Turizm
Ümumi məlumat
Müasir dövrdə iqtisadi inkişafa ciddi təsir göstərən və mühüm strateji əhəmiyyətə malik olan turizmin
tarixi Azərbaycanda XX əsrin əvvəlinə təsadüf edir. 1908-ci ildə Krım-Qafqaz dağ klubunun bir bölməsi Bakıda
fəaliyyətə başlamışdı. Bu bölmənin başlıca vəzifəsi Qafqazda turizmlə bağlı araşdırmaların aparılması və
ekskursiyaların təşkili idi. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı karvansaralarından mehmanxana kimi
istifadə olunurdu. Bakıda "Astoriya", "Bolşaya Moskva", "Ermitaj", "Marsel", "Madrid", "Metropol", "İmperial"
kimi yüksək səviyyəli mehmanxanalar fəaliyyət göstərirdi. Ekskursiyaların, alpinist, velosiped və piyada
yürüşlərinin geniş yayılması bu sahəyə marağın artmasına, həvəskarların ixtisaslaşmış cəmiyyətlərdə
birləşməsinə səbəb olmuşdu. Rusiya Turist Cəmiyyəti 1910-cu ildən Qafqaza müstəqil səyahətlər təşkil etməyə
başlamışdı.
Turizmi inkişaf etdirmək məqsədilə 1928-ci ildə Azərbaycan Komsomolu Mərkəzi Komitəsi nəzdində
Turizm bürosu yaradılmışdı. "Sovetski turist" (1928) və "İnturist" (1929) səhmdar cəmiyyətləri 1929-cu ildən
başlayaraq Qafqaza və Cənubi Qafqaza turist marşrutları təşkil etmişdi. Bakıda mərkəzi turizm təşkilatlarının
bölmələri fəaliyyət göstərirdi.
1936-cı ildə Bakı Turist Bazası (BTB), Hacıkənd turist evi və Göygöl turist düşərgəsi, 1950-ci ildə Bakı
Ekskursiya Bazası yaradılmış, BTB onun tərkibinə daxil edilmişdi (1952). Azərbaycan Turist-Ekskursiya
İdarəsi (ATEİ, 1957), Göygöl (1960), Mingəçevir və Hacıkənd (1962) turist bazaları yaradılmışdı. Ümumittifaq
Həmkarlar İttifaqları Mərkəzi Şurasının Azərbaycanda Turizm üzrə Respublika Şurası (1962) Azərbaycanda
Turizm və Ekskursiyalar üzrə Respublika Şurasına (1969) çevrilmişdi. Yalamada BTB-nin filialı olan "Sputnik"
turist düşərgəsi (1962), Gəncə, Sumqayıt, Abşeron, Naftalan (1967), Xankəndi (1971), Mingəçevir (1972),
Naxçıvan (1978), Lənkəran (1980), Şamaxı, Şəki, Quba, Şirvan (1982), Ordubad, Zaqatala, Şuşa, Qobustan
(1984) ekskursiya büroları və Azərbaycan SSR Baş Xarici Turizm İdarəsi (1984) yaradılmışdı. 1970-80 illərdə
respublika ərazisində turizmin daha geniş miqyasda inkişafına diqqət yetirilmiş, Şuşa, Zaqatala, Qəbələ,
Xankəndi, Sumqayıt, Naftalan, Gəncə və Yalamada ("Dostluq", "Xəzər") turist baza və klubları açılmışdı.
Bakıda "Azərbaycan" və "Abşeron" kimi iri mehmanxanalar tikilmişdi. Respublikaya 1984-cü ildə SSRİ-nin
müxtəlif regionlarından 290 min turist gəlmiş, turizm-ekskursiya bürolarının təşkil etdiyi ekskursiyalarda 2 mln.
179
turist iştirak etmişdi. 1987-ci ildə Azərbaycan vətəndaşlarının 10 mini xarici ölkələrdə, 300 mini SSRİ
məkanında turist səfə-lərində olmuşdu. Həmin ildə Azərbaycanda 17 turizm və ekskursiya bürosu, 8 baza və 6
turist mehmanxanası fəaliyyət göstərirdi.
Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir
forması kimi inkişaf etdirilir. Ölkədə "Turizm haqqında" Qanun (1999, 4 iyun) qəbul edilmiş, Gənclər, İdman
və Turizm Nazirliyi (2001, 18 aprel) yaradılmışdı. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006 il
tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv olunaraq Mədəniyyət və
Turizm Nazirliyi təşkil edilmişdir. Respublikada 2006-cı ildən Turizm İnstitutu fəaliyyətə başlamışdır.
2001-ci ilin sentyabrında Azərbaycan Ümumdünya Turizm Təşkilatına üzv qəbul olunmuşdur.
Respublikada turizm xidmətlərindən istifadə edənlərin hüquqlarının qorunması, normativ-hüquqi aktların
nizamlanmasına yardım göstərilməsi, beynəlxalq turizm bazarında Azərbaycanın nüfuzunun yüksəldilməsi və b.
məqsədlərlə 2001-ci ildə Azərbaycan Turizm Sənayesinin İnkişafı İttifaqı yaradılmışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İslam Konfransı Təşkilatı, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova (GUAM) İqtisadi Əməkdaşlıq
Təşkilatı, BMT-nin Asiya və Sakit Okean Regionu üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP),
Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin
Turizm Şurası və digər beynəlxalq regional təşkilatlarla turizm sahəsi üzrə əlaqələri inkişaf etdirir. Azərbaycan
Respublikası bir sıra dövlətlərlə (Türkiyə, Çin, Polşa, İtaliya, Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində
əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalamışdır. 2002-ci ildən Bakı şəhərində hər il Azərbaycan
Beynəlxalq Turizm Sərgisi -"AİTF" keçirilir, respublikanın turizm imkanları beynəlxalq turizm sərgilərində
(London, Moskva, Berlin, İstanbul, Məsqət, Əl-Küveyt, Daşkənd, Tbilisi, Kiyev və b.) nümayiş etdirilir. 2006-
cı ilin sentyabrında Azərbaycanda İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 5-ci Konfransı
keçirilmiş, "Bakı Bəyannaməsi" qəbul edilmişdir.
"Azərbaycan Respublikasında 2002-2005 illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq
edildikdən sonra ölkədə turizm ehtiyatlarından səmərəli istifadə olunur. Respublika ərazisində turizmin
inkişafmı təmin etmək məqsədilə 2002-ci ildə beynəlxalq standartlara cavab verən 7 əsas (Bakı-Xaçmaz, Bakı-
Astara, Bakı-Balakən, Bakı-Qazax, Bakı-Abşeron yarımadası - Qobustan, Bakı-Naxçıvan, Bakı-Şuşa) turist
marşrutu müəyyənləşdirilmişdir. Ölkədə sahibkarlıq fəaliyyətinin genişlənməsi turizm sektorunun inkişafına və
turizm sənayesinin formalaşmasına müsbət təsir etmişdir. Respublikada 206 hüquqi və fiziki şəxs turizm
fəaliyyəti ilə məşğul olur (2006, avqust)."İmprotex Travel", "Azal", "Sİ LTD", "BTİ Azerbaijan", "Caspian
Travel" və b. ölkənin iri turist şirkətləridir. Xarici turistlərin qəbulu üzrə ən iri turoperator "İmprotex Travel"
qonşu ölkələrin turist şirkətləri ilə "İpək yolu" alyansı yaradaraq kombinə olunmuş turlar təşkil edir.
Azərbaycanda 10661 nömrəsi olan 262 turist yerləşdirmə obyekti (TYO), o cümlədən 126
mehmanxana, 21 motel və 115 digər TYO fəaliyyət göstərir (2005). Mehmanxana xidməti sahəsində 4092 nəfər
çalışır. TYO-ların istismarından əldə edilən gəlir 66510,9 min manat, büdcəyə daxil olan gəlir vergisi, ƏDV və
digər vergilər 9441,1 min manat, istismar xərcləri 47312,0 min manat olmuşdur. 2005 ildə TYO-larda 264058
turist yerləşdirilmiş, 524947-si ölkə vətəndaşı olmaqla gecələmələrin sayı 1064758-ə çatmışdır. Turist səfərləri
istirahət-əyləncə (79594), işgüzar (141933), müalicə (17701) və s. (24830) məqsədlər daşımışdır. Azərbaycan
vətəndaşlarının 1829765 nəfəri xarici səfərlərə getmişdir (2005).
Bakıda dünyanın ən böyük mehmanxana şəbəkələrinə daxil olan beşulduzlu "Hyatt Regency" (1995),
"Grand Hotel Europe" (1997), "Radisson SAS Plaza Hotel" (1998), "Park Hyatt Hotel" (1999), "Excelsior Hotel
Baku" (2005) və b. fəaliyyət göstərir.
Azərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan qida sektoru formalaşmış, Milli Kulinariya
Mərkəzi yaradılmışdır (1991). "Amburan", "Karvansara", "Bəh-bəh klub", "Mc Donald's", "Pizza-nat", "Patio-
pizza", "Oyster Fish House", "Dolce Vita", "Dəniz" restoranları və b. həm yerli əhalinin, həm də turistlərin
ixtiyarındadır. Respublikada fəaliyyət göstərən milli, Avropa, türk, hind və Çin mətbəxli restoranların
əksəriyyəti Bakıda yerləşir.
Turizmin inkişafı sosial problemlərin həlli, məşğulluğun təmin olunması və yaşayış səviyyəsinin
yüksəlməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının təsdiq edilməsi
haqqında 11 fevral 2004-cü il tarixli Fərmanına uyğun olaraq respublikanın turizm ehtiyatları ilə daha zəngin
bölgələrində potensial imkanlar nəzərə alınır və turizmin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
Respublikada turizmi inkişaf etdirmək məqsədilə Bakı, Xaçmaz, Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Quba
şəhərlərində və Lahıc qəsəbəsində turist informasiya mərkəzləri açılmışdır (2006).
Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli
şəraitin yaradılması zərurətini nəzərə alaraq, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi
landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda
180
tanıdılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 2011-
ci il “ Turizm ili” elan edilmişdir.
Dostları ilə paylaş: |