Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə73/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   69   70   71   72   73   74   75   76   ...   136
2
-də  45x45-50x50  ilmə 
sıxlığı,  xüsusi  parlaqlığı  ilə  fərqlənir.  Bu  məktəbin  xalçaların  ən  məşhur  kompozisiyaları  aşağıdakılardır: 
"Qobustan", "Şamaxı", "Şirvan", "Qəşəd", "Ərciman", "Cəmcəmli", "Qarxun", "Hacıqabul", "Qəbələ", "Salyan" 
və s. Şirvan həmçinin özünün xovsuz xalçaları - palaz və kilimləri ilə, 
qədim dövrlərdə isə sumaxları ilə məşhur olmuşdur. Paşalı və Udulu 
kəndlərində  toxunan  xovsuz  xalçalar  dünya  şöhrəti  qazanmışdır. 
Şirvan qədimdən həm də özünün müxtəlif xalça məmulatları - çuval, 
xurcun, məfrəş, çul və s. ilə məşhur olmuşdur. 
Orta  əsr  ərəb  tarixçisi  Əbu  Cəfər  Məhəmməd  Təbəri  (IX-X 
əsrlər)  öz  əsərlərində  göstərirdi  ki,  Azərbaycanının  şimal  -şərqində, 
yəni Şirvanda çox yaxşı xalçalar toxunur. XII-XIII əsrlərdə Şirvanda 
toxunmuş  xalça  nümunələri  İstanbulda  "Türk  və  İslam  əsərləri" 
muzeyində saxlanılır. 
Bakı xalça məktəbinə Bakıda, Abşeron və Xızı bölgələrində 
toxunan, Bakı xalçaları kimi tanınan xalçalar aiddir. Bu xalçalar daha 
yumşaq olması, 1 dm
2
-də 40x40 ilmə sıxlığı, rəng intensivliyi, bədii 
orijinallığı  və  naxış  incəliyi  ilə  seçilir.  Bakı  xalçalarının  səciyyəvi 
cəhətini  son  dərəcə  stilizə  edilmiş  bitki  elementləri  olan  həndəsi 
motivli medalyonlar və simmetrik kompozisiyalar təşkil edir. Burada 
"Bakı", "Suraxanı", "Göradil", "Fındığan", "Xilə-Əfşan", "Xilə-Buta", 
"Abşeron" kompozisiyaları daha geniş yayılmışdır. 
Gəncə  xalça  məktəbinə  Gəncə,  Gədəbəy,  Qasım  İsmayılov 
(Goranboy)  və  s.  yerlərdə  toxunan  və  Gəncə  xalçaları  adlandırılan 
xalçalar  aiddir.  Bu  xalçalar  1  dm
2
-də  25x25-40x40  ilmə  sıxlığı, 
qırmızı, göy, sarı rənglərin üstünlüyü, həndəsi motivlərin çoxluğu ilə 
səciyyələnir.  Onların  arasında  "Gəncə",  "Köhnə  Gəncə", 
"Gədəbəy",  "Çıraqlı",  "Samux",  "Çaylı",  "Şadlı",  "Faxralı" 
kompozisiyaları  seçilir.  Orta  əsrlərdə,  xüsusən  X-XI  əsrlərdə 
Gəncədə toxunmuş ipək xalçalar böyük şöhrət qazanmış və geniş 
yayılmışdı. 
Qazax  xalça  məktəbinə  Qazaxda,  Borçalıda,  Göyçədə 
toxunan  və  Qazax  xalçaları,  Borçalı  xalçaları,  Göyçə  xalçaları 
kimi  tanınan  xalçalar  aid  edilir.  Bu  xalçalar  1  dm
2
-də  25x25-
40x40 ilmə sıxlığı, orta ölçülü olması, möhkəm, qalın toxunması, 
rənglərinin intensivliyi, ornamentlərini, əsasən, iri ölçülü həndəsi 
elementlərin təşkil etməsi və s. ilə xarakterizə olunur. 
Qazax  xalçaları  arasında  ən  geniş  yayılanları  "Şıxlı", 
"Dəmirçilər",  "Öysüzlü",  "Borçalı",  "Qazax",  "Qaraçöp", 
"Qarayazı",  "Salahlı",  "Qaçağan",  "Kəmərli",  "Qaraqoyunlu", 
"Qaymaqlı", "Göyçəli" kompozisiyalarıdır. 
Borçalı  xalçalarına  "Borçalı",  "Çobankərə",  "Fərəhli", 
"Qurbağalı", 
"Qurbağaoğlu", 
"Qarayazı", 
"Qaraçöp", 
"Zeyvənişan", "Ziynətnişan" və s. kompozisiyalı xalçalar aiddir. 
Göyçə  xalçalarına  "Burma  buynuz",  "Düyməniçək", 
"Qaraqoyunlu",  "Sinigöllü"  kimi  kompozisiyalar  aiddir.  Bu 
xalçaları  xarakterizə  edən  əsas  bədii-texniki  cəhətlər  ilmə 
sıxlığının aşağı, xovunun hündür olmasıdır. 
Qarabağ  xalça  məktəbinə  Qarabağ  xalçaları,  Şuşa 
xalçaları, Cəbrayıl xalçaları, Naxçıvan xalçaları, Zəngəzur xalçaları kimi tanınan xalçalar aiddir. Bu xalçalar 1 
dm
2
-də 30x30-40x40 ilmə sıxlığı, kompozisiyaların müxtəlifliyi, rənglərinin əlvanlığı, ornamentlərinin əsasən 
nəbati motivli olması, əksərinin dəst halda toxunması və s. ilə xarakterizə olunur. 


96 
 
Qarabağ  xalçalarına  "Malıbəyli",  "Ləmpə",  "Bağçadagüllər",  "Bulud",  "Saxsıdagüllər",  "Nəlbəkigül", 
"Çiçəkli  Muğan",  "Bəhmənli",  "Xanlıq",  "Kürd",  "Qaraqoyunlu",  "Qarmaqlı",  "Qasımuşağı",  "Qubadlı", 
"Muğan",  "Talış",  "Naxçıvan",  "Əjdahalı",  "Zəngəzur"  və  s.  kimi 
kompozisiyalı xalçalar aiddir. 
Qarabağda  medalyonlu,  süjetli  və  ornamental  xalçalar 
toxuyurdular.  "Buynuz",  "Balıq",  "Dəryanur",  "Xanlıq",  "Xantirmə", 
"Qasımuşağı",  "Minaxanı"  kompozisiyaları  daha  geniş  yayılmışdı. 
Qarabağ həm də kilim, palaz, şəddə, vərni kimi xovsuz xalçaları və xalça 
məmulatları ilə məşhur olmuşdur. 
XVII-XVIII  əsrlərdə  Qarabağda  toxunmuş  məşhur  əjdahalı 
xalçası  -  "Xətai"  ABŞ-ın  Tekstil-Muzeyinin  qiymətli  eksponatı 
sayılır. 
Təbriz  xalça  məktəbinə  Təbrizdə  və  s.  yerlədə  toxunan, 
Təbriz  xalçaları  kimi  tanınan  xalçalar  aiddir.  Bu  xalçalar  1dm
2
-də 
120x120  ilmə  sıxlığı,  zəngin  koloriti,  medalyonlu  kompozisiyaları, 
ornamentlərini nəbati elementlərin təşkil etməsi ilə səciyyələnir. 
XV-XVI  əsrlərdə  məhz  Təbrizdə  bir  çox  elə  xalça 
kompozisiyaları  yaradılmışdır  ki,  onlar  həmin  regiona  dünya  şöhrəti 
gətirmişdir.  Təbriz  xalça  məktəbinin  bütün  Şərq  xalçaçılığına  çox 
böyük  təsiri  olmuşdur.  Orta  əsrlər  dövründə  məhz  burada  xalçaçılıq 
yüksək sənət səviyyəsinə qalxmışdır. "Ləçəktürünc", "Əfşan" və başqa 
Təbriz  xalçalarının  gözəl,  mürəkkəb  ornamentli  kompozisiyaları 
incəsənətdə  və  dünya  bazarında  böyük  şöhrət  qazanmışdır.  Təbriz 
xalçaları arasında "Ağaclı", "Dörd fəsil", "Leyli və Məcnun", "Təbriz", 
"Heyvanat",  "Sütunlu",  "Ovçuluq",  "Dörd  fəsil"  və  s.  kimi  xalçalarla 
yanaşı,  palaz,  kilim,  vərni,  zili  kimi  xovsuz  xalçalar  da  qeyd 
edilməlidir. Bu xalçaları xarakterizə edən əsas bədii-texniki cəhət ornamentlərinin stilizə edilmiş əyrixətli 
nəbati elementlərdən təşkil olunması və s.-dən ibarətdir. 
Səlcuqlar  dövründə  (1038-1157)  Təbrizdə  toxunmuş  bir 
çox  xalçalar  hal-hazırda  Türkiyədə  Konya  və  İstanbul 
muzeylərində  saxlanılır.  Orta  əsrlərdə  (XV-XVIII  əsrlər)  Təbriz 
xalçaları  yun,  ipək,  pambıq  və  hətta  əlvan  metallardan  -  qızıl  və 
gümüş saplardan toxunmuşdur. 
Təbriz xalçaları dünyanın bir çox məşhur muzeylərinin ən 
qiymətli  eksponatlarındandır.  Onlardan  XVI  əsrdə  toxunmuş 
"Şeyx  Səfi"  xalçası  Londonun  Viktoriya  və  Albert  Muzeyində, 
"Heyvanat"  xalçası  Paris  Tətbiqi  Sənət  Muzeyində,  "Ovçuluq" 
xalçası Milanda  Poldi-Petsolli  Muzeyində,  süjetli  xalça  Budapeşt 
Tətbiqi  Sənət  Muzeyində  və  s.  saxlanılır.  Məşhur  "Şeyx  Səfı" 
xalçasının  adı  Səfəvilər  sülaləsinin  banisi  Şeyx  Səfiəddin  əbu 
İshaq Ərdəbili ilə bağlıdır. Xalça "Ləçəktürünc" kompozisiyasına 
əsaslanır.  Orijinal  variantı  1539-cu  ildə  toxunmuş  və  350  ildən 
artıq Ərdəbil məscidində saxlanılmışdır. 
Ərdəbil,  Mir,  Sərab  və  s.  bölgələrdə  toxunan  "Açma-
yumma",  "Ərdəbil",  "Mir",  "Sərab",  "Şahabbasi",  "Şeyx  Səfi", 
"Arç",  "Danalı"  və  s.  kimi  Ərdəbil  xalçaları  aid  edilən  Ərdəbil 
xalça  məktəbi,  Zəncanda  toxunan  "Zəncan"  "Norşar",  "Taruş", 
"Sultani"  və  s.  kimi  Zəncan  xalçaları  aid  edilən  Zəncan  xalça 
məktəbi, Xalxal, Gerov, Miyanədə toxunan "Silsiləvi ləçək" və s. 
kimi  Xalxal  xalçaları  aid  edilən Xalxal  xalça  məktəbi,  Urmiyada 
toxunan  "Tərzi"  və  s.  kimi  Urmiya  xalçaları  aid  edilən  Urmiya 
xalça  məktəbi,  Heris,  Qaraca,  Gərmə,  Mehriban,  Goravan, 
Gülvanaq,  Kivednə,  Xocada  toxunan  "Açma-yumma",  "Baxşayış", 
"Goravan",  "Heris",  "Qaraca",  "Göllü-guşəli"  və  s.  kimi  Qaradağ  xalçaları  aid  edilən  Qaradağ  xalça  məktəbi, 
Marağa, Tilib, Sanqaçal, Binab, Xalasu, Xəştəruzçaroymaqda toxunan "Balıq", "Ləçəktürünc", "Qızılgül" və s. 
kimi Marağa xalçaları aid edilən Marağa xalça məktəbi, Mərənd, Səlmas, Xoyun "Ləçəktürünc", "Sütunlu" və s. 
kimi Mərənd xalçaları aid edilən Mərənd xalça məktəbi də mövcuddur. 


97 
 
Bu  məktəblərə  aid  edilən  xalçalar  1  dm

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin