Muğam dəstgahlarışifahi ənənəli Azərbaycan professional musiqisinin ən böyük janrı, mükəmməl və
klassik formasıdır. "Dəstgah" sözü - "dəst" - bütöv, tam; "gah" - yer, mövqe deməkdir. Dəstgah - muğamın
vokal-instrumental şəkildə bütün hissələrinin - şöbə, guşə, rəng, təsniflərin tam, bütövlükdə, muğam
kompozisiyasının tələbləri səviyyəsində ifası deməkdir. Dəstgahın ən başlıca xüsusiyyəti muğam şöbələrinin və
guşələrinin, təsnif və rənglərin məntiqli surətdə ardıcıllaşaraq, silsilə yaratmasından ibarətdir. Bunun da
nəticəsində muğam dəstgahlarının özünəməxsus inkişaf dramaturgiyası yaranır. Beləliklə, muğam dəstgahları
kamil formalı, çoxhissəli, silsilə quruluşlu musiqi əsərləridir.
Azərbaycan muğam dəstgahları bunlardır: "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Mahur-
Hindi", "Orta Mahur", "Mirzə Hüseyn Segahı", "Zabul Segahı", "Xaric Segah", "Şüştər", "Hümayun". Bu
muğam dəstgahları rast, şur, segah, şüştər, bayatı-şiraz, çahargah, hümayun məqamlarına əsaslanır. Bir məqam
əsasında bəzən bir neçə muğam qurulur, beləliklə, muğam ailələri əmələ gəlir. Azərbaycan musiqisində "Rast",
"Şur", "Segah" muğam ailələri yaranmışdır.
Muğam dəstgahlarının mətn əsasmı qəzəllər təşkil edir. Qəzəl seçimi hər bir xanəndənin öz zövqündən və
istəyindən asılı olmaqla yanaşı, həm də muğamın xarakteri ilə bağlı olur: məs., "Rast"da oxunan qəzəllər
"Segah"da və ya "Çahargah"da oxunmur. Muğam dəstgahların ifası müddəti (xronometraj) sabit deyil. Eyni
dəstgah 2-3 saat, 30-40 dəqiqə və ya 10-15 dəqiqə müddətində ifa oluna bilər.