2 -də 95x95-130x130 ilmə sıxlığı, zəngin koloriti,
kompozisiyalarının medalyonlu, ornamentlərini nəbati elementlərin təşkil etməsi ilə xarakterizə olunur.
Yüksək peşəkar istehsalın təmərküzləşmiş olduğu Təbrizdə və Ərdəbildə ipək xalçalar, orta əsrlərdə isə
həmçinin metal (gümüş və qızıl) saplardan toxunan xalçalar istehsal edilirdi.
XIX əsrin ortalarından etibarən Azərbaycan xalçaları müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilmiş,
azərbaycanlı sənətkarlar bu sərgilərdə dəfələrlə qızıl, gümüş, bürünc medallara layiq görülmüşlər. Xalçalar ilk dəfə
1852-ci ildə Moskvada Ümumrusiya kənd təsərrüfatı və kənd sənayesi sərgisində, sonra isə 1872-ci ildə Moskvada
politexnik sərgidə nümayiş etdirilmişdir. 1882-ci ildə Moskvada Ümumrusiya sənaye və incəsənət sərgisində, 1872-ci
və 1889-cu illərdə Moskvada və Tiflisdə Qafqaz kənd təsərrüfatı və sənaye məmulatları sərgisində Azərbaycan
xalçaları böyük müvəffəqiyyət qazanmışdır. Şuşalı Bayram Məşədi Qurban oğlu, Kərbəlayı Əhməd Dəmirçal
oğlu, Cabbar Hacı Əkbər oğlu, Fatma Şərif qızı, Əhməd Daşdəmir oğlu, Soltan Əli qızı, cəbrayıllı Mehdi Miriş
oğlu, Fərqanə İmanqulu qızı, bakılı Kərbəlayı Qurbanalı Soltan Əhməd oğlu, Məcid Zal oğlu, Kərbəlayı Talib
Molla Kirxar oğlu, şamaxılı Hacı Əhməd Şirin oğlu və b. dövrün tanınmış sənətkarları olmuşlar. Çar
Rusiyasında Azərbaycan xalçaları sonuncu dəfə 1912-13-cü illərdə S.-Peterburqda keçirilən ikinci Ümumrusiya
kustar sərgisində nümayiş etdirilmişdir.
Azərbaycan xalçaları 1862-ci və 1913-cü illərdə Londonda, 1872-ci ildə Vyanada, 1911-ci ildə Turində
keçirilmiş beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir.
Çar hökuməti ölkə iqtisadiyyatındakı mühüm
əhəmiyyətini nəzərə alaraq xalçaçılığın inkişafına xüsusi maraq
göstərmişdir. 1899-cu ildə təşkil olunan Qafqaz Kustar
Komitəsi xalça sənayesinə rəhbərlik edirdi. Qubada və
İmamqulukənddə xüsusi təcrübə - nümunəvi emalatxanalar
açılmışdı. 1924-cü ildə təşkil olunan Zaqafqaziya Dövlət Ticarət
Cəmiyyəti (Zaqdövticarət) isə xalçaçılıq sənayesini gücləndirmək,
yerlərdə toxunan xalça nümunələrini dünya bazarına çıxarmaqla
məşğul idi.
1927-ci ildə Azərbaycanda "Azərsənətbirliyi" mərkəzi
yaradıldı və "Azərxalça" Birliyi də oraya daxil edildi.
Zaqdövticarət cəmiyyətinin alış-satış məntəqələri,
əsasən, Gəncə, Quba, Qazax (1926), Kürdəmir, Şamaxı və
Salyanda (1928) təşkil olundu.
1931-32-ci illərdə Şuşada, Bakıda, Gəncədə iri
həcmdə, Ağdam, Cəbrayıl, Qazax və Laçında isə nisbətən kiçik
emalatxanalar açıldı.
1933-cü ildə Azərbaycanın ən məhsuldar xalçaçılıq
mərkəzi sayılan Qubada "Azərsənətbirliyi"nin xalça tədris
kombinatı açıldı. Bu, Azərbaycanda xalça sənətinin tərəqqisi
üçün əhəmiyyətli hadisə idi.
1954-cü ildə xalça ustaları və təlimatçıları hazırlayan iki
məktəb açıldı.
Hazırda "Azərxalça" Birliyinin
emalatxanlarında qədim xalçalara və rəssamların eskizlərinə əsasən klassik nümunələri təkrarlayan nəfis naxışlı
xalçalar toxunur. "Azərxalça" Birliyində xalça istehsalı ilə məşğul olan fabrik və kombinatlarda minlərlə xalq
sənətkarı çalışır və əvəzsiz xalça nümunələri yaradır.
Müasir dövrdə xalçaçılıq sənəti ölkənin müxtəlif tədris müəssisələrində - Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Ə.Əzimzadə adına
Rəssamlıq Məktəbində öyrədilir. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun müvafiq şöbələrində
unudulmuş klassik kompozisiyaları bərpa etmək, yeni naxışlı və süjetli xalçalar yaratmaq sahəsində əməli və
nəzəri iş aparılır.
L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi bir neçə min xalça və xalça
məmulatından ibarət kolleksiyaya malik olan nadir xəzinədir.
Azərbaycanın xalq rəssamı Lətif Kərimov xalça mədəniyyətinin mahiyyətinə güclü təsir
göstərmişdir. O, ənənəvi motivlərin traktovkasında yeniliyi ilə səciyyələnən bir sıra ornament və portret - xalça
kompozisiyaları yaratmışdır. L.Kərimovun əsərləri - "İslimi", "Xətai", "Firdovsi", "Əcəmi", "Əsrlərin nəğməsi"
xalça sənətinin böyük həyati qüvvəsinə, onun misilsiz bədii dəyərinə parlaq sübutdur.
Azərbaycanın xalq rəssamı Kamil Əliyevin "Füzuli", "Nəsimi", "Butalı", "Ləçəktürünc" əsərləri parlaq
dekorativliyi, ənənələrin və novatorluğun çulğaşması ilə fərqlənən ornamental kompozisiyalardan ibarətdir.
98
Rəssam Cəfər Müciri keçmiş xalça sənətkarlarının, bu sənətin müasir qabaqcıl ustalarının bədii
üsullarını yaradıcılıqla mənimsəmişdir. Onun "Saib Təbrizi", "Sütunlu", "Ləçəktürünc" xalça kompozisiyaları
naxışlarının yaraşığı, ideyanın yüksək texniki təcəssümü ilə fərqlənir.
Müasir sənətkarların yaradıcılığında Azərbaycan xalça sənətinin milli özünəməxsusluğu, əsrlərdən
gələn xalq sənəti ənənələri qorunub saxlanmaqdadır.
Xalqın milli qürurunun göstəricisi olan Azərbaycan xalçası özünəməxsus milli bədii xüsusiyyətləri ilə
dünya mədəniyyətinin inkişafına güclü təsir göstərən bir faktor kimi bəşər mədəniyyətinin böyük nailiyyətinə
çevrilmişdir.
Röya Tağıyeva