət // milliyyət – milliyət
11.Saitlə bitən sözə saitlə başlanan söz birləşdirildikdə mürəkkəb sözün birinci tərəfindəki son sait nə yazılır, nə də tələffüz olunur:
Mirzə+ Əli — Mirzəli, Əli + Ağa — Əlağa Əli + Əsgər — Ələsgər vəs. 12.İdi, imiş, isə köməkçi feilləri samitlə bitən sözlərə qoşulduqda ilk saiti düşür:
Gəlmiş + idi — gəlmişdi // gəlib + imiş — gəlibmiş // görmüş + isə — görmüşsə Geyinər + idi – geyinərdi // geyinər + imiş – geyinərmiş // geyinər + isə — geyinərsə 13. Üçün və ilə qoşmaları saitlə bitən sözlərə qoşulduqda ilk saiti düşür: Sənin + üçün – səninçün // sənin + ilə – səninlə Bacım + üçün – bacımçün // bacım + ilə - bacımla Yerdəyişmə. Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir. Məsələn:
Layihə — lahiyə — (yh — hy) Torpaq — topraq — (rp — pr) Yanlış — yalnış — (nl — ln) Məşhur — məhşur — (şh — hş) və s. Bu hal yalnız danışıq üçün xarakterikdir.