20
sistemi (əbcəd) Şərqdə musiqi alimləri tərəfindən geniş tətbiq olunmuş, bu sistemlə S.Urməvinin, Ə.Marağainin
və b. yaratdıqları musiqi əsərləri yazıya alınaraq, qorunub saxlanmışdır. XX əsrdə universal Avropa not yazı
sisteminin Azərbaycan musiqisində tətbiqi nəticəsində 1930-cu illərdən sonra yetişən bəstəkar və
musiqişünaslar tərəfindən muğam dəstgahları, zərbi muğamlar, təsnif və rənglər nota salınıb çap olunmuşdur.
Azərbaycan şifahi ənənəli musiqisinin ilk nümunələri - xalq mahnı və rəqs melodiyaları hələ XIX əsrin II
yarısından başlayaraq, rus etnoqrafçıları - P.Vostrikov, M.P.Polonski və b. tərəfindən nota yazılıb müxtəlif
jurnallarında nəşr olunmuşdur. Azərbaycanda ilk dəfə olaraq, 1927-ci ildə isə Ü.Hacıbəyovun və
M.Maqomayevin nota yazıb işlədikləri "Azərbaycan türk el nəğmələri" məcmuəsi çap olundu.
Azərbaycan ilk dəfə muğamın nota köçürülməsi işi ilə Müslüm Maqomayev məşğul olmuşdur. O, 1928
ildə Qurban Primovun ifasından "Rast" muğamını nota salmışdır. Həmin not yazısı çap olunmamışdır (AMEA-
nın Füzuli ad. Əlyazmaları Institutunda saxlanılır). Muğamların nota yazılması sahəsində Niyazinin xidmətləri
qeyd edilməlidir. "Rast" və "Şur" dəstgahlarmı vokal-instrumental şəkildə Cabbar Qaryağdıoğlunun ifasından
nota yazılmış, lakin çap olunmamışdır (Niyazinin ev-muzeyi). 1932-ci ildə ADK-nın nəzdində Bülbülün
rəhbərliyi ilə yaranmış Elmi-tədqiqat musiqi kabinetinin əməkdaşları tərəfindən də muğamların notlaşdırılması
sahəsində mühüm işlər görülmüşdür. 1936-cı ildə nəşr olunmuş ilk not yazıları - Tofiq Quliyevin "Rast"
"Zabul", Zakir Bağırovun "Dügah" muğam dəstgahları tarzən Mənsur Mənsurovun ifasından nota yazılmışdır və
L.Rudolfun harmonizasiyasında, yəni, fortepiano üçün işləməsində verilmişdir. Qara Qarayev tərəfindən
Qurban Primovun ifasından nota yazılmış "Şur" muğamı muğam melodiyalarım orijinalda olduğu kimi, heç bir
işlənmə elementlərinə yol verməyərək, dəqiq əks etdirir (əlyazması AMEA Mİİ-nin arxivində saxlanılır, inv.JNe
94) Bu əlyazmasının yalnız bir hissəsi - "Mayə" şöbəsi V.Belyayevin "Oçerki istorii muzıki narodov SSSR"
("SSRİ xalqlarının musiqi tarixinə dair oçerklər") kitabında nümunə kimi təqdim edilmişdir). Bundan başqa,
1930-cu illərin sonunda F.Əmirov xanəndə Bilal Yəhyanın ifasından "Rast", "Şur", "Segah" muğamlarının
şöbələrini, M.İsmayılov xanəndə Əlizöhabın ifasından təsnifləri nota yazmışdır. V.Belyayevin adı çəkilən
kitabında Qurban Primovun ifasından nota salınmış "Rast" muğamının daha iki not yazısı verilmişdir.
Birincisini - instrumental şəkildə "Rast" muğammı rus musiqişünası V.Krivonosov nota yazmışdır. İkinci not
yazısı isə bəstəkar Tofiq Quliyevə məxsusdur. Bu not yazısı "Rast" muğam dəstgahının vokal-instrumental
şəkilini əks etdirir, Zülfi Adıgözəlovun və Qurban Primovun ifasından yazılmışdır.
1960-cı illərdə bəstəkar Nəriman Məmmədovun tarzən Əhməd Bakıxanovun ifasından nota yazdığı
instrumental muğamlar çap olunmuşdur: "Bayatı-Şiraz" və "Şur" (1962), "Rast" və "Şahnaz" (1963),
"Çahargah" və "Hümayun" (1962), "Segah-Zabul" və "Rahab" (1965). N.Məmmədovun 1970-ci illərdə vokal-
instrumental şəkildə nota yazdığı "Çahargah" (1970) muğamı xanəndə Yaqub Məmmədovun, "Rast" (1978)
muğamı Hacıbaba Hüseynovun ifaçılıq təfsirinə uyğundur. 2000-ci illərdə muğamların not yazıları kamança
ifaçısı, sənətşünaslıq namizədi Arif Əsədullayev tərəfindən tarzən Elxan Mirzəfərovun ifasında nota salınıb çap
edilmişdir: "Bayatı-Şiraz" və "Hümayun" (2003), "Rast" və "Çahargah" (2005), "Şüştər", "Şur", "Zabul Segah"
(2006). Muğam dəstgahlarla yanaşı, mağamının digər janrlarına aid nümunələr də nota yazılıb çap olunmuşdur:
S.Rüstəmov "Azərbaycan xalq rəngləri" (I dəftər - 1954, II dəftər - 1956), Ə.Bakıxanov "Azərbaycan xalq
rəngləri" (1964), "Azərbaycan ritmik muğamları" (1968), R.Zöhrabov "Azərbaycan təsnifləri" (1983),
"Azərbaycan zərbi muğamları" (1986), "Zərbi muğamlar" (2004), E.Mansurov və A.Kə-rimov "Azərbaycan
dəraməd və rəngləri" (1984), "Azərbaycan diringi və rəngləri" (1986).
Dostları ilə paylaş: