Ney Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir.
Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır.
Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur. Neyin naləsini Füzuli belə təsvir edir:
Nalədəndir ney kimi avazeyi eşqim bülənd Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndü-bənd XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir
Maraği “M əqasid əl-əlhan” (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə
neyin iki növünün - ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX
əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir
zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin
bəzəyinə çevrilmişdir.
Ağ ney qarğıdan hazırlanır. Onun uzunluğu 550-600 mm, diametri 20 mm-
dir. Üst hissəsində beş, alt hissəsində isə bir oyuq olur. Ağ neyi çalarkən ifaçı
alətin baş hissəsinə keçirilmiş nazik mis borunu qabaq dişlərinin arasında
yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsi ilə səslərin alınmasına nail
olur. ifaçı oyuqları qismən və bütöv açıb- bağlamaqla xromatik səs sıralarını ala bilir.
Müasir neylər baş hissədən, təxminən, 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsi ilə üflənərək ifa edilir. Bu
növün ən müasiri fleyta adı ilə orkestrlərin tərkibində istifadə olunur. Hazırda bir çox Şərq xalqları arasında
fleytanı öz tarixi adı ilə adlandırırlar. Neydə muğam, mahnı və başqa musiqi nümunələrini səsləndirmək
mümkündür.
Neyin diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “sol #” səsinə kimidir.