Sırdaq - balıqdan hazırlanmış xörək növü.
Sürfüllü - qalın xəmirdən barmaqla bükülmüş və eşilmiş duru xəmir xörəyi.
Səməni - buğdanın yaz vaxtı göyərtisi (bunun köklərindən səməni xörəyi hazırlanır).
Sıyıq - düyüdən və başqa yarmalardan hazırlanmış qatı şorba.
Siləbic - qızıl balıqdan bişirilmiş balıq xörəyi.
Səbzi - əsasən kəvərdən hazırlanmış ət xörəyi.
Şırfıl - lobyadan hazırlanmış duruhal məhsul (aş üçün).
Tərxun - tərkibində efir yağı olan dadlı, ətirli göyərti (estraqon).
Tərə - göyərtidən hazırlanmış Lənkəran xörəyi.
Tər - təzə göyərti və meyvə-tərəvəz.
Umac - undan qovrulmuş xörək.
Yuxa - mayasız xəmirdən oxlovla nazik yayılmış məmulat.
Yel cevizi - tropik ölkələrdə bitən, tərkibində çoxlu efir yağı olan kiçik qazaoxşar ətirli ədviyyə.
Yarma - çəltik, qarabaşaq və buğdadan hazır olan məhsul.
Zəncəfil - tropik ölkələrdə bitən acıtəhər, ətirli ədviyyə.
Zəfəran - zərif və gözəl çoxillik bitkinin sarı, ətirli çiçəkləri ("zəfəran" ərəbcə "sarı" deməkdir).
Zirinc - Qafqaz dağlarının ətəyində bitən kolların qırmızı turş ətirli meyvəsi.
Ədəbiyyat: Xəlifəzadə C.M. "Azərbaycan milli mətbəxinin süfrə nemətləri". Bakı, "Adiloğlu", 2006,
səh.440-442.