Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə11/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   7   8   9   10   11   12   13   14   ...   136
Muğamın ifası 
 
Muğamın ifası iki cür olur: birincisi, vokal-instrumental, yəni ansambl şəklində; belə ansambl keçmışdə 
"xanəndə  və  sazəndə  dəstəsi"  adlanırdı,  müasir  musiqi  ifaçılığında  "muğam  üçlüyü"  deyilir  -  klassik  muğam 
üçlüyü tar, kamança və xanəndədən (eyni zamanda, qaval çalır) ibarətdir. İkincisi, muğamlar instrumental, yəni 
solo şəkildə ifa olunur. Muğamın bütün tərkib hissələri müəyyən bədii fikri müxtəlif bədii ifadə vasitələri ilə əks 
etdirir. Muğamın hər bir hissəsi (şöbəsi, guşəsi) çox vaxt özü - özlüyündə müstəqil bir mahiyyət kəsb edir və 
ayrılıqda  ifa  edilə  bilsə  də,  onun  mütəşəkkil  vahid  əsas  inkişaf  xətti  ardıcıl  surətdə  məntiqi  qaydalara 
əsaslanaraq öz bütövlüyünü, tamlığını itirmir. 
 
Muğam janrları 
 
Muğamın  janrları  bunlardır:  muğam  dəstgahları,  zərbi  muğamlar,  kiçik  formalı  muğamlar,  təsnif  və 
rənglər.  Azərbaycan  muğamları  dərin  məzmuna,  məntiqli  kompozisiya  quruluşuna  malik  olub,  möhkəm  lad 
sistemi və sabit melodik özəklər əsasında improvizasiya üslubunda qurulmuş geniş inkişaflı silsilə əsərlərdir. 
Muğamın tədrisi üç pillədə: uşaq musiqi məktəblərində, orta ixtisas və ali musiqi məktəblərində aparılır. 
Keçirilən muğam müsabiqələri yeni nəsil muğam ifaçılarının yetişməsi üçün əsaslı zəmindir. Görkəmli muğam 
ifaçılarının yaradıcılıq irsi qorunur və dünya miqyasında təbliğ olunur. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin