Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə81/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   77   78   79   80   81   82   83   84   ...   136
Üst geyimləri. Qadın üst geyim dəsti bir neçə elementdən ibarət olurdu. 
Şalvar.  XVI  yüzillikdə  kütləvi  surətdə  geyilən  qadın  geyimlərindən  biri  də  balaqları  dabana 
qədər  uzanan  şalvarlar  idi.  Kişilərdə  olduğu  kimi,  qadınların  da  şalvarları  ayaq  tərəfindən  çox  dar, 
yuxarısı enli olurdu. Lakin kişi şalvarlarından fərqli olaraq qadın şalvarlarının ayaqları iki-üç barmaq 
enində başqa bir qalın parça ilə tikilərdi. Qadın şalvarlarının, həmçinin beldən büzməsi olardı ki, onun 
da içindən qəşəng hörmə qaytan keçirib bağlayardılar. Qadının öz zövqünə müvafiq olaraq bu qaytanın 
ucundan sallanan qotazlar müxtəlif rəngdə olardı. 
Şalvarın uzunluğu ya dizə qədər, ya da dabana qədər uzun olurdu. Şalvar ya saya, ya da güllü 
parçadan tikilirdi. 
Çuxa. Uzunluğu topuğa qədər olan çuxalar miniatürlərdəki çuxalardan xeyli fərqli olub, beldən 
kip  olmaqla  bədən  ölçüsünə,  ətəyə  doğru  isə  gen  biçilib.  Çuxaların  ətək  və  ön  kənar  xətti  boyunca 
köbə tikilib. Bəzi tumanının ətəyi səliqə ilə qırçınlanırdı. Qolları düz və uzunluğu biləyə qədər olurdu. 
Qol oyuğu çiyin xəttini ortasından başlayırdı. Bu dövrdə bir neçə cür çuxa forması geyinilirdi: 
1. XVII yüzilliyin I yarısında uzun və ya qısa qollu üst çuxası geyinilir, uzunqollu alt çuxanın 
yaxası kip düymələnirdi. 
2.  1636-cı  ildə  geniş,  uzun  qollu,  boğaz  altda  bir  düymə  ilə  bağlanan,  belə  qədər  açıq  yaxalı 
köynək,  topuğa  qədər  şalvar,  köynəyin  üstündən  uzun,  dar  qollu,  yaxası  oval  kəsilmiş  qaftan 
geyinilirdi. Qaftanın dar qolunun altından, biləkdə köynəyin gen qolu çıxardılaraq bəzək əmələ gətirir. 
Köynək və qaftanın rəngi çox vaxt bir-birinə əks olurdu. 


111 
 
3. Üst geyimi-çuxanın artıq beli dar, qolu kəsmə-biçmə, dar və uzundur. Yaxası oval formada 
kəsilməklə yaxadan belə qədər çarpaz düymə ilə bağlanırdı. Çarpaz düymələnmə əvvəlki kimi düzxətli 
deyil, "X" şəkilli olurdu. 
XVII yüzilliyin sonu qadın geyimi köynək, qaftan, onun üstündən geyinilən bir neçə cür çuxadan 
ibarət  idi.  Beldən  dar  olub,  ətəyə  doğru  genələn,  günəş  tipli  (dairə  formalı)  tumanlar  beldə  ayrıca 
tikilmiş, tam bədən siluetinə uyğun olan lifə birləşirdi. Sinədən belə qədər üz-üzə düymələnmə və ya 
çarpaz  düymələnmədən  istifadə  edilirdi.  Yaxa  kəsiyi  ya  oval  şəkilli 
olub,  yaxalıqsız  və  ya  küncşəkilli  olub  qatlama  yaxalıqlı  tikilirdi. 
Artıq nimtənə-çəpkən son modifıkasiyasma - inkişafının son dövrünə 
yaxınlaşıb.  Üst-üstə  geyinilən  bir  neçə  gen  tumanın  ətəyi  əlavə 
parçadan kəsilmiş köbə ilə bəzədilirdi. 
Şah Süleyman Səfəvi dövründə qadın geyimləri köynək, yaxası 
çiyin  tikişindən  sinəyə  qədər  künc  kəsilmiş,  uzun  qollu,  gen  ətəkli, 
uzunluğu topuğa qədər olan qaftan, onun üstündən geyinilmiş qolsuz, 
dar, ətəyi aşağı getdikcə genələn çəpkəndən ibarət idi. 
Üst  tumanı.  Birinci  tip  üst  tumanının  uzunluğu  topuğa  qədər 
olub  büzməli-qırçınlı  olurdu.  Ön  tərəfdə  beldən  ətəyədək  açıq 
qoyulurdu. 
Ikinci  tip  üst tumanı  4  ədəd  trapes  formalı  parçadan  tikilir  və 
uzunluğu topuğa qədər olurdu. 
Beldə bədənə kip, ombaya doğru nisbətən gen biçilmiş nimtənə-
çəpkən  geyinilirdi.  Nimtənənin  qolları  düz  olub,  uzunluğu  biləyə 
qədər  olurdu.  Yaxası  çiyindən  başlayaraq  ətəyə  doğru  künc  kəsilir, 
sinəsi açıq saxlanılırdı. 
XVI-XVII yüzilliyin geyimlərinin ümumi görünüşündə bir sıra fərqlər olmuşdur. 
Qadın üst geyimi köynək və onun üstündən geyinilən qaftan, 
çuxa  və  cübbələrdən  ibarət  idi.  Köynəyin  yaxası  düz,  kəsmə  yaxa 
olub,  boğaz  altda  bir  düymə  ilə  düymələnirdi.  Uzunluğu  topuqdan 
aşağı olan bu köynəyin qolu uzun və düz idi. Qaftanın yaxası çiyin 
xəttindən  belə  qədər  künc  kəsilməklə  uzun  qollu,  uzun  ətəkli  və 
geniş olurdu. 
Qaftanın  üstündən  çuxa  geyinilirdi.  Çuxa  astarlı  olub, 
uzunluğu qaftanın uzunluğu qədər, qolu düz, qolun uzunluğu biləyə 
qədər olurdu. Yaxası açıq və boğazadək paralel düyməli olmaqla iki 
formada  tikilirdi.  Çox  vaxt  bu  paralel  düymələr  düymələnmir  və 
ancaq bəzək funksiyası daşıyırdı. Çuxanın belinə kəmər bağlanırdı. 
Çuxanın  üstündən  cübbə  geyinilirdi.  Cübbə  astarlı  olub, 
yaxası düz və açıq tikilirdi. Cübbə ya sərbəst buraxılır, ya da beldən kəmər və  ya qurşaqla sıxılırdı. 
Cübbənin  qolu  bir  neçə  cür:  qısa,  düz  və  uzun,  qısa  qol  və  əlavə  dekorativ  uzun  qolçaqlı  tikilirdi. 
Kişilərdən fərqli olaraq  qadınların cübbələrinin  yaxaları  açıq 
saxlanılırdı. Cübbənin yaxası düz, açıq və ya paralel düyməli 
olurdu. 
İsti  geyim  kimi  hələ  də  əvvəlki  dövrlərdə  olduğu  kimi 
xəz geyimlərdən istifadə olunurdu, çox vaxt İsfahan xəzindən 
bürüncək geyinirdilər. 
Qadınlar  cübbənin  üstündən  bellərinə  zərif,  bəzəkli 
kəmər bağlayıblar. 
Təbriz  qadınları  kişi  qəbası  (çuxası)  geyir  və  onu 
başlarına  çəkirdilər.  Başdan  ayağa  qədər  bununla  özlərini 
örtürdülər. 
Səfəvilər dövrü kişi geyim dəstini aşağıdakı kimi təsvir 
etmək olar. 
Kişilərin alt geyimi alt köynəyi və dizlikdən ibarət idi. 


112 
 


113 
 
Mütəxəssislər  sarınma  geyim  növünü ümumiyyətlə  geyim  mədəniyyətinin  başlanğıcına  aid 
edirlər.  Bu  növə  qədim  yunanların  geyimlərini,  buna  bənzər  olan  yapon  kimonosunu,  hind  dxoti  və 
sarisini də aid edirlər. 
Mütəxəssislər  həmçinin  dəfn  zamanı  mərhuma  bürünən  kəfəni  də 
sarınma  geyim  növünə  aid  edirlər  və  bunun  Orta  Asiyaya  İrandan 
gəldiyini göstərirlər. 
Dünya  xalqlarının  geyim  tarixi  ilə  məşğul  olan  mütəxəssislər 
şalvarın  ilk  yaranışda  hər  ayağa  tək-tək  sarman  bel  geyimi  olduğunu 
təsdiq  edir  və  qədim  romalıların  bu  geyimi  Şərqdən  qəbul  etdiklərini 
sübut edən dəlillər gətirirlər. 
Örtülmə  geyim  növü də  çox  qədim  dövrlərdən  yaranmışdır.  Bu 
geyim növündən həm qadınlar, həm də kişilər istifadə edirdilər. Örtülmə 
geyim növü parça tikəsindən olub, həm sadə, həm də qırçınlara yığılmış halda istifadə olunmuşdur. 
Geyim  dəstlərində  müəyyən  funksional  məna  daşıyan 
elementlərlə  yanaşı  rəmzi  səciyyə  kəsb  edən  ünsürlərdən  də  istifadə 
olunmuşdur. Quş, yaşmaq, kəsti, günəşəbənzər örpək və s. Elementlər 
simvolika  bildirən  elementlər kimi  istifadə  olunub.  Simvolika bildirən 
quş  Dədə  Qorqud  döyüşçülərinin  geyim  ünsürü  olmuşdur.  Səfəvilər 
dövründə  qadın  baş  geyimi  olan  7  dilimli  ləçəklər  də  simvolik  məna 
daşıyırdı.  Atəşpərəstlikdə  müqəddəs  gül  hesab  olunan  nilufər  XIX 
yüzillikdə Qarabağ zonasına məxsus arxalığın qolunda özünü göstərir. 
Geyilmə  libas  növünə  çiyin  və  bel  geyimləri  aiddir.  Köynək, 
qaftan, cübbə, çuxa, nimtənə, çəpkən, qofta, tuman, arxalıq, şalvar, kürk, kürdü, eşmək, canlıq və s. 
buna  misal  göstərmək  olar.  Bu  geyimlərin  biçim  üsulunun  təhlili  aşağıdakı  nəticələrə  gəlməyə  əsas 
verir. 
Hazır halda istifadə olunan bürünmə geyim növündən sonra meydana gələn hörmə geyimlər ilk 
əvvəllər  calaşdırılmadan,  sarınma  üsulu  ilə  istifadə  olunurdusa  da,  sonralar  onun  hissələri  bir-birinə 
bitişdirilərək  bütöv hala  salınırdı.  Bu  cür  geyim  növü Xocalı-
Gədəbəy  mədəniyyətinə  aid  edilən  tunc  kəmərlər  üzərində 
təsvir olunmuş qılıncoynadan kişinin əynində müşahidə edilir. 
Hörmə-calaşdırma (tikilmə) geyim növünə, həmçinin e.ə. 
I minilliyə aid edilən gil fiqurun əynində rast gəlirik. 
Bu dövrdə, artıq hörmə-tikmə geyimlərlə yanaşı, toxunma 
materialdan  biçib-tikmə  üsulu  ilə  əldə  olunmuş  geyim  növü, 
məsələn,  cübbə  də  geyiniliriş.  Mingəçevirin  hörmə 
geyimlərində  nəzərə  çarpan  müxtəlif  naxışlarla  yanaşı,  biçmə-
tikmə  geyimlərdə  çox  saylı  müxtəlif  düymələrin  istifadə 
olunması  göstərir  ki,  bu  dövrdən  etibarən  geyimin  estetikası 
aparıcı 
mövqeyə 
çəkilməyə 
başlayır. 
Mütəxəssislər 
azərbaycanlılara  məxsus  uzunqollu,  uzun  ətəkli  geyimin 
(köynəyin - yunanlar bunu "sarapis" adlandırırdı), bir sıra qonşu 
xalqlar  tərəfindən  də  qəbul  edildiyini  təsdiq  edən  fikirlər 
söyləyirlər. 
Ensiz  zolaq  şəklində  hörülərək  hər  ayağa  ayrı-ayrılıqda 
sarınmış  bel  geyiminə,  neolit  dövründən  başlayaraq  müşahidə 
etdiyimiz  təsvirlərdə  rast  gəlirik.  Bunu  biçib-tikmə  bel  geyimi 
olan şalvarın prototipi hesab etmək olar. 
Qeyd etdiyimiz kimi, e. ə. I minillikdə dəbdə olan geyim 
dəstinə cübbə də daxil idi. Həm kişi, həm də qadın geyimi olan 
cübbə  toxunma  yun  materialdan  biçib-tikmə  üsulu  ilə 
hazırlanırdı.  Həm  də  çox  vaxt  müxtəlif  rəngli,  güllü və  tikmə 
naxışlı  olurdu.  Mənbənin  verdiyi  məlumata  görə  cübbə  artıq  eramızdan  xeyli  əvvəl  qonşu  xalqlar 
arasında  da  yayılmışdır.  Cübbə  dünya  geyim  mədəniyyətində  djuba-şuba  kimi,  bəzi  xalqlarda  isə, 


114 
 
yanlış  anlaşılaraq,  xalat  kimi  özünə  möhkəm  yer  tutmuş  və  bu  adla  da  zəmanəmizə  qədər  gəlib 
çatmışdır. 
Hörmə-tikmə  geyim  növləri  ilə  yanaşı  toxuma  parçadan  biçmə-tikmə  üsulu  ilə  hazırlanmış 
köynək,  şalvar,  cübbə  və  s.  ibarət  geyim  dəsti  kütləvi  səciyyə  daşımaqla  əhalinin  bütün zümrələri 
tərəfindən  geyinilmişdir.  Lakin  bu  geyimlər  ictimai  zümrələrin  maddi  imkanlarından  asılı  olaraq 
material və bəzəkləri ilə seçilərək sinfi fərqləri özündə əks etdirmişdir. 
Maddi  vəziyyəti  imkan  verməyən  əhali  qrupları  yüksək  zümrələrin  geyim  formasını  saxlamaq 
naminə həmin geyimlərin imitasiyasını yaratmağa çalışmış, oxşar görünüş effektləri əldə etməyə nail 
olmuşlar. Bu cür geyimlərə misal olaraq kənarlarına xəz tikilən katibini, içərisinə pambıq və ya yun 
qoyularaq sırınan ləbbadə, canlıq, işdik və s. göstərmək olar. 
Dünya geyim mədəniyyətində özünə möhkəm yer tutmuş kaftan, 
kofta (qofta) və s. geyim növləri də, həmçinin bu qəbildən olub biçim 
üsulu və texnikası baxımından ümumi oxşar cəhətlərə malik olmuşdur. 
Azərbaycan  geyim  mədəniyyəti  tarixində  qurama  tikiş 
texnikasının  kökləri  çox  qədim  zamanlara  gedib  çıxır.  Təsviri  sənət 
nümunələrində  ensiz  geyim  materiallarından  enli  məmulat  əldə  etmək 
məqsədilə geyimlərin spiralvari burma və kiçik parça tikələrinin calanıb 
birləşdirilməsi  olmaqla  iki  texniki  üsulla  əldə  olunmasına  rast  gəlirik. 
Sonradan bu texniki üsullar məişətdə geniş şəkildə istifadə olunmuş və 
bu günə qədər də özünün əməli əhəmiyyətini itirməmişdir. Quramadan 
istifadə edən müasir tikişçi-rəssamlar bu texnika vasitəsilə kamil sənət 
əsərləri  yaradırlar.  Həm  də  bu  texniki  üsullar  təkcə  geyimdə  deyil, 
həmçinin,  panno,  məişət  örtüləri  və  s.  formalarda  evlərin  və  digər 
ictimai binaların interyerinin bəzədilməsində istifadə olunmaqdadır. 
Azərbaycan  mədəniyyətinin  intibah  dövrü  hesab  olunan  XVI-
XVII  yüzilliklərdə  geyimlərin  forma müxtəlifliyinin  meydana  gəlməsi 
ilə  çeşidinin  artması  müşahidə  olunur.  Bununla  yanaşı,  geyimlərdə 
rəmzi  elementlərin  yenə  istifadə  olunması,  geyim  tiplərinin  qədim 
dövrlərdən  başlanan  ardıcıl  təkamül  istiqamətinin  saxlanılması 
şəraitində  lokallaşma  meylləri  hiss  olunmağa  başlayır.  Bu  dövrdə 
geyimlərin  bədənin  təbii  formasına  uyğunlaşdırılması  meyllərinin 
gücləndiyi  nəzərə  çarpır.  Artıq  XVII  yüzilliklərin  ortalarından 
başlayaraq  kişi  və  qadın  üst  libasının  çiyin  və  bel  geyimlərinə 
bölünməsi  prosesi  başlayır.  Kaftan  (qaftan)  -  qofta-tumana,  cübbə  - 
nimtənəyə  çevrilir.  Uzun  müddət  müasir alt  geyiminin  funksiyasını 
yerinə  yetirən  üst geyimlərinə,  bu  məqsədlə  bir  sıra  xüsusi  detallar 
əlavə  olunmağa  başlayır.  Əgər  təsvirlərdə  kişi  geyimlərində  kəmərə 
lap  qədim  dövrlərdən  başlayaraq  rast  gəlirdiksə,  qadın  geyimlərində 
kəmərdən istifadə bir qədər gec, e. ə. I minillikdən başlandığı nəzərə 
çarpır.  XVII  yüzilliklərin  ortalarından  başlayaraq  kəmər  qadın 
geyiminin  vacib  elementinə  çevrilir  və  bunun  vasitəsilə  də  bədən 
quruluşunun  mütənasibliyi  daha  qabarıq  nəzərə  çarpdırılırdı.  XIX 
yüzillikdə geyinilən arxalıqlarda isə bu məqsəd daha qabarıq şəkildə 
özünü göstərir. 
XVI  yüzillikdən  başlayaraq  geyimin  estetik  görkəmi  diqqət 
mərkəzində  olmuş,  müxtəlif  cür  bafta,  qırçınlı  əlavə,  zəncirələr, 
şahpəsəndlər və s. vasitəsilə geyimlərə daha çox baxımlılıq verməyə 
çalışmışlar. Lakin bununla yanaşı, bütün dövrlərdə geyimlərin insanın 
hərəkə-tinə  mane  olmaması  üçün  biçim  konstruksiyası  daha  ciddi  və  diqqətlə  düşünülərək  həyata 
keçirilmişdir. Hər bir geyim elementində xüsusi qanunauyğunluqlara əməl olunmuşdur. 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin