Turizm ehtiyatları. Respublikanın iqlimi, zəngin təbiəti, maddi-mədəniyyət abidələri turizmin yeni
növlərinin inkişafına imkan verir. Turizm ehtiyatları tarixi, ekoloji, ekzotik, təbiət, idman, mədəni turizm
növlərinin inkişafı baxımından perspektivlidir.
Azərbaycanda dövlət tərəfindən qorunan 6308 tarix və mədəniyyət abidəsinin 65-i dünya, 2034-ü ölkə,
qalanı isə yerli əhəmiyyətlidir. YUNESKO-nun Dünya İrs Siyahısına Azərbaycandan İçərişəhər Şirvanşahlar
sarayı və Qız qalası ilə birlikdə salınmışdır (2000). "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun ərazisindəki 10
dünya, 27 ölkə əhəmiyyətli abidə maraqlı turizm obyektləridir.
Əlverişli iqlim şəraiti (Lənkəran-Astara, Nabran-Yalama, Abşeron və b.), müalicəvi mineral sular, neft
və palçıqlar (Lənkəran, Kəlbəcər, Naxçıvan, Naftalan, Abşeron və b.) sağlamlıq turizminin inkişafına geniş
imkan yaradır. Respublikada dövlət təbiət qoruqlarının (DTQ) və milli parkların sayının artması təbiət, ekoloji
və ekzotik turizm növlərinin inkişafmı sürətləndirmişdir. Soyuq iqlimli bölgələrdə (Kiçik Qafqaz, Naxçıvan,
Şəki, Zaqatala, Qusar, Lerik, Şamaxı və b.) turizmin alpinizm, dağ-xizək idmanı növləri inkişaf etdirilir. Bakı,
Maştağa, Gəncə, Quba, Naxçıvan, Lənkəran, Bərdə, Şəki və Şamaxıda açılmış Olimpiya idman
komplekslərində milli, regional və beynəlxalq miqyaslı idman yarışlarının keçirilməsi turizm əlaqələrini
genişləndirir. Şəkidə və Qubada OİK-lərin nəzdində müasir mehmanxanalar tikilmişdir.
Dostları ilə paylaş: |