21
Muğamların qrammofon vallarında ilk səs yazıları 1900-cü illərdən başlayaraq meydana gəlmişdir. 1906-
cı ildə "Qrammofon" şirkətinin dəvəti ilə Riqa şəhərində Şərq musiqi tarixində ilk dəfə olaraq, Cabbar
Qaryağdıoğlunun səsi qrammofon valına yazılmışdır. Ondan sonra Ələsgər Abdullayev, Seyid Mirbabayev,
İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Məcid Behbudov, Seyid Şuşinski və
bir çox başqa xanəndələr 1906-1915-ci illər ərzində "Qramofon", "Sport-Rekord", "Pate" şirkətləri tərəfindən
Riqa, Varşava, Peterburq, Kiyev, Moskva, Tiflis şəhərlərinə dəvət olunaraq, səsləri qrammofon vallarına
yazılmışdır. Bu xanəndələri əksər hallarda tarzən Qurban Primov və kamançaçı Saşa Oqanezaşvili müşayiət
etmişlər. Sonrakı illərdə "Noqin zavodu", "1905", "Melodiya" səsyazma şirkətləri tərəfindən xanəndələrin
qrammofon valları kütləvi tirajla buraxılmışdır. Muğamların səsyazılarının daha bir mərhələsi ADK-nın
nəzdində Bülbülün rəhbərlik etdiyi Elmi-Tədqiqat Musiqi Kabineti tərəfindən həyata keçirilmişdir. Burada
Cabbar Qaryağdıoğlu və başqa xanəndələrin ifasından xalq mahnıları və təsniflər, muğamlar fonovalikə
yazılmış və onlardan bir hissəsi nota köçürülmüşdür (Bülbülün ev-muzeyində saxlanılır). Müasir dövrdə muğam
ifaçılarının səs yazıları kütləvi tirajla Azərbaycan və xarici ölkələrdə CD-DVD formatında buraxılır.
Qədim qrammofon valları milli musiqi xəzinəsinin ən dəyərli sərvəti kimi Azərbaycan Dövlət Səsyazıları
Arxivində, Ü.Hacıbəyovun ev-muzeyində və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin fondlarında
saxlanılır. Qədim qrammofon vallarının bir hissəsi "Musiqi Dünyası" jurnalının yaradıcı qrupu tərəfindən
rəqəmsal bərpa olunmuşdur Qrammofon vallarının kataloqu "Azərbaycan diskoqrafiyası (1900-1940)" adlı veb
sayta yerləşdirilmişdir və həmin kataloqnun" (1900-1940) bərpası layihəsi həyata keçirilərək (2003-2005),
görkəmli xanəndələrin səsyazılarından ibarət 450 CD disk formatında muzeylərə və Dövlət Səsyazıları Arxivinə
təqdim olunmuşdur.
Dostları ilə paylaş: