Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə10/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   6   7   8   9   10   11   12   13   ...   136
 
Muğam adlarının etimologiyası 
 
Muğam adlarının etimologiyası maraqlıdır. Bəzi muğam adları rəqəmlərlə bağlıdır: məs., "Dügah": dü - 
ikinci, gah - "məqam", "məkan", "mövqe" mənasını daşıyır, "ikinci məqam" deməkdir. O cümlədən, "Segah" - 
"üçüncü", "Çahargah" - "dördüncü", "Pəncgah" - "beşinci" məqam mənasını verir. Ölkə və şəhər adları ilə bağlı 
muğamlar  var:  "Azərbaycan",  "Hicaz",  "Zabul",  "Bayatı-Şiraz",  "Bayatı-Isfahan",  "Əraq"  (və  yaxud  "Iraq"), 
"Arazbarı", "Heyratı", "Kabili", "Qarabağ şikəstəsi" və s. yer adlarını daşıyır. Tarixi şəxsiyyətlərlə və ifaçılarla 


19 
 
bağlı muğam adları: "Mənsuriyyə", "Heydəri", "Baba Tahir", "Hacı Dərviş", "Hacı Yuni", "Şah Xətai" muğam 
şöbələrində  öz  əksini  tapır.  Heyvanat  aləmi  ilə  bağlı  muğam  adlarına  da  rast  gəlinir:  məs.,  "Balu-kəbutər"  -
"qaranquş  qanadları",  "Zəngi-şötör"  -  "dəvə  zəngləri"  mənalarmı  daşıyır.  Musiqinin  obrazlı  məzmunu  ilə 
əlaqədar  muğam  adları  mövcuddur:  "Səmayi-Şəms",  "Şur", "Hümayun",  "Şah-naz",  "Dilkəş", "Dilrüba"  və  s. 
Eyni zamanda, türk qəbilə və tayfa adları da muğamlarda öz əksini tapmışdır: məs., "Bayatı" - Bayat tayfasının, 
"Ovşarı" ("Əfşarı") - Əfşar tayfasının adı ilə bağlıdır. Həmçinin, "Bayatı-Türk", "Bayatı-Qacar", "Bayatı-Kürd" 
("Kürd" sözü türk mənşəli "Qurd" sözünün xalq arasında tələffüz formasıdır) muğamların qədim türk kökləri ilə 
bağlılığından xəbər verir. 
Muğam ənənələri bu gün də qorunub saxlanılır. Muğam - əsaslı ustad məktəbi keçmiş, ifaçılıq texnikasına 
məharətlə  yiyələnmiş,  virtuoz  improvizə  bacarığına  və  bəstəkarlıq  istedadına  malik,  muğam  qanunlarını  və 
poeziyanı dərindən bilən professional musiqiçilər tərəfindən şifahi ənənə əsasında oxunub-çalınaraq yaradılır. 
Muğam bir yaradıcılıq prosesidir və sənətkarın təxəyyülü üçün geniş imkanlar açır. Muğam ifaçısı - xanəndə və 
ya  xalq  çalğı  ansamblı  ifaçısı  öz  zövqündən,  məharətindən,  bacarığından  asılı  olaraq,  ciddi  qayda-qanunlar 
əsasında qurulan muğam kompozisiyasında bir muğamdan-digərinə keçərək, onu rəngarəngləşdirir, öz ifaçılıq 
versiyasını yaradır. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin