Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta”
dizayn şirkəti, 2006, səh.88-91.
85
Ağacoyma sənəti
Azərbaycan meşələrinin müxtəlif ağaclarla zəngin olması yerli əhaliyə, bir çox sənət növləri kimi,
ağacoymanı da inkişaf etdirməyə imkan vermişdir. El sənətkarları zaman-zaman müxtəlif keyfiyyətli qoz, palıd,
tut, armud, zoğal, ərik və s. ağaclarından gündəlik məişət əşyaları, musiqi alətləri və digər sənət nümunələri
hazırlamışlar. Ağacın digər materiallara nisbətən kövrək olması ondan hazırlanan daha qədim əşyaların çoxunun
bizim dövrə gəlib çatmasına imkan verməmişdir. Lakin XVI-XX əsrlərdə yaradılmış ağacoyma nümunələri bu
sənət növünün həyatımızda yerini və ustaların nümayiş etdirdikləri yüksək sənətkarlığı duymağa imkan verir.
Belə ki, üzəri müxtəlif naxış və rəsmlərlə bəzədilən əşyalar
sözün əsl mənasında ecazkardırlar. Onların hazırlanmasında
ustalar əsasən üç texnoloji üsuldan - oyma, şəbəkə və
xatəmkarlıqdan istifadə ediblər.
Lap qədimlərdən məişətimizdə şəbəkədən çox geniş
istifadə edilib. Bu iş çox böyük ustalıq tələb edir. Şəbəkə
müəyyən formalı çərçivə daxilində kiçik taxta parçalarının
bir-birinə mismarsız və yapışqansız bənd olunması ilə
yaradılır. "Alat" adlanan həmin hissələrin bir ucunda diş,
digər ucunda oyuq düzəldirlər və yığma zamanı bir alatın dişi
о biri alatın oyuğuna keçirilir. Əsasən həndəsi naxışlardan
ibarət olan şəbəkə kompozisiyaları müxtəlif guşəli və
içərisində rəngli şüşələr geydirilmiş xonçalardan -
formalardan ibarətdir. Onların yaratdığı bədii-estetik təəssürat
ölçüyəgəlməzdir.
Bizim dövrə gəlib çatmış qədim şəbəkələr sırasında Şah İsmayıl Xətainin babası Şeyx Həzrə kəndi, XVI
əsr) və Cümə məscidinin minbərini (Gəncə, XVII əsr) qeyd etmək olar. Həndəsi xonçalardan ibarət olan birinci
şəbəkə birüzlü, minbərin şəbəkəsi isə ikiüzlüdür.
XVIII-XIX əsrlərdə də şəbəkə Azərbaycan memarlığında geniş istifadə olunub. Bunun ən yaxşı
təsdiqlərindən biri də Şəki Xan sarayının tərtibatında istifadə olunan şəbəkələrdir. Burada sarayın
işıqlandırılması üçün istifadə olunan şəbəkəli pəncərə və eyvanın, binanın daxilini bəzəyən divar rəsmləri ilə
vəhdəti-sintezi valehedicidir.
XX əsrdə çağdaş Şuşa və Şəki sənətkarlarının səyi nəticəsində şəbəkəçilik yeni inkişaf dövrünü
yaşamaqla, Bakı, Gəncə, Moskva, Sankt-Peterburq və s. şəhərlərdəki müxtəlif funksiyalı binaların tərtibatında
uğurla istifadə olunmuşdur.
Oyma texnikası da məişətimizə geniş nüfuz edib, daha çox taxta sütunların, pəncərə, qapı və məhəccərin
hazırlanmasında, təhnə, çanax, tabaq, qaşıq kimi
məişət əşyalarının bədiiləşdirilməsində tətbiq olunub.
Şəki xan sarayının və vaxtilə İrəvandakı Hüseynqulu
xanın sarayını bəzəyən oyma qapıları bu texnikanın
gözəl nailiyyəti hesab etmək olar. Parçaları bəzəyən
naxışların vurulmasında da çox vaxt oyma üsulu ilə
hazırlanan qəliblərdən istifadə edilirdi.
Vaxtilə məişətimizdə geniş yer alan və zərifliyi
ilə seçilən şərbət qaşıqları, içərisində qadın
bəzəklərinin saxlandıgı mücrülər də bu texnikanın
imkanlarının nəhayətsizliyini gözəl əks etdirir.
Ustalar taxta əşyalara gözəllik vermək üçün tez-
tez xatəmkarlıq texnikasına müraciət edirdilər. Belə
ki, ən müxtəlif əşyaların sədəf, fil sümüyü, kəhrəba,
rəngli ağac, qiymətli daş-qaşla bəzədilməsi ilə onların
bədii-estetik dəyərinin yüksəldilməsinə nail olunur. Əvvəllər Təbriz, Naxçıvan, Şuşa və Ərdəbil, sonralar isə da-
ha çox Bakı xatəmkarlığın geniş yayıldığı şəhərlər olub. Ustaların böyük zövqlə bəzək vurduqları tar, kamança,
saz və mücrülər bu gün ən məşhur muzeyləri bəzəyir, çağdaş musiqiçilər də belə alətləri həvəslə işlədirlər.
Ədəbiyyat: Nərgiz Quliyeva, Ziyadxan Əliyev. Azərbaycan incəsənəti. I cild. Mənbələr. Bakı, “Bu ta”
dizayn şirkəti, 2006, səh.91-93.
|