Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə9/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   5   6   7   8   9   10   11   12   ...   136
Muğamın tarixi 
 
Muğamın  tarixi  çox  qədimdir.  Şərq  musiqisinin  möhtəşəm  sənət  abidəsi  olan  muğamın  yaranmasını 
alimlər hələ keçən minilliyə, islamaqədərki dövrə aid edirlər. Onun köklərini zərdüştiliklə bağlayırlar. Muğam 
sözünün mənası  da  Allah  tərəfindən  göndərilən  musiqi  kimi  izah  olunmuşdur.  Muğamın  İlahinin  qüdrətilə 
insanların  ruhunu  təmizləməsi,  saflaşdırması  fikri  də  söylənilir.  Təsadüfi  deyil  ki,  qədim  dövrün  alimləri 
insanları muğam sədaları ilə müalicə edirdilər. Muğamları planetlərlə əlaqələndirirdilər: "Nəva" muğamı - Ay 
planetinə,  "Busəlik"  -  Merkuri,  "Rast"  -  Venera,  "Əraq"  -  Günəş,  "Üşşaq"  -  Mars,  "Zirəfkənd"  -  Yupiter, 
"Rəhavi" - Saturn planetinə uyğundur. 
Qədim  dövrlərdə  peşəkar  xalq  ifaçılarının  yaratdıqları  musiqi  "nəva",  "rah",  "xosrovani"  adlanırdı. 
Musiqi  mədəniyyəti  inkişaf  etdikcə  isə  yeni  forma  və  janrlar  meydana  gəlmişdir.  Muğamın  bir  janr  kimi 
formalaşması XII-XIII  əsrlərə  "Müsəlman  Renessansı"  dövrünə  aiddir.  Bu  dövrdə  məhz  poeziyanın  yüksəlişi 
Nizami,  Xaqani,  Nəsimi,  Füzuli  və  b.  şairlər  )  muğamın  da  inkişafına  təkan  verdi.  Şərq  ölkələrində  yüksək 
poeziya  dili  kimi  qəbul  olunmuş  ərəb-fars  dilləri  saray  mühitində  formalaşan  muğam  sənətinə  böyük  təsir 
göstərmişdir.  Şərq  poeziyasının  ən  mükəmməl  şer  forması  olan  qəzəl  ərəb  dilinin  xüsusiyyətləri  ilə  sıx  bağlı 
olduğuna  görə,  qəzəllər  əsasında  oxunan  muğam  melodiyalarının  quruluşunda  əruz  vəzni  böyük rol  oynayır. 
Məhz  bu  dövrdə  yaranmış  muğamlar  ərəb-fars  mənşəli  adları  qəbul  etmiş  və  ənənəvi  olaraq,  bu  gün  də 
saxlanılmışdır. 
Orta əsrlərdə Şərq musiqisində 12 klassik muğam: "Üşşaq", "Nəva", "Busəlik", "Rast", "Əraq", "İsfahan", 
"Zirəfkənd",  "Büzürk",  "Zəngulə",  "Rəhavi",  "Hicaz";  6  avaz:  "Şahnaz",  "Mayə",  "Səlmək",  "Novruz", 
"Gərdaniyyə", "Güvaşt" mövcud idi. Eyni zamanda, 24 şöbə və zərbi muğamlar, təsnif adları da qeyd olunur. 
Zaman keçdikcə, bütün bu muğamların mahiyyəti dəyişsə də, onların adları bu günə kimi bütün Şərq xalqlarının 
musiqisində eyni şəkildə qalmışdır. Orta əsrlərdə yaranmış muğam və avazlardan bəzisi inkişaf edərək, böyük 
bir  muğam  dəstgaha  çevrilmiş,  bəzisi  isə  şöbə  kimi  muğam  dəstgahların  tərkibinə  daxil  olmuş  və  ya  kiçik 
həcmli  muğam  əhəmiyyəti  kəsb  etmişdir.  Muğam  sənəti  təkmilləşərək  bizə  gəlib  çatmışdır.  Müasir  dövrdə 
Azərbaycan  musiqi  irsinin  əsasını  "Rast",  "Şur",  "Çahargah",  "Bayatı-Şiraz",  "Şüştər",  "Hümayun"  və  s. 
muğamlar  təşkil  edir.  Yalnız  "Rast"  muğamı  orta  əsrlərdən  mükəmməl  şəkildə  qorunaraq,  bu  gün  də  əsas 
muğam dəstgah sayılır. "Üşşaq", "Hüseyni", "Əraq" isə onun tərkibinə muğam şöbəsi kimi daxil olmuşdur. 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin