Musiqi
Ümumi məlumat
Azərbaycanın musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi haqqında ən qədim məlumatlar
arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra materiallardan, Qobustan (e.ə. 12-6-cı minilliklər) və Gəmiqaya
(e.ə. 3-1-ci minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi-Dədə Qorqud"da (7 əsr), Nizaminin, Xaqaninin,
Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, janrları və alətləri barədə zəngin məlumat verilmişdir.
Nizaminin "Xəmsə" əsərindən alman məlumatlara əsasən XII əsrdə özünün çiçəklənmə dövrünü yaşayan
Azərbaycan mədəniyyətində musiqi sənəti aparıcı yerlə
7
neçə qrupa bölünür. "Çoban", "Çoban avazı", "Tutu nənəm", "Sağım mahnısı", "Çək, şumla yeri", "Şum
nəğməsi" kimi qədim holavarların səs diapazonları kiçik olub, reçitativ tipli melodiyaları ara-sıra işlə əlaqədar
deyilən nidalarla ("ha-ha-ha", "o-ha", "ho-ho-a") kəsilir. Bir çox əmək nəğmələri kollektiv şəkildə oxunur və
bəzən rəqslə müşayiət olunurdu (Lənkəran, Masallı).
Mahnıların qədim növlərinə mərasim nəğmələri də daxildir. Onlar mövsüm və məişət mərasimi
nəğmələrinə bölünürlər. Mövsümi mərasim nəğmələrində ayrı-ayrı təbiət hadisələrinə inam və etiqadlar öz
əksini tapmışdır. Bu mahnıların bir qrupu yazın gəlişi, Novruz bayramı münasibətilə yaranmış, Günəşin
çıxmasına, bayram xonçasına və s. həsr edilmişdi ("Günəş, çıx, çıx, çıx!", "Səməni", "Kos-kosa" və s.). Bu
mahnıların mətnini bayatılar təşkil edirdi. "Xıdır" və "Qodu-qodu" mövsümi mərasimlərdə oxunan nəğmələr də
məşhur idi.
Məişət mərasimi nəğmələri xalqın toy, doğum, yas mərasimlərini müşayiət etmişdir. Toy mərasimləri
adət-ənənələrinin rəngarəngliyi, mahnı və rəqslərinin zənginliyi ilə seçilir. "Yol açın, gəlin gəlir", "Xoş gəldin",
"Xonça mahnısı", "Verin bizim gəlini", "Aparmağa gəlmişik" və başqa toy mahnıları rəngarəng intonasiya
çalarlarına və fəal rəqsvarı ritmə malikdir.
Yas və dəfn mərasimlərində ağılar, oxşamalar, mərsiyələr oxunardı. Qədim
ağıların mətn əsasları oğuz dastanlarından götürülmüş, sonralar isə ağıların bayatı
şəkilli formaları yaranmışdır. Mərsiyələrin mətnləri əruz vəznində olub, klassik
ədəbiyyatdan (Füzuli, Şüai, Raci, Qüdsi və başqa) götürülürdü. Matəm mahnıları
qəm, kədər ifadə edib, ağlaşma ilə bağlı olduğundan melodiyalarının intonasiya
əsasını "ağlama", "inilti", "zarıma" təşkil edirdi.
Azərbaycan musiqi folklorunda tarixi-qəhrəmanlıq mahnıları nisbətən gec
yaranmış, onlarda xalqın tarixi ilə bağlı müxtəlif hadisələr öz əksini tapmışdır.
Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm, Qatır Məmməd və Həcər haqqında nəğmələr
bu qəbildəndir. "Piyada Koroğlu", "Qaçaq Nəbi", "Atlı Koroğlu", "Qaçaq Kərəm",
"Kərəmxan Sərtib" kimi mahnılarda tarixi-qəhrəmanlıq janrının xüsusiyyətləri
müxtəlif səviyyələrdə təzahür edir. Onların mətn əsaslarını aşıq ədəbiyyatının
gəraylı, qoşma, müxəmməs kimi formaları təşkil edir. XX əsrin əvvəllərində
yüksələn inqilabi hərəkatla bağlı Səttarxana, Qatır Məmmədə həsr olunmuş mahnılar
da yaranmışdır.
Mahnı yaradıcılığının məzmun, musiqi düzümü baxımından zəngin və rəngarəng hissəsini lirik
mahnılar təşkil edir. Onlarda xalqın gündəlik həyatı, hiss-həyəcanları, ailə münasibətləri öz əksini tapmışdır.
Müxtəlif obrazlarla əlaqədar mahnıların melodik inkişafı daha geniş vüsət almış, nəfis bəzəklərlə aşılanmışdır.
"Səndən mənə yar olmaz", "Onu demə, zalım yar", "Laçın", "Küçələrə su səpmişəm", "Nə gözəldir", "Aman
ovçu" və s. məhəbbəti, təbiəti vəsf edən lirik mahnılardır. Yumorlu "Çalpapaq", "Aman nənə" kimi mahnılar,
meyxanalar da xalq musiqi yaradıcılığında mühüm yer tutur. Xalq mahnılarının melodikasına variant
dəyişkənliyi, sekvensiya üsulu ilə inkişaf, istinad pərdələri ətrafında gəzişmə, zəngin melizmatika xasdır. 6/8,
3/4, 2/4 vəznləri daxilində mətn əsası ilə bağlılıqdan irəli gələn müxtəlif bölgü qruplaşmaları qeyd olunur və
sinkopalardan istifadə edilir.
Xalq mahnı yaradıcılığının mühüm qolu olan uşaq musiqi folkloru böyüklərin uşaqlar üçün oxuduqları
laylaları, oxşamaları, beşik nəğmələrini və s., həm də uşaqlarm ifa etdikləri mahnıları ("düzgülər", "sanamalar",
"uşaq lirik mahnıları") özündə birləşdirir. Bəzi əmək mahnıları ("Zəhmətin işığı", "İş başına", "Tutu nənəm" və
s.) tədricən böyüklərin folklorundan uşaq yaradıcılığına keçmişdir.
Azərbaycan musiqisinin digər mühüm sahəsi şifahi ənənəli peşəkar musiqidir. İncəsənətin bir çox
sahələrini (musiqi, poeziya, teatr, ifaçılıq sənəti və başqa) özündə sintezləşdirən aşıq yaradıcılığı bu musiqinin
önəmli qoludur. "Aşıq" termini "eşq" sözündən yaranmış, sənətə, əsl gözəlliyə vurğunluq mənası daşıyır.
Termin kimi təxminən 14 əsrdə yaranmışdır. Hələ qədim və orta əsrlərdə aşıqların ozan, varsaq, dədə kimi
əcdadları olmuşdur. Onların həyat və yaradıcılığını əks etdirən ilk yazılı mənbə "Kitabi-Dədə Qorqud"dur. Aşıq
musiqi-poetik yaradıcılığı qəhrəmanlıq və vətənpərvərlik mövzuları ilə zəngin olub, xalqın istək və arzularmı,
poetik sevgi lirikasını ifadə edir. Onun tərkibinə məzmunca zəngin, formaca rəngarəng dastanlar və şerlər
daxildir. Müxtəlif aşıq havaları bu formaların musiqi əsasmı təşkil edir.
Ənənəvi klassik aşıq havaları bayatı, gəraylı, qoşma, müxəmməs, divani, təcnis və başqa poetik
formalara əsaslanır. 80-dən artıq ("Kərəmi", "Əfşarı", "Misri", "Dilqəmi", "Yanıq Kərəmi" və s.) aşıq
havalarının ayrı-ayrı ərazi variantları mövcuddur. Dastan aşıq sənətinin önəmli janrıdır. Çoxhissəli ədəbi-bədii
musiqili əsər olan dastanda şer, nəsr və musiqi növbələşir. Aşıq yaradıcılığının kiçik formaları dastana daxil
olub, onun tərkib hissəsini təşkil edir. Dastanlar mövzu etibarilə müxtəlifdir: qəhrəmanlıq ("Koroğlu"),
məhəbbət ("Əsli və Kərəm") dastanları və başqa Aşıqların əsas musiqi aləti sazdır. Sazın əsas üç qrup simi
kvarta-kvinta nisbətində köklənir, başqa interval nisbətləri də var. Aşıq musiqisinin melodiya və forma
xüsusiyyətləri sazın bu quruluşu ilə bağlıdır.
8
Aşıq havalarında musiqi ilə poetik mətnin qarşılıqlı əlaqəsi onların melodik-ritmik, forma
xüsusiyyətlərinin yaranmasına önəmli təsir göstərir. Aşıq poeziyasının vəzni hecadır. Havaların quruluşu şerin
forma və heca tərkibi, bölgü xüsusiyyətləri ilə əlaqədə yaranır. Qurbani (XVI əsr), Abbas Tufarqanlı, Sarı Aşıq
(XVII əsr), Xəstə Qasım, Aşıq Valeh, Aşıq Dilqəm (XVIII əsr), Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli
(XIX əsr) və başqa keçmişin görkəmli aşıqlarıdır. XX əsr aşıqları arasında Aşıq Hüseyn Bozalqanlı, Aşıq Əsəd,
Aşıq Mirzə, Aşıq İslam, Aşıq Şəmşir, Hüseyn Saraclı, Əmrah Gülməmmədov,
Hüseyn Cavan, Aşıq Kamandar, İmran Həsənov, Mikayıl Azaflı, Əkbər
Cəfərov, Ədalət Nəsibov və başqa fərqlənir. Aşıq sənəti Azərbaycanın Qazax,
Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında
xüsusilə vüsət tapmışdır.
Muğamlar şifahi ənənəli peşəkar musiqinin yüksək sənət nümunəsidir.
Orta əsrlərdə klassik poeziya ilə bağlı inkişaf etməyə başlayan muğamlar dərin
məzmun, yüksək ideya, emosional məna daşıyan vokal və instrumental
kompozisiyalardır. Fəlsəfi-psixoloji məzmunlu muğam sənətində insanın
zəngin mənəvi aləmi, həyat haqqında düşüncələri ifadə edilmişdir. Muğam
Yaxın və Orta Şərqin bir sıra xalqlarının musiqi janrıdır. Klassik Şərq
musiqisində muğamat 12 muğamdan ("Üşşaq", "Nəva", "Əbusəlik", "Rast",
"İraq" (Əraq), "İsfahan", "Zirəfkənd", "Büzürk" (Bozorg), "Zəngulə",
"Rahəvi", "Hüseyni", "Hicaz"), 24 şöbədən, 48 guşədən, 6 avazdan, rəng və
təsniflərdən ibarətdir. Azərbaycan muğamları quruluş, dramaturji inkişaf,
improvizə xüsusiyyətləri, ifa üsullarına görə digərlərindən fərqlənir. Çağdaş
Azərbaycan muğam musiqisində 12 əsas muğamdan 7-si təşəkkül tapmışdır.
Əsas muğamların adları Azərbaycan musiqisinin lad əsasmı təşkil edən 7
məqamın (ladın) adı ilə eynidir ("Rast", "Şur", "Segah", "Şüştər","Çahargah",
"Bayatı- Şiraz", "Humayun"). Hər bir muğam istinad etdiyi məqamın inkişafı
nəticəsində onun intonasiya tərkibinin, ifadə özəlliklərinin təcəssümü kimi təşəkkül tapmışdır. Muğam fəlsəfi,
lirik məzmunlu fikir və forma bitkinliyinə malik bir əsərdirsə, məqam onun əsasına qoyulmuş lad tərkibi,
müəyyən qayda-qanuna tabe olan səs düzümüdür. Hər hansı bir məqamın əsasında təkcə onun adına uyğun
muğam deyil, bir neçə muğam səslənə bilər. Məs., rast məqamına "Rast" dəstgahından başqa "Bayatı-Qacar",
"Mahur-hindi", "Orta-mahur", "Dügah" və s. muğamlar da əsaslanır.
Muğam məqam-intonasiya inkişafının vəhdətinə, müəyyən dramaturji
kompozisiyaya əsaslanan çoxhissəli sil-silə əsərdir. Muğam dəstgahlarında sərbəst
vəznli improvizə hissələri - şöbələr dəstgahın dəqiq metroritmə əsaslanan vokal
təsnifləri və instrumental rəngləri ilə növbələşərək təzad yaradır. Muğamlar müəyyən
ciddi qayda-qanunla düzümlənir. Melodik inkişaf məqamın mayəsindən başlanaraq,
yuxarı istiqamətlənir, ən yüksək həddə - kulminasiyaya çatır və yenidən geriyə,
mayəyə qayıdır. İnkişafın rüşeymini məqamın mayəsini səciyyələndirən kiçik
melodik dönmə-tezis təşkil edir. Muğam şöbələrinin ardıcıllığı pilləvarı inkişaf
quruluşunu yaradır. Azərbaycan muğamlarının vokal-instrumental və instrumental
növləri var. Xanəndələr muğamı klassik Azərbaycan poeziyasının örnəkləri, lirik
fəlsəfi məzmunlu qəzəlləri üstündə ifa edirlər. Muğamlar, adətən, xalq çalğı alətləri
üçlüyünün (tar, kamança, dəfxanəndə) ifasında səslənir. Muğamın bir növü də zərbi
muğamlardır (ritmik muğamlar). Bunlar "Heyratı", "Mənsuriyyə", "Simayi Şəms",
"Arazbarı", "Ovşarı", "Kəsmə şikəstə", "Qarabağ şikəstəsi" və başqadır. Zərbi
muğamlarda xanəndənin muğam improvizəsi dəqiq vəznli musiqi ilə müşayiət
olunur. Bu zaman poliritmik, polimetrik çoxqatlı faktura yaranır. Zərbi muğamların vokal partiyası üçün yuxarı
registrdə səslənən zəngin melizmatikalı melodiya xasdır. Azərbaycan klassik muğamının inkişaf tarixi xanəndə
ifaçılığı sənəti ilə sıx bağlıdır. Görkəmli xalq sənətkarları özəl muğam ifaçılığı məktəbi yaratmışlar (Hacı Hüsü,
Səttar, Əbülhəsən xan İqbal, Əbdülbağı Zülalov, Cabbar Qaryağdı oğlu, Keçəçi oğlu Məhəmməd, Məşədi
Məmməd Fərzəliyev, Məcid Behbudov və başqa). XIX əsrin 2-ci yarısı - XX əsr Azərbaycan muğam ifaçılığına
müxtəlif məktəblər mövcud idi (Qarabağ, Bakı, Şirvan məktəbləri). Xanəndələrdən İslam Abdullayev, Ələsgər
Abdullayev, Seyid Şuşinski, Bülbül (Murtuza Məmmədov), Xan Şuşinski, Zülfı Adıgözəlov, tarzənlərdən
Qurban Pirimov, Mirzə Mənsur Mənsurov və başqalarının Azərbaycan musiqi tarixində mühüm xidmətləri var.
Azərbaycan xalq musiqisi yuxarıda adları çəkilən 7 əsas və 3 əlavə məqam (Şahnaz, Sarənc, 2-ci növ
Çahargah) üzərində qurulmuşdur. Məqamların səs sırası beş növ tetraxordun dörd üsulla birləşməsindən əmələ
gəlmişdir. Tetra-xordların sayı və birləşmə üsullarından asılı olaraq məqam pərdələrinin sayı müxtəlif olur.
Məqamın əsas sabit pərdəsi - mayədir (tonika).
9
Azərbaycan xalq musiqi alətləri müxtəlifliyi ilə seçilir. Nəfəs
alətlərindən tütək, balaban, zurna, simli-mizrablı alətlərdən saz, tar, qanun
(kanon), ud, simlika-manlı alətlərdən kamança, zərb alətlərindən dəf, nağara,
qoşanağara geniş intişar tapmışdır. Orta əsrlərdə Azərbaycanda qopuz, rübab,
tənbur, setar, çahartar, şeştar, bərbət, çəng, pandur, santur, nüzhə, muğni
(simli), nəfır, şeypur, ney, ərğənun, musiqar, kərrənay (nəfəs), təbil, nağara,
kus, dəf, dümbək, xalxal, sinc, zəng, kasə (zərb) və s. musiqi alətləri
olmuşdur.
XIX əsrin axırlarında zəngin neft yataqlarına malik olan Bakı iri
sənaye mərkəzlərindən birinə çevrildi. Bu, ölkənin ictimai-mədəni həyatını da
zənginləşdirdi. Əhalinin sosial quruluşu dəyişdi, yeni siniflər (burjuaziya,
proletariat, milli ziyalılar) yarandı. Bu dövr tarixdə xalqın milli dirçəlişi, yeni
milli mədəniyyətin təşəkkülü dövrü kimi tanınmışdır. Zəngin ənənələrə malik
xalq və professional musiqi mədəniyyəti olan Azərbaycanda Avropa
musiqisinə, onun forma və janrlarına böyük maraq formalaşmışdır. Qabaqcıl
maarif və mədəniyyət xadimləri Avropa, rus mədəniyyətinin, musiqisinin
ənənələrinə yiyələnməyin əhəmiyyətini dərk etmiş, bu yolda ilk addımlar
atmışlar. Azərbaycan musiqisini dünya mədəniyyəti məcrasına yönəltmək, onu geniş təbliğ etmək maarifpərvər
ziyalıların əsas vəzifəsi oldu. 19 əsrin axırlarında aşıq sənəti, muğam ifaçılığı (xanəndə sənəti), sazəndə
ansamblları geniş vüsət aldı. Musiqinin, muğam sənətinin inkişafında müxtəlif şəhərlərdə fəaliyyət göstərən
musiqi-ədəbi məclislər, cəmiyyətlər, dərnəklər mühüm rol oynadı (Şamaxıda Mahmud ağanın, Seyid Əzim
Şirvaninin "Beytüs-Səfa"; Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, M.M.Nəvvabın, Xurşud banu Natəvanın
"Məclisi-üns", Bakıda Məşədi Məlik Mənsurovun). XIX əsrin 80-ci illərində M.M.Nəvvab yaratdığı "Məclisi-
fəramuşan" məclisində musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə
məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İslam Abdullayev, S.Şuşinski, Sadıqcan və başqa daxil
idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Hacı Hüsü muğamları bilən müsiqişünas və alim olmuş,
bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamlar yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX əsrin
böyük tar ustadı olmuş, tarı rekonstruksiya edərək müasir tarı yaratmışdır. Məşədi Zeynal, Məşədi Cəmil
Əmirov, Şirin Axundov, Qurban Pirimov
bu məktəbin davamçılarıdır.
Bu dövrdə muğamat, aşıq
musiqisi, xalq musiqisinin digər janrları
yalnız məclislərdə, toylarda, xalq
şənliklərində deyil, şəhər səhnələrində,
tələbə konsertlərində, dram tamaşalarının
antraktlarında səslənmişdir. Tədricən bu
musiqi proqramları ayrılaraq "Şərq
konsertləri" adı ilə məşhurlaşmışdır.
Konsertlərdə
Azərbaycan
musiqisi
Avropa musiqi alətlərində də ifa edilirdi.
1897-ci ildə Bakıda ilk simfonik konsert
səsləndi. 80-90-cı illərdə xarici musiqi
ifaçılarının
qastrollarının
böyük
əhəmiyyəti oldu. 1889-cu ildə Tiflis
opera teatrının truppası rus və xarici opera əsərlərini ifa etdi. Məşhur rus müğənnisi Fyodor Şalyapinin
qastrolları xüsusi maraq doğurdu. 1897-1900-cü illər ərzində antreprenyorlar tərəfindən yaradılmış opera
truppası fəaliyyət göstərirdi. "Şərq konsertləri" ilə yanaşı ilk milli musiqi-səhnə tamaşaları yaranırdı. İlk
musiqili səhnəciklər klassik Şərq poeziyasından götürülmüş süjetlərə əsaslanırdı. Belə tamaşalardan biri də
1897-ci ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə "Məcnun Leylinin məzarı üstündə" adlı
musiqili səhnəcik idi (Məcnun - Cabbar Qar-yağdı oğlu, Leyli - Əhməd Ağdamski). XIX əsrin sonu - XX əsrin
əvvəllərində Bakıda Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk "Müsəlman dramatik truppası" yaradılır. Hüseyn
Ərəblinski, Hüseyn-qulu Sarabski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi teatr
korifeylərindən ibarət olan bu truppanın köməyi ilə ilk Azərbaycan operaları səhnəyə qoyulmuşdur. Truppanın
qoyduğu dram tamaşalarının musiqi tərtibatı xalq musiqisindən ibarət olub, əsasən, antraktlarda səslənirdi,
ifaçıları "sazəndələr triosu", xanəndə və aşıqlar idi.
10
XX əsrin əvvəllərində maarifçi cəmiyyətlərin ("Nicat") fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı. Xalqın
təhsilinə, mədəni-maarif ocaqlarının, milli musiqi ənənələrinin inkişafına xüsusi fikir verilirdi. Bu dövrdə
Azərbaycanın musiqi həyatı daha da canlanır. Məşhur rus ifaçıları Sergey
Prokofyev, Sergey Raxmaninov, müğənnilər Antonina Nejdanova, Leonid
Sobinov qastrol səfərlərinə gəlirlər. 1900-cu ildə Antonina Nikolayevna
Yermolayeva Bakıda ilk musiqi məktəbi açır. Bura Rusiyadan tanınmış
musiqi müəllimləri cəlb edilir (bu ənənə sonralar konservatoriya və musiqi
təhsili ocaqlarında davam etdirilir). Musiqi məktəbində fortepiano şöbəsi,
instrumental, xor və vokal siniflər var idi. Məktəbin müəllimləri tədris
prosesi ilə yanaşı maarifçiliklə də məşğul olub, kamera və xor musiqisindən
ibarət konsertlər təşkil edirdilər. Moskva və Peterburqdan ifaçılar dəvət
edilirdi. Rus, Avropa kamera musiqisi, Azərbaycan xalq musiqi işləmələri
səslənən bu konsertlər tamaşaçıları geniş və maraqlı proqramla tanış edir,
Azərbaycanın musiqi həyatında mühüm rol oynayırdılar. Əsası ilk musiqi
məktəbində qoyulan kamera musiqisi konsertlərinin ənənəsi 20 əsrin 20-30-
cu illərində davam etdirilir. 1901-ci ildə A.N.Yermolayevanın təşəbbüsi ilə
Rus Musiqisi Cəmiyyətinin Bakı şöbəsi açıldı. XX əsrin əvvəllərində
ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir
Azərbaycan professional musiqi mədəniyyətinin özülünü qoydu və şifahi
ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratmaqla Şərq və
Qərb mədəniyyətinin fəal qarşılıqlı təsirinə səbəb oldu. Ü.Hacıbəyovun yaradıcılığında milli bəstəkar
musiqisinin, demək olar ki, bütün janrlarının təməli qoyulmuşdur (opera, musiqili komediya, simfonik musiqi,
kantata, romans-qəzəl, kütləvi mahnı və başqa). Yeni Azərbaycan musiqisinin formalaşması azadlıq ideyalarmı,
yüksək mənəviyyatı təsdiq edən musiqili teatrdan başlandı. Ü.Hacıbəyov 1908-ci ildə tamaşaya qoyulan "Leyli
və Məcnun" operası ilə həm milli operanm, həm də bütün müsəlman Şərqində opera sənətinin, muğam-opera
janrının əsasını qoydu. Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poeması və xalq musiqi janrlarına (muğam,
mahnı, rəqs) müraciət etmiş, dövrün əhvali-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri
yaratmışdır. Bəstəkarın başqa erkən operaları - "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas
və Xurşud banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) operaları da bu janrdadır. Bu
operalarda əsas musiqi-dramaturji vəzifəni muğamlar daşıyır. Muğamlar qəhrəmanların obrazlarını açmaqla
ənənəvi musiqi səhnə formalarını əvəz edir. Operalarda xordan geniş istifadə edilmişdir (xorun musiqisi müəllif
tərəfindən bəstələnmiş və ya xalq melodiyaları əsasında yaradılmışdır).
Ü.Hacıbəyov sosial-məişət mövzularında yazdığı operettalarının
musiqisini ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan",
1913) xalq havalarına əsaslanaraq bəstələmiş və dahiyanə əsərlər yaratmışdır.
Onun "Arşın mal alan" operettası dəfələrlə ekranlaşdırılmış, ingilis, alman, çin,
ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmiş, dünyanı
gəzərək, Moskva, İstanbul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin,
Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və digər şəhərlərdə tamaşaya
qoyulmuşdur.
Yeni Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafında
Müslüm Maqomayevin mühüm xidməti olmuşdur. Bəstəkar operalar ("Şah
İsmayıl", 1916; "Nərgiz", 1935 və s.), simfonik əsərlər, kütləvi mahnılar müəllifi
kimi bu janrların inkişafına böyük təsir göstərmiş, kino və dramatik əsərlərə
musiqi yazmış, xalq musiqi folklorunu toplayıb tədqiq etmiş, Azərbaycanda ilk
peşəkar opera dirijoru kimi opera ifaçılığı sənətinin inkişafında müstəsna rol
oynamışdır.
Azərbaycanın ilk bəstəkarlarından biri də Zülfüqar Hacıbəyovdur. O,
"Aşıq Qərib" (1916) operasının, "Əlli yaşında cavan" (1909), "Evliykən subay" (1911) musiqili komediyalarının
müəllifidir.
Demokratik-inqilabi hərəkat dövründə Azərbaycan musiqili teatr sənətinin inkişafında H.Sarabski,
Ə.Ağdamski, M.Əliyev, Məmməd Hənifə Terequlov kimi görkəmli müğənni-aktyorların fəaliyyəti müstəsnadır.
1920-ci ildə xüsusi qərarla teatrlar dövlət teatrları statusu aldı. 1925-ci ildə Azərbaycan opera heyəti dramatik
heyətdən ayrıldı, rus opera heyəti də ona birləşdirildi. Bu da Azərbaycanda opera sənətinin inkişafına təkan
verdi. Opera teatrının Azərbaycan heyətinə görkəmli sənətkarlar H.Sarabski, M.Terequlov, Ə.Ağdamski,
Hüseynağa Hacıbababəyov, Qurban Pirimov (tar), sonradan Bülbül, M.Bağırov, ilk azərbaycanlı peşəkar qadın
müğənni Şövkət Məmmədova daxil idilər. Daha sonra opera səhnəsinə Qənbər Zülalov, Xurşid Qacar, Sürəyya
Qacar, Cahan Talışınskaya və başqaları gəldilər. Yeni musiqi təhsil ocaqları - Azərbaycan Dövlət
11
Konservatoriyası (1921; 1949 ildən Ü.Hacıbəyov adına), respublikanın müxtəlif şəhərlərində musiqi
texnikumları və məktəbləri təsis olundu. Ü.Hacıbəyovun təşəbbüsü ilə tədris müəssisələrində xalq çalğı alətləri
şöbələri açıldı. Azərbaycanlılarla yanaşı Nikolay İvanoviç Speranski, Boris İsakoviç Zeydman, V.A. Nikolski,
Leopold Vitalyeviç Rostropoviç, Georgi Georgiyeviç Şaroyev, Mayor Rafailoviç Brenner və digər məşhur
musiqiçi
pedaqoqlar
fəaliyyət
göstərirdilər.
20-30-cu
illər
Azərbaycan
musiqisinin yeni yüksəliş dövrü kimi
səciyyələnir. Bu illərdə yeni ifaçılıq
kollektivləri, Simfonik Orkestr (1920), ilk
notlu Xalq Çalğı Alətləri Orkestri (1931),
Azərbaycan Bəstəkarlar İttifaqı (1934),
Musiqili Komediya Teatrı (1938, hazırda
Ş.Qurbanov adına), Xalq Yaradıcılığı Evi
(1939), Azərbaycan xalq musiqisini
toplamaq və tədqiq etmək məqsədilə
Azərbaycan Dövlət Konservatoriyası
yanında elmi-tədqiqat musiqi kabineti
(1932) təşkil edildi. 1926-cı ildə yaranan
ilk çoxsəsli xor kollektivi tezliklə dağıldı,
yenidən təşkil olunan Dövlət Xoru,
Mahnı və Rəqs ansamblı Azərbaycan
Dövlət filarmoniyasında (1936, hazırda
M.Maqomayev adına) cəmləşdirildi. 1938-ci ildə filarmoniyanın nəzdində simfonik orkestr (hazırda
Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, 1944) təşəkkül tapdı.
Opera sənətində Azərbaycan milli musiqisinin yeni üslubu təşəkkül tapmağa başladı. Reynqold
Moriseviç Qliyer Azərbaycan musiqi folklorundan geniş istifadə edərək, "Aşıq Qərib" dastanı əsasında
"Şahsənəm" (1925, tamaşası 1927; 2-ci redaksiyası 1934) operasını yazdı. Bu opera
dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq
musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
M.Maqomayev opera janrının klassik formalarına əsaslanaraq "Nərgiz" operasını
(1935; yeni redaksiyası 1938) bəstələdi. "Nərgiz" müasir mövzuya həsr edilmiş ilk
Azərbaycan operası idi. M.Maqomayev xalq musiqisinin müxtəlif janrlarının üslub
özəlliklərindən istifadə edərək, klassik opera formaları olan ariya, xor, reçitativ və s.
yaratmışdır. Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq eposu əsasında bəstələdiyi
"Koroğlu" operasında (1937; SSRİ Dövlət mükafatı, 1941) milli musiqinin janr,
kompozisiya, məqam - intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə
vasitələri və kompozisiya xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera
sənətinin şah əsərini yaratmışdır. Həqiqi novatorluğu ilə fərqlənən "Koroğlu"
Azərbaycan musiqisinin yeni inkişaf prinsiplərini müəyyənləşdirdi.
20-30-cu illərdə Azərbaycanda kütləvi mahnı janrı təşəkkül tapır.
Ü.Hacıbəyovun "Qızıl əsgər marşı", "Komsomolçu qız", "Qaragöz", "Pilotlar",
"Süvari"; M.Maqomayevin "Neft", "Tarla", "Bahar" bu janrın ilk nümunələridir.
20-40-cı illərdə yeni bəstəkarlar nəsli meydana gəldi. İlk peşəkar bəstəkarlardan A.Zeynallı "Ölkəm",
"Sual", "Çadra", "Seyran" və başqa əsərləri ilə milli romans janrmı yaratdı. O, romanslarında ənənəvi
mahnıvariliklə reçitativ-deklamasiya üslubunu sintezləşdirib milli lad-intonasiya sisteminin çərçivələrini
genişləndirməklə yanaşı, ilk milli kamera-instrumental (fortepiano üçün "Uşaq süitası", iki fuqa, "Çahargah",
skripka və fortepiano üçün "Muğamsayağı") və simfonik (simfonik orkestr üçün "Fraqmentlər") əsərləri də
yaratmışdır. Səid Rüstəmov isə respublikada ilk dəfə çağdaş mövzuda yazılmış musiqili komediyanın ("Beş
manatlıq gəlin", 1938) müəllifidir. Ə.Bədəlbəyli ilk milli Azərbaycan baletini ("Qız qalası", 1940; 2-ci
redaksiyası 1959) yaratmışdır. 30-cu illərin əvvəllərində simfonik orkestr (Ü.Hacıbəyov, "Təntənəli marş";
M.Maqomayev, "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8") və xalq
çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov, 1-ci və 2-ci fantaziyalar) əsərlər yazıldı.
30-cu illərin 2-ci yarısında yeni bəstəkar nəslinin yaradıcılığında simfonik musiqinin növbəti örnəkləri
(Niyazi, C.Hacıyev, Q.Qarayev) yarandı. Bu dövrdə Ü.Hacıbəyov ilk Azərbaycan kantatalarını (Firdovsinin
1000 illiyi münasibətilə, 1934; müasir mövzuda, 1939), M.Maqomayev, Ə.Bədəlbəyli, Niyazi, Q.Qarayev,
C.Hacıyev teatr tamaşalarına musiqi bəstələdilər.
12
Yeni milli vokal sənəti məktəbinin banisi Bülbülün yaradıcılığı Azərbaycan musiqi ifaçılığının
inkişafında önəmli mərhələ təşkil edir. İlk peşəkar qadın müğənni SSRİ xalq artisti Ş.Məmmədovanın, eləcə də
Azərbaycanın xalq artistiləri M.Bağırov, Ağa-baba Bünyadzadə, Həqiqət Rzayeva, Əlövsət Sadıqov,
H.Hacıbababəyov, Gülxar Həsənova kimi müğənnilərin ifaçılıq sənəti çiçəklənmə dövrü keçirirdi. İlk
azərbaycanlı balerina Qəmər Almaszadə, opera tamaşalarının quruluşçusu, rejissor İsmayıl Hidayətzadə və
dirijor Əşrəf Həsənovun yaradıcılıq fəaliyyəti də məhz bu dövrdə başlandı. Niyazi milli simfonik dirijorluq
məktəbinin özülünü qoydu. Azərbaycan musiqisinin nailiyyətləri Moskvada
keçirilən Azərbaycan incəsənəti ongünlüyündə (1938) uğurla nümayiş
etdirildi.
1941-45-ci illər müharibəsi dövründə qəhrəmanlıq və vətənpərvərlik
mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə
(Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və Cövdət Hacıyevin "Vətən" (1945;
SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və Soltan
Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisində simfonik
janrın ilk örnəkləri) öz əksini tapmışdır. Vətənpərvərlik hissləri, dövrün
gərgin, dərin məzmunlu problemlərini müasir ifadə vasitələri ilə yeni
formalarda ifadə etmək zərurəti bəstəkarları iri simfonik formalara müraciət
etməyə sövq edirdi. 40-cı illərdən başlayaraq simfonizm Azərbaycan
bəstəkarlarının yaradıcılıq axtarışlarında aparıcı yer tutdu. Q.Qarayev,
C.Hacıyev, S.Hacıbəyov, Niyazi, Fikrət Əmirov bir sıra əsərlər yaratdılar.
Dövrün aktual mövzusu opera janrı sahəsində də öz ifadəsini tapdı. Böyük
Vətən müharibəsinə həsr edilmiş əsərlərdən Q.Qarayev və C.Hacıyevin
"Vətən" operası geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Əsərdə xalq
musiqisi ilə (xalq mahnıları, aşıq və muğam sənəti) klassik opera formalarının
üzvi vəhdəti yolunda axtarışlar davam etdirilmişdi. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun
"Sənsiz" və "Sevgili canan" romans-qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni
romans-qəzəl janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyəti yüksək
sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklamasiya ilə kantilena tipli
melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı
janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçdi. Bu janrda Ü.Hacıbəyovun
vətənpərvərlik duyğuları aşılanmış mahnıları ("Şəfqət bacısı", "Yaxşı yol", "Çağırış",
"Ananın oğluna nəsihəti") yazıldı. Onun "Vətən və cəbhə" kantatası isə dövrünün ən
parlaq vətənpərvərlik əsərlərindəndir. Bu dövrdən Azərbaycan musiqisinin janr
hüdudları genişləndi, müasir mövzulara meyil gücləndi. Bəstəkarlardan Məmmədağa
İsrafilzadə, Hacıağa Nemətov, S.Srebnitski müharibədə həlak oldular. Bu illərdə
Azərbaycan musiqisi Cənubi Qafqaz respublikaları musiqi ongünlüyündə (1944,
Tbilisi) geniş təmsil olundu.
Müharibədən sonrakı illərdə milli musiqinin bütün janrları intensiv inkişaf
etdirildi. 50-ci illərin musiqi yaradıcılığı mövzu müxtəlifliyi və janr çeşidinin
zənginliyi ilə fərqlənir. Q.Qarayev, F.Əmirov, C.Hacıyev, S.Hacıbəyov, R.Hacıyev,
T.Quliyev, Niyazi, S.Rüstəmov, C.Cahangirov kimi bəstəkarların yaradıcılığında
xalqların azadlıq uğrunda mübarizəsi, müharibədən sonra yeni həyat quruculuğu və
başqa yeni mövzular intişar tapdı. Müasir insan, onun daxili aləmi mövzusu C.Cabbarlının eyniadlı pyesi üzrə
F.Əmirovun bəstələdiyi "Sevil" operasının (1953) əsasını təşkil edir. Lirik-psixoloji janra aid olan bu əsərdə
Azərbaycan qadını obrazı xalqın həyatı, tarixi ilə əlaqəli verilmişdir. "Sevil" operası milli koloriti, dərin
emosional ifadəliliyi ilə fərqlənir.
Q.Qarayevin "Yeddi gözəl" baleti ilə (1952, Nizaminin eyniadlı poeması üzrə; baletmeyster P.A.Qusev,
Azərbaycan Opera və Balet Teatrı, 2-ci redaksiyası 1959; 3-cü redaksiyası 1978) Azərbaycan balet sənətində
yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur.
1958-ci ildə Q.Qarayevin "İldırımlı yollarla" baleti (Lenin mükafatı, 1967; P. Abrahamsın eyniadlı
romanı üzrə; baletmeyster K.M.Sergeyev) Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş
qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək, mövzu etibarilə çağdaş, musiqi həllinə
görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Cənubi Afrika musiqi
folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə diqqəti cəlb edir. S.Hacıbəyov müasir insanların
həyatından bəhs edən "Gülşən" baletini (1950, SSRİ Dövlət mükafatı, 1952) yazdı. F.Əmirovun "Gözün aydın"
(1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.
13
50-ci illərdə simfonik musiqi sahə-sində xüsusi inkişaf nəzərə çarpır. Dövrün mühüm ictimai-siyasi
mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. Bəstəkarların simfonik
yaradıcılığının janr və üslub tərkibi çeşidliyi ilə fərqlənir. Bu dövrdə Q.Qarayev, F.Əmirov, C.Hacıyev,
S.Hacıbəyov, Niyazi ("Rast" simfonik muğamı, 1949), R.Hacıyev
fəal yaradıcılıq işi aparırdılar. Q.Qarayevin bu dövr əsərlərində
bəstəkarın simfonizminə məxsus münaqişəli dramaturgiya, məntiqi
inkişaf, parlaq intonasiya ifadəliliyi özünü göstərirdi ("Leyli və
Məcnun" simfonik poeması, SSRİ Dövlət mükafatı, 1948; "Yeddi
gözəl" simfonik süitası, 1948; Alban rapsodiyası, 1952). F.Əmirov
musiqi tarixində simfonik muğam janrının yaradıcısı kimi
məşhurdur ("Şur", "Kürd ovşarı", SSRİ Dövlət mükafatı, 1949).
Bəstəkar muğamların məqam, mövzu və digər üslub
xüsusiyyətlərini
ustalıqla
simfonikləşdirmişdir.
Əmirov
simfonizminə xas olan orkestr boyalarının əlvanlığı, janr
rəngarəngliyi, obraz zənginliyi onun bu dövrdə yazdığı əsərlərində
öz ifadəsini tapdı (simli orkestr üçün "Nizami" simfoniyası, 1947;
"Azərbaycan" simfonik süitası, 1950). C.Hacıyev simfonizmi
obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə
fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığı parlaq janr boyaları ilə aşılanmışdır ("Karvan" simfonik lövhəsi,
1945; orkestr üçün uvertüra, 1956).
C.Cahangirov vokal-simfonik əsərlər ("Arazın o tayında" poeması, SSRİ Dövlət mükafatı, 1950;
"Füzuli" kantatası, 1959) bəstələdi. "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də
kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Cənubi Azərbaycanda azadlıq mübarizəsinə həsr
edilmiş bu əsər obrazlılığı, siyasi aktuallığı, musiqi dilinin milli koloriti ilə fərqlənir. "Füzuli" kantatasında isə
Füzuli poeziyasının obraz dairəsi polifonik inkişafa malik xor musiqisi vasitəsilə ifadə edilmişdir. Bu dövrdə
kamera musiqisinə, xüsusilə instrumental musiqiyə maraq daha da artdı (Q.Qarayev, F.Əmirov, C.Hacıyev,
Elmira Nəzirova, Azər Rzayev və başqa). Mahnı janrının yüksəlişi S.Rüstəmov, Tofıq Quliyev, R.Hacıyev,
C.Cahangirov, Qəmbər Hüseynli yaradıcılığı ilə sıx bağlıdır. Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Şəfiqə
Axundova kimi qadın bəstəkarların mahnı yaradıcılığı da əhəmiyyətlidir. Bu dövrdə bir sıra kinofilmlərə və
dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti püxtələşmişdir. 1957-ci ildə ilk Dövlət simli kvarteti
[Azad Əliyev, Murad Tağıyev, Rəşid Seyidzadə, Sabir Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı
beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradıldı. SSRİ xalq artistləri Firəngiz Əhmədova
(müğənni), Leyla Vəkilova (balerina), əməkdar incəsənət xadimi Çingiz Hacıbəyov (dirijor) və başqaları ilə
təmsil olunan yeni ifaçılar nəsli yetişdi. 1956-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının 1-ci qurultayı keçirildi.
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar
qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq
əlaqələrin genişlənməsi ilə seçilir. Azərbaycan bəstəkarlarının peşəkarlıqlarının
təkmilləşməsi yazı texnikalarından, yeni musiqi ifadə vasitələrindən istifadə etməyə
şərait yaratdı.
60-80-ci illərdə ümumbəşəri ictimai əhəmiyyət daşıyan mövzular müasir dövrün
aktual fəlsəfi-etik problemləri ilə əlaqədə verilirdi. Yeni forma, ifadə vasitələri
axtarışları aparılırdı. Folklorla əlaqə yeni musiqi təfəkkürü sistemi səviyyəsində təzahür
edirdi. Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara
çevrilirdi. Arif Məlikovun "Məhəbbət əfsanəsi" (1961), "Bu torpaqda iki nəfər" (1969),
"İki ürək dastanı" (1982), F.Əmirovun "Nə-simi haqqında dastan" (1973; Azərbaycan
SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980)
baletləri geniş şöhrət qazandı. Bu dövrdə Niyazi ("Çitra", 1962, 2-ci redaksiya, 1972),
Əşrəf Abbasov ("Qaraca qız", 1965), R.Hacıyev ("Ləzgi-həngi", "Yallı", "Hürriyyə" və s., 1969, 1970, 1979),
T.Bakıxanov ("Xəzər balladası", "Şərq poeması", 1968, 1989), F.Qarayev ("Qobustan kölgələri",
"Kaleydoskop", 1969, 1971), L.Vaynşteyn ("İlham", 1977), N.Məmmədov ("Humay", 1981), A.Əlizadə
("Babək", 1986) balet əsərləri yaratdılar. R.Mustafayevin "Vaqif" (1960), S.Ələsgərovun "Bahadır və Sona"
(1961), V.Adıgözəlovun "Ölülər" (1963), Z.Bağırovun "Aygün" (1972), Ə.Bədəlbəylinin "Söyüdlər ağlamaz"
(1971), Ş.Axundovanm "Gəlin qayası" (1972), M.Quliyevin "Aldanmış kəvakib" (1977), C.Cahangirovun
"Xanəndənin taleyi" (1978) əsərləri 60-70-ci illər Azərbaycan opera sənətini təmsil edirdi. R.Hacıyevin "Romeo
mənim qonşumdur" (1960), "Kuba, məhəbbətim mənim" (1963), "Yolayrıcı" (1981) və s. operettaları müxtəlif
səhnələrdə tamaşaya qoyulmuşdur. Q.Qarayevin "Coşğun qaskoniyalı" müziklində (1973; E.Rostanm "Sirano
de Berjerak" pyesinin motivləri üzrə) janrın yeni aspektləri meydana çıxdı. Bu dövrün Azərbaycan operettası
Z.Bağırov ("Qaymana", 1964), S.Ələsgərov ("Milyonçunun dilənçi oğlu", 1966; Ü.Hacıbəyov ad. respublika
14
mükafatı, 1967), T.Quliyev ("Sənin bircə sözün", 1967), A.Məlikov ("Dalğalar", 1967), A.Rzayev ("Hacı
Kərimin aya səyahəti", 1967), T.Bakıxanov və N.Məmmədov ("Məmmədəli kurorta gedir", 1969), Vasif
Adıgözəlov ("Nənəmin şahlıq quşu", 1971), Emin Sabitoğlu ("Hicran", 1973) və başqalarının əsərləri ilə təmsil
olunmuşdur.
Azərbaycan bəstəkarları simfonik musiqinin müxtəlif janrlarına müraciət etmişlər. Q.Qarayevin "Don
Kixot" simfonik qravürləri (1960), kamera orkestri üçün 3-cü simfoniyası (1965) və skripka ilə orkestr üçün
konsertində (1967) çağdaş dövrün mürəkkəb təzadları, bəstəkarın həyat, insan haqqında düşüncələri əksini
tapmışdır (Bu əsərlərdə 12 tonlu seriya texnikası ilə milli musiqinin üzvi sintezinin parlaq nümunəsi yaranmış,
millilik anlayışının yeni çalarları müəyyən edilmişdir). F.Əmirovun "Azərbaycan kapriççiosu" (1961),
"Gülüstan-Bayatı-Şiraz" simfonik muğamı (1971), "Azərbaycan qravürləri" (1977) janr rəngarəngliyi ilə seçilir.
C.Hacıyev (5-ci, "İnsan, Torpaq, Kosmos" simfoniyası, 1972), S.Hacıbəyov (böyük simfonik orkestr üçün
konsert, 1964, Azərbaycan SSR Dövlət mükafatı, 1970), A.Məlikov (2-6-cı simfoniyalar, 1969-85;
"Metamorfozlar", 1964), V.Adıgözəlov (fortepiano ilə orkestr üçün 3-cü konsert, 1985), X.Mirzəzadə (2-ci
simfoniya, 1970, Azərbaycan SSR Dövlət mükafatı, 1976), Aqşin Əlizadə (1-4-cü simfoniyalar, 1962, 1966,
1984, 1985) yeni musiqi əsərləri yaratmışlar. Ramiz Mustafayev, M.Mirzəyev, N.Məmmədov, A.Rzayev,
F.Qarayev, İ.Məmmədov, Oqtay Zülfüqarov, İ.Hacıbəyov, A.Dadaşov, C.Quliyev və başqa simfonik musiqi
sahəsində uğurla çalışmışlar. Hacı Xanməmmədov tar və simfonik orkestr üçün 4 konsertin (1952, 1966, 1973,
1984, 1-ci konserti Azərbaycanda bu janrda yazılmış ilk əsərdir) müəllifidir. S.Rüstəmov (1972), Süleyman
Ələsgərov (1983) tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlər bəstələmişlər.
Vokal-simfonik və xor musiqisi janrına C.Cahangirov ("Sabir" oratoriyası", 1962; "Nəsimi" kantatası,
1980), S.Rüstəmov ("Azərbaycan" kantatası, 1971), R.Mustafayev ("Hüseyn Cavid" oratoriyası, 1983),
A.Məlikov ("Vətən" vokal-simfonik poeması, 1964), A.Əlizadə ("Bayatılar" xor silsiləsi, 1969; "26-lar"
kantatası, 1975, Azərbaycan SSR Dövlət mükafatı, 1978), N.Məmmədov ("Azərbaycan" oratoriyası, 1978),
M.Mirzəyev ("İran motivləri" vokal-simfonik silsiləsi, 1979), İ.Hacıbəyov ("Memorial" kantatası, 1984) və
başqa müraciət etmişlər.
Kamera-instrumental musiqi janrına Q.Qarayev,
C.Hacıyev, F.Əmirov, Xəyyam Mirzəzadə, T.Bakıxanov,
A.Rzayev, M.Quliyev və başqa maraq göstərmişlər.
F.Əlizadənin violonçel və fortepiano üçün "Habilsayağı"
kompozisiyası (1981) geniş ifa edilir. Kamera-vokal
musiqisi
A.Məlikov,
Ə.Hüseynzadə,
F.Quliyeva,
S.İbrahimova və başqanın yaradıcılığı ilə təmsil olunur.
F.Əmirov, C.Cahangirov, Ş.Axundova, S.Ələsgə-rov,
V.Adıgözəlov, T.Hacıyev, E.Sabitoğlu, P.Bülbüloğlu,
O.Kazımov, R.Mirişli, E.İbrahimova, A.Bəbirov və başqa
mahnı janrında da diqqətəlayiq əsərlər yaratmışlar.
A.Məlikovun soprano və simli orkestr üçün N.Hikmətin
sözlərinə bəstələdiyi 2 sikl romansları (1962, 1984) bu
janrın dəyərli nümunələridir.
T.Quliyev, R.Hacıyev, C.Cahangirov, A.Məlikov,
X.Mirzəzadə, V.Adıgözəlov, E.Sabitoğlu, P.Bülbüoğlu və başqaları kino və dram tamaşalarına musiqi
yazmışlar. Uşaq musiqisi sahəsində O.Zülfüqarov, S.İbrahimova, O.Rəcəbov, R.Şəfəq və başqa fəal çalışırlar.
Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi 50-ci illərdən etibarən xaricdə geniş ifa
edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin
və S.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə
A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev və başqanın əsərləri Avropa, Amerika, Asiyada
uğurla ifa edilmişdir. Müğənnilər, SSRİ xalq artistləri R.Behbudov, F.Əhmədova, M.Maqomayev, Z.Xanlarova,
L.İmanov, Fidan Qasımova, Azərbaycanın xalq artistləri R.Atakişiyev, Xuraman Qasımova, pianoçular,
Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli, Tamilla Mahmudova, Çingiz Sadıqov, Zöhrab Adıgözəlzadə,
əməkdar incəsənət xadimləri Elmira Nəzirova, Elmira Səfərova, skripkaçalanlar, Azərbaycanın xalq artistləri
Azad Əliyev, Sərvər Qəniyev, altçalanlardan Çingiz Məmmədov, Rəşid Seyidzadə, violonçel çalanlardan
Azərbaycanın xalq artistləri Sabir Əliyev, Rauf Abdullayev, kontrabasçalan İslam Hüseynov, nəfəs alətləri
ifaçılarından Müzəffər Ağamalızadə, Rəhim Babayev, Ələkbər İskəndərov (fleyta), Kamil Cəlilov (qoboy),
Əliheydər Paşayev (valtorn), Hidayət Hüseynov (truba), orqançalanlar Zəhra Cəfərova, Rasimə Babayeva,
Tahirə Yaqubova, Rəna İsmayılova, dirijorlar - xalq artistləri Kamal Abdullayev, Rauf Abdullayev, Nazim
Rzayev, əməkdar incəsənət xadimləri Nadir Əzimov, Kazım Əliverdibəyov, Ramiz Məlikaslanov, xor dirijorları
- xalq artisti R.Mustafayev, əməkdar incəsənət xadimləri Ləman Atakişiyeva, Z.Bağırov, Eduard Novruzov,
15
Əfsər Cavanşirov, dirijor Yalçın Adıgözəlov və başqa müasir Azərbaycan ifaçılığının tanınmış
nümayəndələridir.
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında
xanəndələrdən xalq artistləri X.Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara
Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Arif Babayev, İslam Rzayev, Hacıbaba Hüseynov, Qədir
Rüstəmov, Canəli Əkbərov, Alim Qasımov, əməkdar artist Z.Adıgözəlov, tarzənlərdən xalq artistləri Əhməd
Bakıxanov, Hacı Məmmədov, Bəhram Mənsurov, Əliağa Quliyev, Ramiz Quliyev, əməkdar artistlər Əhsən
Dadaşov, kamançaçalanlardan xalq artistləri Habil Əliyev, Şəfiqə Eyvazova, nağara-çalan əməkdar artist Çingiz
Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, Teyyub Dəmirov, Avtandil
İsrafilov, sazçalan Ədalət Nəsibov və başqa xüsusi xidmət göstərmişlər. Respublikada həmçinin kamera orkestri
(1964, rəhbəri N.Rzayev), xor kapellası (1966, bədii rəhbəri E.Novruzov, sonralar G.İmanova), Muğam Teatrı
(1989, bədii rəhbəri İ.Rzayev), Azərbaycan televiziyası və radiosunun Niyazi ad. simfonik orkestri, Musiqi
cəmiyyəti (1987- 89 illərdə sədri R.Behbudov, 1989 ildən F.Bədəlbəyli) fəaliyyət göstərir. 1989-cu ildə Dövlət
Nəfəs Alətləri Orkestri yaradılmışdır.
Azərbaycan
musiqisinin
uğurları
respublika
bəstəkarlarının
qurultaylarında (1962, 1968, 1973, 1979, 1985, 1990), "Zaqafqaziya baharı"
festivallarında (1958, 1965, 1975), Alma-Ata, Səmərqənd simpoziumlarında və
bir sıra başqa xarici ölkələrdə keçirilən milli incəsənət günlərində və
ongünlüklərdə nümayiş etdirilmişdir. Azərbaycan musiqi ifaçılığının
inkişafında respublikada keçirilən müxtəlif müsabiqə və festivalların
əhəmiyyəti böyükdür. Bunlardan xalq çalğı alətləri ifaçılarının Ü.Hacıbəyov ad.
müsabiqəsi (1986, Bakı; Orta Asiya, Qazaxıstan və Cənubi Qafqaz
respublikaları nümayəndələri də iştirak etmişlər), xarici ölkə musiqiçilərinin
iştirakı ilə Q.Qarayev ad. "XX əsr musiqisi" festivalı (1986, 1988), "Bakı-87"
caz festivalı, gənc xanəndələrin C.Qaryağdı oğlu ad. müsabiqəsi (1987, 1989),
Cənubi Qafqaz, Qazaxıstan, Orta Asiya və Dağıstan xalqları gənc ozanlarının
müsabiqəsi (1989, Gəncə), "Xarı bülbül" muğam festivalı (1989, Ağdam, Şuşa),
"Üzü zirvəyə" yeni musiqi günləri (1989, Bakı) uğurla keçmişdir.
Musiqişünaslar Azərbaycan musiqisinin müxtəlif janrlarmı və sənətkarların yaradıcılıqlarını tədqiq
etmişlər. Dərin tarixi köklərə malik müasir Azərbaycan musiqişünaslığının əsası Ü.Hacıbəyov tərəfindən
qoyulmuşdur. O, Azərbaycan musiqisinin səs sistemi, lad, melodiya, ritm, ifaçılıq sənəti, operanın problemləri
və başqa məsələləri araşdırmış, xalq musiqisi sahəsində apardığı elmi tədqiqatlarmı "Azərbaycan xalq
musiqisinin əsasları" (1945) fundamental əsəri ilə tamamlamışdır. Ü.Hacıbəyovun musiqi-nəzəri irsi yeni
musiqişünaslar nəsli tərəfindən davam və inkişaf etdirilmişdir (bax Musiqişünaslıq bölməsinə).
Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş
verən dəyişikliklər, gərgin proseslər, zamanın yeni özəllikləri musiqiyə də
böyük təsir göstərmiş, onu yeni mövzularla zənginləşdirmişdir. Bu dövr
Azərbaycan musiqisinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu
böyük olmuşdur. Onun himayə və qayğısı, məqsədyönlü siyasəti nəticəsində
ölkənin ağır ictimai-iqtisadi durumu şəraitində Azərbaycan mədəniyyəti və
incəsənəti inkişaf etdirilmişdir. Azərbaycan bəstəkarları əsərləri ilə ölkədə
baş verən hadisələrə münasibət bildirmiş, dövrün mənəvi çalarlarını
həssaslıqla ifadə etmişlər. Azərbaycan bəstəkarları hörmət və ehtiram əlaməti
olaraq Heydər Əliyevə bir sıra əsərlər ithaf etmişlər (C.Hacıyev, 8 saylı
simfoniya; A.Məlikov, "Əbədiyyət" simfoniyası; V.Adıgözəlov, "Azərbay-
can" kantatası; R.Mustafayev, "Atamız Heydər" və Ramiz Mirişli, "Məşəl
kimi yanan ürək" odaları; T.Bakıxanov, "Xatirə poeması"; Sərdar Fərəcov, "Böyük vətəndaş haqqında oda";
Vasif Allahverdiyev, "Ömür yolu" simfonik poeması).
Müstəqilliyin bərpa olunması ilə Azərbaycan musiqisinin dünyada baş verən müasir mədəni proseslərə
inteqrasiya etmək imkanları daha da genişlənir. Dünyada gedən ümumi qloballaşma prosesinin axınına düşən
Azərbaycan bəstəkarları bu şəraitdə milli ənənələrin və irsin qorunmasın xüsusi fikir verir, milli musiqi ilə
müasir tendensiyaları yeni səviyyədə, yeni formalarda sintezləşdirməyə çalışırlar. Ölkənin hazırkı siyasi
durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran, Qarabağ müharibəsinə, 20
Yanvar faciəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir [V.Adıgözəlovun
"Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları; T.Bakıxanovun "Qarabağ harayı" (2001)
simfoniyası; A.Əlizadənin "Ana torpaq" (1993) odası; Sevda İbrahimovanın tar və simfonik orkestr üçün "Sənin
üçün darıxmışam, Şuşam" (1999) və başqa].
16
Bu dövrdə bəstəkarlar tarixi-ədəbi yazılı abidələrə, folklor motivlərinə müraciət etmiş, klassik ədəbiyyat
nümunələrindən bəhrələnmişlər.
Müstəqillik dövründə bəstəkarları maraqlandıran yeni mövzulardan biri də uzun illərin qadağasından
çıxan islam dini, onun tarixi və "Quran"dır. F.Qarayevin ansambl və maqnitofon yazısı üçün "Xütbə, muğam və
surə", R.Həsənovanın orqan üçün "Qəsidə" (1991), R.Mirişlinin solist, xor və simfonik orkestr üçün
"Peyğəmbərin tərifi" vokal poeması (1997), A.Ağasıyevin solist və xor üçün "Ən ulu eşqim" (1997) bu
mövzuya həsr edilmişdir. Azərbaycan bəstəkarlarının müstəqillik dövrü yaradıcılığı janr baxımından zəngindir.
Son illərdə ən çox müraciət olunan sahələrdən biri xor musiqisidir. R.Mustafayevin "Salatın" (1990),
V.Adıgözəlovun "Çanaqqala" (1998), F.Əlizadənin "Əbədiyyətə səyahət" oratoriyaları, X.Mirzəzadənin a
capella xoru üçün 2 miniatürü, S.İbrahimovanın "Əziziyəm" vokal silsiləsi bu dövrə mənsubdur. Janrın müxtəlif
interpretasiya formaları qeyd edilir: kantata-plakat, kantata-and, kantata-apofeoz, kantata-epitafıya. Daha çox
kiçik həcmli əsərlərə meyl duyulur. Xor əsərləri üslub baxımından çoxşaxəlidir.
Simfonik musiqi sahəsində həm iri-həcmli monumental mövzulu simfoniyalar, həm də nisbətən
kiçikhəcmli əsərlər yazılmışdır. Üstünlük miniatür, yığcam formalara verilmiş, düzüm və üslub baxımından
fərqli əsərlər - simfonik lövhələr, simfonik rəqslər, simfonik muğamlar, simfonik süitalar, müxtəlif alətlər və
orkestr üçün konsertlər və s. yaradılmışdır [A.Məlikov, 7 və 8 saylı simfoniyalar (1995, 2001); X.Mirzəzadə,
"Orkestr üçün xatirə"; T.Bakıxanov, simfonik orkestr üçün "Türk eskizləri" (1999) və "Şərqdən gələn sədalar"
(2000) süitaları; Aqşin Əlizadə, simfonik rəqslər (1994); A.Dadaşov, "Katarsis", simfonik orkestr və səs üçün
10 saylı simfoniya (1996); F.Qarayev, simfonik orkestr üçün 4 postlüdiya (1990); C.Quliyev, simli orkestr üçün
"Dastan" (2001); F.Hüseynov, simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000)]. H.Xanməmmədov
(kamança və simfonik orkestr üçün konsert, 1991; tar və simfonik orkestr üçün 5 saylı konsert, 1993);
T.Bakıxanov (tar və simfonik orkestr üçün 4 saylı konsert, 1993); A.Rzayev (tar və kamera orkestri üçün
"Düşüncə" və "Qaytağı", 1995); N.Əzimov (tar və xalq çalğı alətləri orkestri üçün "Xatirə", 1991);
S.İbrahimova (səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım", "Elegiya-xatirə") və başqa xalq çalğı
alətləri orkestri üçün müxtəlif səpgili əsərlər yazmışlar.
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərləri məzmun rəngarəngliyi,
forma və üslub müxtəlifliyi, alətlərin tərkibinin orijinallığı ilə fərqlənir. Yeni
mövzuların, müasir ifadə vasitələrinin, yeni yazı texnikasının sınanması üçün
şərait yarandığından, bəstəkarlar bu janra daha çox müraciət edirlər.
Bəstəkarların əsərlərində milli musiqidən, xalq çalğı alətlərindən istifadə
prinsipləri yeniləşir, xalq musiqisi ilə müasir musiqi sintezinin yeni,
rəngarəng formaları yaranır. Çalğı alətlərinin tərkibi keçmiş illərlə
müqayisədə genişlənir, orijinal ansambl tərkibləri yaranır [F.Əlizadənin
"Merac" (1998) əsəri (ud və kamera ansamblı üçün), "Oazis" (1999) simli
kvartet və maqnit yazısı, "Deyişmə" (2001, arfa və maqnit yazısı üçün);
C.Quliyevin "Karvan" (2000) əsəri (fleyta, saz və violonçel üçün);
F.Qarayevin "Forst şəhəri üçün musiqi" (1997, royal, vibrafon və marimba
üçün)].
Kamera-vokal musiqisi sahəsində A.Məlikov, Ş.Axundova,
T.Bakıxanov, Hökumə Nəcəfova, S.İbrahimova, İ.Hacıbəyov, R.Mirişli,
F.Əlizadə, A.Dadaşov, E.Dadaşova, Aydın Əzimov, Rəhilə Həsənova, Faiq Sücəddinov, Adilə Yusifova kimi
bəstəkarlar əsərlər yazmışlar.
Müstəqillik dövründə musiqili teatr - opera və balet səhnəsi üçün yazılan əsərlər azdır. Ölkənin mövcud
ictimai-siyasi, iqtisadi durumundan gələn obyektiv və subyektiv səbəblər üzündən bu janrların inkişafında
durğunluq nəzərə çarpır. Uzun fasilədən sonra V.Adıgözəlovun səhnəyə qoyulan "Natəvan" (2003, dekabr) əsəri
milli operanın inkişaf tarixində layiqli yer tutdu. O.Zülfüqarov, R.Şəfəq, A.Dadaşov, R.Həsənova, Cəlal
Abbasov, Fərhəng Hüseynov, S.Fərəcov uşaqlar üçün operalar yazmışlar. Ş.Axundova, S.İbrahimova,
Ə.Cavanşirov, R.Şəfəq, Elnarə Dadaşova, Azad Ozan Kərimli, İlham Abdullayevin bir sıra xor, kamera-
instrumental, kamera-vokal əsərləri də uşaqlar üçün nəzərdə tutulmuşdur.
Balet janrı bir sıra yeni əsərlərlə zənginləşir (X.Mirzəzadə, "Ağlar və Qaralar", 2000; A.Əlizadə,
"Qafqaza səyahət", 2002; P.Bülbüloğlu, "Eşq və ölüm", 2005).
Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə keçirilən müxtəlif musiqi festivallarında,
beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan
musiqisini dünyada təmsil edib, onu daha da yaxşı tanıtdırmaq imkanları genişlənmişdir.
A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin,
İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun
əsərləri Türkiyə, Norveç, Hollandiya, Kipr, ABŞ, İsveçrə, Almaniya, Tailand və s. ölkələrdə səslənmiş, nüfuzlu
müsabiqələrin qalibləri olmuşdur. A.Qasımov 1999 ildə muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda
17
nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda
Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və dirijor xalq artisti R.Abdullayev) tərəfindən
Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo-2000" Beynəlxalq
sərgisində Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir
qrup incəsənət xadiminin çıxışı da bu dövrün musiqi həyatının diqqət mərkəzində olmuşdur.
Yeni Azərbaycan musiqisinin dünyada tanınmasında "SoNoR" ansamblı (bədii rəhbər Eldar Mirzəyev),
pianoçu R.Rzayeva fəal iştirak etmişlər. Bu dövrdə Bakıda iri beynəlxalq festivallar keçirilmişdir ("Ötən əsrdən
yeni musiqi", 2001 və "SoNoR. Tellər... Mədəniyyətlər... Təmaslar...", 2003).
Müstəqillik dövründə Azərbaycan musiqi mədəniyyətinin milli ənənələrini davam etdirən, müasir
musiqi yazı texnikası ilə silahlanmış, ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri yaradıcılıqlarında əks
etdirən istedadlı cavan bəstəkarlar yetişmişdir (Ceyhun Allahverdiyev, V.Allahverdiyev, Vüqar Camalzadə,
Rüfət Xəlilov, Rasim İbrahimov, Arzu Məmmədova, Nazim Mirişli, Elmir Mirzəyev və başqa).
Dostları ilə paylaş: |