Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə29/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   25   26   27   28   29   30   31   32   ...   136
 
Zurna 
 
Güclü və zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda 
özünə məxsus yer tutmuşdur. Zurnanın “ surnay” sözündən olub, sur - “böyük ziyafət”, nay - “qa rğı”, “ qamış” 
mənasını verdiyi güman edilir.  
Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən 
biri  olan  Mingəçevir  ərazisində  aparılan  arxeoloji  qazıntılar  zamanı  maral  buynuzundan 
hazırlanmış  dörd  ədəd  zurna  aşkar  edilmişdir.  Alimlərin  hesablamalarına  görə,  yüksək 
zövqlə hazırlanmış bu alətlərin üç min il yaşı vardır.  
Əsasən, ərik (qaysı), qoz və tut ağaclarından yonularaq hazırlanır. Ümumi uzunluğu 
302-317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60- 65 
mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Gövdənin baş tərəfinə 
maşa  (beçə)  taxılır.  onun  uzunluğu  120  mm-dir  və  o,  cır  söyüd, qoz  və  ərik  ağacından 
hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Bürünc, mis, yaxud 
gümüş  lövhədən  hazırlanmış  “m il” maşaya  taxılır.  Əsasən,  quru  yerdə  bitmiş  qamışdan 
xüsusi  üsulla  hazırlanmış  müştük  7-10  mm  uzunluğunda  olur.  İfaçı  aləti  səsləndirmək 
üçün  ağız  boşluğuna  yığdığı  havanı  müştükdən  nizamla  üfləyir.  Sədəf,  sümük  və 
bürüncdən  hazırlanan  dəyirmi  tağalaq  (dayaq)  milin,  təxminən,  orta  hissəsinə,  girdə 
lövhəyə  bərkidilir.  Tağalaq,  bir  növ,  dodaq  üçün dayaq  rolunu  oynayır.  Üfürülən  hava 
müştük,  mil  və  maşadan  keçərək  gövdəyə  daxil  olur  və  alət  barmaqların  köməyi  ilə 
gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.  
Zurnanın  diapazonu  kiçik  oktavanın  “si  bemol”  səsindən  üçüncü oktavanın  “do” 
səsinə qədərdir. İfaçının məharətindən asılı olaraq, bir neçə səs də artırmaq mümkündür. 
Bu səsləri ifaçılar “səfir səslər” adlandırırlar.  
Zurna, əsasən, açıq havada keçirilən el şənliklərində geniş istifadə edilir. Bu alətin “qara zurna”, “ərəbi 
zurna”, “cürə zurna”, “əcəmi zurna”, “qaba zurna”, “şəhabi zurna” kimi növləri tarixən mövcud olmuşdur. 
Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo 
aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyov “Koroğlu” 
operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir. 
 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin