93
Cecim, əsasən, Qarabağ, Qazax, Naxçıvan, Şəki, Şirvan (Zərdab), Göyçə, Cənubi Azərbaycanda toxunur.
Şirvanda cecim daha çox, ipəkdən, Qarabağda, Göyçədə yundan toxunur. Cecimlərdən döşənəcək və divar xalçası
kimi Azərbaycan xalqının məişətində geniş istifadə olunur. Ondan vaxtilə parça kimi qadın və kişi geyimləri,
döşəküzü, yüküzü, müxtəlif örtüklər, çanta, xurcun, yəhər qaşı və s. əşyalar hazırlanırdı. Cecimin bəzəkləri şaquli
istiqamətli enli və ensiz zolaqlardan ibarət olur, çox vaxt zolaqların üzəri müxtəlif formalı həndəsi naxışlarla
bəzədilir. Cecim, əsasən, üfüqi yer hanasında toxunur, eni 0,35-0,40 m-dək, uzunluğu isə 15-16 m-dək və daha artıq
olur. Bu ölçülər cecimin toxunma texnikası ilə şərtlənir.
Üfüqi dəzgahda toxunan cecimlərə "Yer cecimi", şaquli dəzgahda toxunan cecimlərə isə "Qara cecim"
deyilir. Texnikasına və bədii xüsusiyyətlərinə görə cecimlər iki növə bölünür: Alaköynək və Həmyan cecimlər.
Cecimlər materialına, texnikasına, məişətdə istifadəsinə, bədii xüsusiyyətlərinə görə İp cecimi, Ladı cecim,
Şəddə cecim, Yer cecimi, cecimi parça və s. adlandırılır. XVI əsr Təbriz miniatürlərində təsvir olunmuş
cecimlər öz gözəllikləri ilə diqqəti cəlb edir.
Kilimin əsas toxunma mərkəzləri Şirvan, Bakı, Qazax, Göyçə, Qarabağ və Təbrizdir. Məişətdə müxtəlif
məqsədlərlə işlədilən bir sıra əşyalar kilim toxunuşlu olur. Ornament, naxışlar qısa çıxıntılar və diaqonal xətlərlə
xarakterizə edilir ki, bu da toxunma texnikasından irəli gəlir. Cənubi Azərbaycanın "Sənnə" kilimləri xüsusi
sıxlığı, incəliyi və zərif işləmələri ilə fərqlənir. Kilimlər materialına, texnikasına, istifadəsinə, bədii
xüsusiyyətlərinə, toxunduğu yerə görə Dal kilimi, Çadır örtüyü, Gərdəklik qırmızı kilim, Namazlıq, Çaxmaxlı
kilim,
Saya kilim,
Sənnə kilim, Şamaxı palazı, Şamt və s. adlandırılır.
Şəddənin əsas istehsal mərkəzləri Qarabağ, Qazax, Naxçıvan, Cənubi Azərbaycan ( Ərdəbil, Meşqin,
Muğan) və Göyçədir. Məişətdə şəddədən mərasim pərdələri və örtükləri, qalın toxunan şəddədən döşənəcək,
divar örtüyü, nazik və zərif şəddədən isə parça kimi qadın və kişilərin geyiminin hazırlanmasında, həmçinin də
süfrə və s. kimi istifadə edilir, balaca qırmızı şəddələr ayaq altına salınır. Şəddənin əsas üç növü olur: birrəngli -
Şal şəddə; damalı - Dama-dama şəddə və məzmunlu - Zili və Dəvəli şəddələr.
Şəddənin əsas xüsusiyyəti şaquli zolaq və damalarının olması, ara sahəsinin daha çox qırmızı-göy,
qırmızı-qara rənglərin uyğunluğunun üstünlüyü ilə seçilməsidir. Qarabağ şəddələri üçün isə qırmızı fon
xarakterikdir. Şəddə sözünün kökünün "Şətrənc", "Şadevərd", yəni şahmat sözündən olduğu ehtimal edilir.
Vərninin əsas istehsal mərkəzləri Qarabağ (Bərdə, Şuşa,
Ağcabədi, Cəbrayıl, Ləmbəran), Qazax, Naxçıvan və Cənubi
Azərbaycandır. Vərnilərdən pərdə, yüküzü, döşənəcək, örtük, həmçinin
dəyə və çadırların dekorativ bəzəyi kimi istifadə olunur. Muğanda
vərnidən döşənəcək kimi istifadə etmək üçün altına keçə tikilirdi.
Qarabağ vərnisinin ornamentinin əsas elementi xalçanın bütün sahəsini
tutan, S, ya Z formalı stilizə olunmuş əjdaha təsviridir. Əjdaha bolluq
rəmzi kimi, eləcə də evin, ailənin, qəbilənin qoruyucusu hesab olunur.
Vərni ornamentləri qədim dövrlərdə şər qüvvələrin rəmzi də sayılmışdır
(əjdaha ikili səciyyəli mifik obrazdır). Cənubi Azərbaycanda toxunan
vərnilər quş və ağac təsvirləri ilə bəzədilir. Vərnilər iki hissədən ibarət
toxunur və sonra bir-birinə tikilir. Bu səbəbdən Qarabağda (Ləmbəran)
vərnilər "həmyan", yəni ikiyanlı adlandırılır. Nyu-Yorkdakı
Metropoliten-muzeydə saxlanan, XVIII əsrə aid incə naxışlı vərni öz
gözəlliyi ilə seçilir.
Zilinin əsas istehsal mərkəzləri Qarabağ, Qazax, Bakı, Naxçıvan,
Göyçə və Cənubi Azərbaycan hesab olunur. Zilidən ibadət xalçası, pərdə,
divar örtüyü, döşənəcək kimi istifadə edilir. Zilinin bəzəklərini stilizə edilmiş
quş və heyvan rəsmləri, rəmzi təsvirlər, müxtəlif formalı həndəsi və nəbati
motivli ornamentlər təşkil edir. Bakı zililəri zərifliyi, zəngin rəng
çalarları ilə şöhrət qazanmışdır. X əsrdə Xoy, Bərgi, Ərcicə, Əxlate,
Naxçıvan, Bidlis zilinin toxunduğu məşhur məntəqələr idi. XVI-XVIII
əsrlərdə Qarabağ (Cəbrayıl) ipək zilinin toxunduğu əsas mərkəz
olmuşdur.
Sumaxın ilk əsas istehsal mərkəzi Şirvan (Şamaxı) olmuş, həmçinin Cənubi Azərbaycan (Əhər,
Mərənd, Urmiya), Qarabağ (Cəbrayıl, Laçın) və Naxçıvanda toxunmuşdur. Sonralar sumaxın istehsal mərkəzi
Qubaya keçmiş və XIX əsrdə xeyli populyarlaşaraq, Azərbaycanın digər bölgələrində də geniş yayılmışdır.
Sumaxdan məişətdə döşənəcək, divar örtüyü, kiçik ölçülülərdən - sumaxçalardan isə ibadət xalçası - namazlıq
kimi istifadə edilir. Sumaxın bədii tərtibatında Şirvan, Quba, Qarabağ, Gəncə xovlu xalçalarının
kompozisiyalarından istifadə olunur. Sumaxlar texnikasına görə Qarımış fərş, ölçüsünə görə Sumaxça, Sumax
palaz, Göllü pa-laz və s. adlandırılır.
95
naxışlardan ibarət ornamentlər, əsasən, stilizə edilmiş bitki, bəzən isə heyvan motivləri üslubundadır.
Medalyonvarı kompozisiyalar geniş yayılmışdır. Quba xalçalarının ən parlaq kompozisiyaları "Qədim Minarə",
"Qımıl", "Pirəbədil", bölgə üçün səciyyəvi kompozisiyalar isə "Alpan", "Quba", "Hacıqayıb" və s.-dir. Burada
tək xalçalar, xalı-gəbə dəstləri və bir çox xovsuz xalçalar (sumaxlar, palazlar) və xalça məmulatları da istehsal
edilir.
Şirvan xalça məktəbinə Şamaxı, Mərəzə, Ağsu, Kürdəmir, Qazıməmməd və s. yerlərdə toxunan və
Şirvan xalçaları adlandırılan xalçalar aiddir. Bu xalçalar bədii naxış zənginliyi, 1
dm
Dostları ilə paylaş: