Mədəniyyət və turizm Mündəricat



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə83/136
tarix02.01.2022
ölçüsü7,85 Mb.
#2600
1   ...   79   80   81   82   83   84   85   86   ...   136
Ədəbiyyat: Dünyamalıyeva Sabirə. Azərbaycan geyim mədəniyyəti tarixi (bədii-etnoqrafık 
tədqiqat). Azərbaycan dilində. Bakı, "Nağıl evi", 2003, səh. 191-199. 
 


117 
 
 
Teatr 
 
Azərbaycanda teatr sənətinin kökləri xalqın əmək fəaliyyəti, məişəti, şənlik və toy ənənələri ilə 
bağlıdır. Qədim tarixə malik "Sayaçı",  "Novruz",  "Qəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla 
yanaşı,  dramatik  süjetə  də  rast  gəlinir.  "Novruz"  mərasiminin  "Kosa-kosa"  oyunu  xüsusi  paltar 
geyinən,  maska  taxan  aktyorun  iştirakı  ilə  əsl  teatr  nümunəsidir.  "Xan-xan",  "Gəlinlə  qayınananın 
deyişməsi" və s. epizodlarda, "Zorxana" səhnələrində, "Yuğ" mərasimində də meydan teatrı əlamətləri 
güclü  olmuşdur.  Mərasim,  ayin  və  oyunlardakı  tamaşa  elementləri  müstəqil  xalq  teatrının 
yaranmasında mühüm rol oynamışdır. Xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan 
teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. səhnəciklər Azərbaycanda 
xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" 
(üçpərdəli komediya) və s. tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı öz əksini tapmışdır. 
"Şəbih"  dini  tamaşası  Azərbaycanda  professional  teatrın  yaranmasına  güclü təsir  göstərmişdir.  XIX 
əsrin ortalarında Şuşada (1854), Lənkəranda (1856), Şamaxıda (1856), Tiflisdə (1872) teatr tamaşaları 
göstərilsə  də,  Azərbaycan  teatrının  tarixi  Mirzə  Fətəli  Axundzadənin  (Axundov)  "Lənkəran  xanının 
vəziri" və "Hacı Qara" komediyalarının tamaşası ilə başlanır (10 mart və 17 aprel, 1873, Bakı). Həsən 
bəy Zərdabinin təşəbbüsü, Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlovun (Gorani) yaxından iştirakı 
ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşaları milli teatrın yaranması 
üçün təkan olur. 
Azərbaycan  ziyalıları,  Qori  seminariyasını  bitirən  müəllimlər  Şuşa,  Naxçıvan  və  başqa 
şəhərlərdə teatr tamaşaları hazırlayır ("Xırs quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah", M.F. 
Axundzadə), eyni zamanda, bu tamaşalarda aktyor kimi çıxış edirdilər. 
Naxçıvanda  təşkil  edilmiş  "Ziyalılar  cəmiyyəti"  (1882)  və  "Müsəlman  incəsənəti  və  dram 
cəmiyyəti" (1883) 80-ci illərin əvvəllərində şəhərin mədəni həyatında böyük rol oynamışdır. 
1887-ci  ildə  Firidun 
bəy Köçərlinin rəhbərliyi ilə 
İrəvanda 
M.F.Axundzadənin  "Müsyö 
Jordan  və  dərviş  Məstəli 
şah" 
komediyası 
Azərbaycan 
dilində 
tamaşaya  qoyuldu.  Şuşada, 
Şəkidə, 
Lənkəranda, 
Naxçıvanda, 
Tiflisdə, 
İrəvanda  teatr  tamaşaları 
göstərilməsi 
sahəsində 
ziyalılardan  Haşım  bəy 
Vəzirov, 
Bədəl 
bəy 
Bədəlbəyov, 
Əhməd 
Vəlibəyov,  Firidun  bəy 
Köçərli,  Muxtar  Muradov, 
İsrafil  bəy  Şəfibəyov,  məşhur  xanəndə  Cabbar  Qaryağdı  oğlu,  Məhəmməd  Tağı  Sidqi,  Cəlil 
Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq Eynəli bəy Sultanov, Rəşid bəy Əfəndiyev və 
başqalarının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. 70-80-ci illərdə Azərbaycanın müxtəlif şəhərlərində 
fəaliyyət  göstərən  teatr  həvəskarları  tədricən  Bakının  teatr  xadimləri  ətrafında  toplaşdılar.  1887-ci 
ildən  Bakı  teatr  dəstəsinə  Həbib  bəy  Mahmudbəyov,  Sultan  Məcid  Qənizadə  və  N.Vəliyev  başçılıq 
etmiş, 1888-ci ildən onlar artıq müstəqil teatr kollektivi kimi fəaliyyət göstərmişlər. 
90-cı illərdən başlayaraq, Nəriman Nərimanovun Azərbaycan teatrının inkişaf etməsində böyük 
xidməti  olmuşdur.  N.Nərimanov  ziyalı  gəncləri  aktyor  truppasına  dəvət  edir,  özü  də  bir  çox 
tamaşalarda baş rolları oynayırdı. 
H.Zərdabi  1896-cı  ildə  Bakıda  "Birinci  müsəlman  dram  truppası"  adlı  ilk  professional  teatr 
kollektivini  təşkil  etdi.  1897-ci  ildə  Bakıda  ilk  dəfə  "Artistlər  ittifaqı"  yaradıldı.  İnqilabaqədərki 


118 
 
Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundzadə, Nəcəf bəy Vəzirov, Haşım bəy 
Vəzirov,  N.Nərimanov,  Əbdürrəhim  bəy  Haqverdiyev,  C.Məmmədquluzadə  və  başqalarının 
pyeslərindən tərtib olunur, həmçinin  rus (Nikolay Vasilyeviç Qoqol, İvan Sergeyeviç Turgenev, Lev 
Nikolayeviç  Tolstoy)  və  Qərbi  Avropa  (Uilyam  Şekspir,  Fridrix  Şiller,  Henrix  Heyne,  Jan  Batist 
Molyer)  klassiklərinin  əsərləri  ilə  zənginləşdirilirdi.  M.F.Axundzadənin  komediyaları  ilə  yanaşı 
N.Vəzirovun "Müsibəti-Fəxrəddin",  "Yağışdan çıxdıq,  yağmura  düşdük",  Ə.Haqverdiyevin  "Dağılan 
tifaq",  "Bəxtsiz  cavan",  "Ağa 
Məhəmməd 
şah 
Qacar", 
N.Nərimanovun "Nadanlıq", "Nadir 
şah"  pyesləri  oynanılırdı.  1906-cı 
ildə  Bakıda  "Müsəlman  dram 
artistləri"  şirkəti  yaradıldı.  Şirkətə 
məşhur  teatr  xadimi  Cahangir 
Zeynalov  rəhbərlik  edirdi.  Bu 
illərdə  Bakının  fəhlə  rayonlarında 
tamaşalar  göstərən  dram  dərnəkləri 
və  teatr  truppaları  ("Balaxanı  dram 
dərnəyi", "Həmiyyət") təşkil edildi. 
1908-ci 
ildə 
"Nicat" 
cəmiyyəti  (cəmiyyət  1906-cı  ildə 
yaradılmışdı)  yanında  Hüseyn 
Ərəblinski,  Sidqi  Ruhulla,  Əbülfət 
Vəli kimi peşəkar aktyorları birləşdirən dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var 
idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamaşalar verirdi. 
1910-cu ildə "Səfa" mədəni-maarif cəmiyyəti yanında teatr şöbəsi 
yaradıldı.  Cəmiyyətin  işində  Dadaş  Bünyadzadə,  şair  Səməd  Mənsur, 
aktyorlardan  Cahangir  Zeynalov,  Abbas  Mirzə  Şərifzadə  fəal  iştirak 
edir, teatr tamaşalarına "Nicat"dan Hüseyn Ərəblinski, Mirzağa Əliyev, 
Sidqi  Ruhulla,  Hüseynqulu  Sarabski  və  başqaları  vaxtaşırı  dəvət 
olunurdular.  "Səfa"  cəmiyyətinin  truppası    teatrın  həyatı  ilə  bağlı 
mədəni-maarif  işləri  ilə  də  məşğul  idi.  1910-cu  ildə  truppa 
C.Zeynalovun  səhnə  fəaliyyətinin  25  illiyini,  1911-ci  ildə 
M.F.Axundzadənin  anadan  olmasının  100  illiyini,  1913-cü  ildə  isə 
N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. 
1916-cı  ildə  C.Məmmədquluzadənin  "Ölülər"  komediyasının 
uğurlu tamaşası oldu. 
1917-ci ildə Bakıda "Müsəlman artistləri ittifaqı" yaradıldı. Abbas 
Mirzə  Şərifzadə  ittifaqa  sədr  seçildi.  İttifaq  1918-ci  ilin  mart  ayınadək 
fəaliyyət göstərə bildi. 
1917-1920-ci  illərdə  Azərbaycan  mədəni-iqtisadi,  həm  də  siyasi 
cəhətdən mürəkkəb bir dövr yaşadı (2 noyabr 1917-ci ildə Bakıda Sovet 
hakimiyyəti  yarandığının  elan  edilməsi,  "Sentrokaspi  diktaturası"nın 
qısa  müddətli  ağalığı,  mart  hadisələri,  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin  yaranması).  Bu  dövrün  hadisələri  ölkənin 
mədəniyyətinə,  teatr  sahəsinə  də  təsir  göstərdi.  Mart  hadisələrindən  sonra  İrana  köçməyə  məcbur 
olmuş  mütərəqqi  fikirli  Azərbaycan  ziyalıları,  o  cümlədən  Üzeyir  və  Zülfüqar  Hacıbəyovlar 
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Bakıya qayıdaraq fəaliyyətə başladılar. 
H.Z.Tağıyevin  inşa  etdirdiyi  teatr  binası  (indiki  Musiqili  Komediya  Teatrı)  Azərbaycan 
truppasının möhkəmlənməsinə, müntəzəm tamaşalar göstərməsinə imkan yaratdı. Bina 1899-cu, 1909-
cu və 1918-ci illərdə ermənilər tərəfindən yandırılmışdı. 
1910-cu ildə Bakıda tikilmiş indiki Opera və Balet Teatrının antreprenyorları binada Azərbaycan 
aktyorlarının  çıxış  etməsinə  imkan  vermirdilər.  Yalnız  Üzeyir  və  Zülfüqar  Hacıbəyov  qardaşlarının 
truppası  nisbətən  müntəzəm  fəaliyyət  göstərirdi.  Truppa  öz  tərkibində  dram,  opera  və  operetta 


119 
 
artistlərini  birləşdirmişdi.  Qabaqcıl,  demokratik  ideyalarla  sıx  bağlı  olan  Azərbaycan  teatrı  xalqın 
mədəni inkişafında mühüm rol oynasa da, hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı. 
1920-ci  ildə  Azərbaycan  Demokratik  Cümhuriyyətinin 
süqutundan  sonra  Birləşmiş  Dövlət  Teatrı  yaradıldı.  Teatrda  Bakıda 
fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-
ci  ildə  yandırılmış  Tağıyev  teatrının  binası  respublika  hökumətinin 
qərarı  ilə  bərpa  olundu.  1922-ci  ildə  dram  truppası  Birləşmiş  Dövlət 
Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il yanvarın 17-də 
M.F.Axundzadənin  "Hacı  Qara"  komediyasının  yeni  quruluşda 
tamaşası  ilə  Azərbaycan  Dövlət  Dram  Teatrının  (1933-cü  ildən 
M.Əzizbəyov 
adına) 
təntənəli 
açılışı 
oldu. 
Azərbaycan 
dramaturgiyasının  inkişafında,  teatr  sənətinin  təşəkkülündə  böyük 
xidmətlər 
göstərən 
N.Vəzirov, 
Ə.Haqverdiyev,  C.Məmmədquluzadə, 
Süleyman  Sani  Axundov  kimi  realist-
demokrat 
yazıçıların 
fəaliyyəti, 
N.Nərimanov,  Ü.Hacıbəyov,  Müslüm 
Maqomayev,  Cəfər  Cabbarlı  və  başqa 
görkəmli  ədəbiyyat  və  incəsənət 
xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları  teatrın inkişaf 
prinsiplərinin,  milli  və  dünya  dramaturqlarının  klassik  irsinə  düzgün 
münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır. 
20-ci  illərdə  "Ölülər"  (C.Məmmədquluzadə),  "Laçın  yuvası" 
(Süleyman  Sani  Axundov),  "Şeyx  Sənan",  "Knyaz"  (Hüseyn  Cavid), 
"Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" 
(N.V.Qoqol), "Həyatın dibində" (Maksim Qorki), "Qaçaqlar" (F.Şiller), 
"Otello" (U.Şekspir) və s. əsərlər tamaşaya qoyulmuşdu. 20-ci illərdən 
teatrda  aktyorlardan  A.M.Şərifzadə,  Ülvi  Rəcəb,  M.A.Əliyev, 
S.Ruhulla,  Mərziyə  Davudova,  İsmayıl  Hidayətzadə,  Rza  Təhmasib, 
Kazım Ziya, Mustafa Mərdanov, Məmmədəli Vəlixanlı, Əli Qurbanov, 
Sona  Hacıyeva,  Əzizə  Məmmədova, 
Möhsün 
Sənani, 
M.Yermakova 
(Məxfurə    xanım),  rejissor  Aleksandr  Tuqanov,  Bakı  Teatr 
Texnikumunun  ilk  məzunlarından  Fatma  Qədri,  Rza  Əfqanlı,  İsmayıl 
Dağıstanlı və başqaları fəaliyyət göstərmişdilər. 
1930-cu  ildə  kollektiv  Moskvada 
Ümumittifaq teatr və sənət olimpiadasında, 
Leninqrad  və  Kazan  şəhərlərindəki 
qastrollarda  "Hacı  Qara",  "Sevil",  "Od 
gəlini",  "Hamlet"  ,  "Gülən  adam" 
tamaşaları ilə çıxış etmişdir. 
1935-1941-ci 
illər 
Azərbaycan 
Dövlət  Dram  Teatrının  yetkinləşmə 
dövrüdür. Bu dövrdə teatr "Həyat" (Mirzə 
İbrahimov),  "Toy"  (Sabit  Rəhman) 
pyeslərini,  "Vaqif',  "Xanlar"  (Səməd 
Vurğun),  "Qaçaq  Nəbi"  (Süleyman 
Rüstəm)  kimi  tarixi  qəhrəmanlıq  dramlarını  tamaşaya  qoydu.  "Vaqif" 
pyesinin  dərin  vətənpərvərlik  ideyası  teatrın  səhnəsində  sənətkarlıqla 
canlandırılmışdı (rejissor Adil İsgəndərov). Klassik dünya dramaturgiyası 
örnəklərindən  sayılan  "Maqbet"  (U.Şekspir;  rejissor  A.A.Tuqanov,  baş 
rollarda A.Şərifzadə və Mərziyə Davudova) əsərinin tamaşası Azərbaycan səhnə sənəti tarixində dərin 
iz  buraxmışdır.  Bu  dövrdə  teatrın  rejissor  heyətində  İ.Hidayətzadə,  Rza  Darablı,  R.Təhmasib,  Yusif 


120 
 
Ulduz  və  başqaları  ilə  yanaşı,  A.İsgəndərov,  Məhərrəm  Haşımov,  Əliheydər  Ələkbərov,  Səftər 
Turabov,  Şəmsi  Bədəlbəyli  və  başqa  gənclər  də  çalışırdılar;  tamaşaların  bədii  tərtibatı  Rüstəm 
Mustafayev, Nüsrət Fətullayev, İsmayıl Axundov, Əkbər Abbasov, Bədurə Əfqanlı, Kazım Kazımzadə 
tərəfindən verilmişdi. Bu illərdə teatrda Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökumə Qurbanova, 
Əzizə Məmmədova, Barat Şəkinskaya, Süleyman Tağızadə kimi aktyorlar yetişmişdi. 
Şəxsiyyətə  pərəstiş  dövrünün  təqibləri  Azərbaycan 
teatr sənətinə də ağır zərbə vurdu. H.Cavid, A.M.Şərifzadə, 
Ü.Rəcəb kimi görkəmli sənətkarlar məhv edildi, repertuarda 
yeknəsəqlik yarandı. Bununla belə, Azərbaycan teatrı realist 
və romantik ənənələrini davam etdirdi və sonrakı illərdə də 
bir sıra uğurlu tamaşalar hazırladı. 
1941-1945-ci  illər  müharibəsi  dövründə  teatrın 
səhnəsində  "Aslan  yatağı"  (Məmmədhüseyn  Təhmasib), 
"İntiqam"  (Zeynal  Xəlil),  "Məhəbbət"  (Mirzə  İbrahimov), 
"Vəfa"  (Rəsul  Rza),  "İntizar"  (Mehdi  Hüseyn  və  İlyas 
Əfəndiyev),  "Bizim şəhərli oğlan" (Konstantin  Mixayloviç 
Simonov) və s. əsərlər tamaşaya qoyuldu. 
Bu  dövrdə  gənc  nasirlərdən  Ənvər  Məmmədxanlı, 
İ.Əfəndiyev,  Cabbar Məcnunbəyov  və  başqaları tərəfindən 
yeni dram əsərləri yazılırdı. 
1946-1955-ci illərdə teatrda müxtəlif mövzulu əsərlər 
tamaşaya qoyulurdu. 
1948-ci  ildə  Azərbaycan  teatrının  75  illik  yubileyi 
qeyd  edildi,  S.Ruhulla,  M.Əliyev  və  M.Davudovaya  SSRİ 
xalq  artisti  adı  verildi.  Aktyorlardan  M.Əliyev, 
M.Davudova,  S.Ruhulla,  R.Əfqanlı,  K.Ziya,  İ.Dağıstanlı, 
rejissor A.İsgəndərov, rəssam N.Fətullayev "Şərqin səhəri" 
(Ənvər  Məmmədxanlı)  tamaşasına  görə  SSRİ  Dövlət 
mükafatına layiq görüldülər. 
1955-1960-cı  illərdə  teatrda  klassik  və  müasir 
mövzuda  bir  sıra  maraqlı  tamaşalar  hazırlanmışdı:  "Göz 
həkimi"  (İslam  Səfərli),  "Əliqulu  evlənir",  "Yalan"  (Sabit 
Rəhman),  "Alov"  (M.Hüseyn),  "Kəndçi  qızı",  "Közərən 
ocaqlar" (M.İbrahimov), "Sən həmişə mənimləsən", "Unuda 
bilmirəm", "Məhv olmuş gündəliklər" (İ.Əfəndiyev), "Ölülər" (C.Məmmədquluzadə) və s. 
Teatr  1959-cu  ildə  Moskvada  keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyündə 
"Otello"  (U.Şekspir),  "Almaz"  (C.Cabbarlı),  "Fərhad  və  Şirin" 
(S.Vurğun) və s. tamaşalar göstərmişdir. 
70-ci 
illərin 
repertuarında 
müasir 
Azərbaycan 
dramaturgiyasına  geniş  yer  verilmiş,  eyni  zamanda  klassik 
əsərlər,  xarici  ölkə  dramaturqlarının  pyesləri  -  "Xəyyam" 
(H.Cavid), "Nazirin xanımı" (Borislav Nuşiç), "Mahnı dağlarda 
qaldı"  (İ.Əfəndiyev),  "Yağışdan  sonra"  (B.Vahabzadə), 
"Darıxma,  ana"  (Nodar  Dumbadze),  "Sən  yanmasan"  (Nəbi 
Xəzri),  "İnsan  (S.Vurğun),  "Qılınc  və  qələm"  (Məmməd  Səid 
Ordubadinin  eyniadlı  romanı  əsasına),  "Şəhərin  yay  günləri", 
"Adamın adamı" (Anar), "Dəli yığıncağı" (C.Məmmədquluzadə) 
və s. tamaşaya qoyulmuşdur. 
50-70-ci illərdə teatrda xalq artistləri Hökumə Qurbanova, 
M.Davudova, İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, İ.Osmanlı, 
S.Ruhulla,  Əlağa  Ağayev,  Leyla  Bədirbəyli,  Sofya  Bəsirzadə, 
M.Vəlixanlı,  Ağadadaş  Qurbanov,  Əli  Qurbanov,  Məlik 
Dadaşov,  R.Əfqanlı,  Ə.Zeynalov,  K.Ziya,  Nəcibə  Məlikova, 


121 
 
Məhluqə  Sadıqova,  Həsənağa  Salayev,  M.Sənani,  Ə.Sultanov,  S.Hacıyeva,  Ağahüseyn  Cavadov, 
Məmmədrza Şeyxzamanov, Barat Şəkinskaya, əməkdar artistlər Ətayə Əliyeva, Hacı İsmayılov, Lütfi 
Məmmədbəyov,  Mirvari  Novruzova,  Atamoğlan  Rzayev,  rejissorlardan  xalq  artisti  Mehdi 
Məmmədov, Tofiq Kazımov, Ələsgər Şərifov, əməkdar incəsənət xadimi Əşrəf Quliyev, rəssam, xalq 
artisti N.Fətullayev və başqaları fəaliyyət göstərmişlər. 
1974-cü  ildə  Azərbaycan  teatrının  100  illik  yubileyi  qeyd  olundu.  teatrın  üç  sənətkarı 
(M.Məmmədov,  İ.Dağıstanlı  və  İ.Osmanlı) SSRİ xalq  artisti  adına layiq  görüldü.  Teatr S.Vurğunun 
"İnsan"  (rej.  M.Məmmədov),  İ.Əfəndiyevin  "Mahnı  dağlarda  qaldı"  (rej.  Əliheydər  Ələkbərov), 
F.Şillerin  "Məkr  və  məhəbbət"  (rej.  Ə.Şərifov),  N.Xəzrinin  "Sən  yanmasan"  (rej.  Ə.Quliyev), 
C.Məmmədquluzadənin "Ölülər" (rej. T.Kazımov) əsərlərini tamaşaçılara təqdim etdi (Moskva, 1974). 
80-ci  illərin 
tamaşaları  -  "Natəvan",  "Büllur 
sarayda",  "Bizim 
qəribə  taleyimiz",  "Sevgililərin 
cəhənnəmdə 
vüsalı"  (İ.Əfəndiyev),  "Medeya" 
(Jan Anuy), "İblis" 
(H.Cavid), 
"Fəryad" 
(B.Vahabzadə), 
"Biganələr 
oteli" 
(Rüstəm 
İbrahimbəyov),"Təhminə və Zaur" 
(Anar), 
"Od 
gəlini"  (C.Cabbarh),  "Mənsiz 
dünya", 
"Gecə 
döyülən 
qapılar" 
(N.Xəzri), 
"Kərgədan 
buynuzu" (Maqsud  İbrahimbəyov) 
və 
s. 
mövzu 
rəngarəngliyi,  maraqlı  aktyor 
oyunu  və  rejissor 
işi ilə diqqəti cəlb etdi. 
 Teatrın 
kollektivi  "Antoni  və  Kleopatra" 
tamaşasına  görə 
M.F.Axundov  adına  Respublika 
mükafatına 
(1964),  "Mahnı  dağlarda  qaldı" 
(1972),  "Şəhərin 
yay  günləri"  (1980)  və  "İblis" 
(1984) 
tamaşalarına  görə  Azərbaycan 
SSR 
Dövlət 
mükafatına layiq görülmüşdü. 
70-80-ci 
illərdə teatrda xalq artistləri Həsən 
Turabov,  Amaliya 
Pənahova,  Şəfiqə  Məmmədova, 
Fuad 
Poladov, 
əməkdar  artistlərdən  Səməndər 
Rzayev, 
Vəfa 
Fətullayeva,  Hamlet  Xanızadə  və 
s.  uğurla  çıxış 
etmiş,  rejissorlardan  Hüseynağa 
Atakişiyev, 
A.Kazımov, 
rəssam 
Solmaz 
Haqverdiyeva  bir 
sıra 
tamaşalara 
quruluş 
vermişdilər. 
80-ci  illərin 
sonlarında  teatrda  aktyorlardan 
xalq 
artistləri 
Əlabbas  Qədirov,  Yaşar  Nuriyev, 
Səyavuş  Aslan,  əməkdar  artistlər  Muxtar  Avşarov,  Zərnigar  Ağakişiyeva,  Aqşin  Vəlixanlı,  Hamlet 
Qurbanov,  Rafael  Dadaşov,  Rafiq  Əzimov,  Bürcəli  Əsgərov,  İlham  Əhmədov,  Səfurə  İbrahimova, 
Hacı İsmayılov, Hicran Mehbalıyeva, Ramiz Məlikov, Mikayıl Mirzəyev, Mirvari Novruzova, Kamal 
Xudaverdiyev,  Məcnun  Hacıbəyov,  E.Haşımzadə,  Bəsti  Cəfərova,  rejissorlardan  əməkdar  incəsənət 
xadimləri  A.Kazımov,  Mərahim  Fərzəlibəyov,  rəssamlardan  Elçin  Məmmədov,  İ.İsmayılov  və 
başqaları.  fəaliyyət  göstərirdilər.  Teatrın  yanında  fəaliyyət 
göstərən  gənclər studiyası  kiçik  səhnədə  tamaşalar göstərirdi 
(1982). 
1989-2006-cı  illərdə  ölkədə  10  yeni  teatr  yaradıldı  və 
qısa  müddətdə  yaradıcılıq  uğurları  nəzərə  alınaraq  onlara 
dövlət teatrı statusu verildi
!
t
"
M
td
əöl


122 
 
Dram  Teatrının  profili  dəyişdirilərək  ona  Dövlət  Musiqili  Dram  Teatrı  statusu  verildi.  1992-ci  ildə 
Bakıda Bələdiyyə Teatrı da yaradıldı. 
Akademik Milli Dram Teatrında 1991-2006-cı illərdə "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar", 
"Hökmdar  və  qızı"  (İ.Əfəndiyev),  "Hara  gedir  bu  dünya",  "Özümüzü  kəsən  qılınc",  "Dar  ağacı", 
"Rəqabət" (B.Vahabzadə), "Dişi canavar" (Qarsia Lorka), "Qarağac altında məhəbbət" (Yucin O'nil), 
"Ah  Paris...  Paris",  "Mənim  sevimli  dəlim",  "Mənim  ərim  dəlidir",  "Poçt  şöbəsində  xəyal",  "Qatil" 
(Elçin),  "Pompeyin  Qafqaza  yürüşü"  (Nəriman  Həsənzadə),  "Şah  Edip"  (Sofokl),  "Burla  xatun" 
(N.Xəzri), "Bu dünyanın adamları" (Hidayət), "Kral Lir" (U.Şekspir), "Fərhad və Şirin" (S.Vurğun), 
"Aydın,  "Ədirnə  fəthi"  (C.Cabbarlı), "Eşq  və  intiqam"  (S.S.Axundov),  "Mesenat"  (Əli  Əmirli)  və  s. 
tamaşalar  oynanıldı.  Bu  tamaşaların  uğurlu  alınmasında  M.Fərzəlibəyov,  A.Kazımov,  Azərpaşa 
Nemətov, Bəhram Osmanov kimi rejissorların xidməti böyükdür. 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1990-2006-cı illərdə Türkiyədə, Almaniyada, 
Rusiyada uğurlu tamaşalarla qastrol səfərlərində olmuş, bir sıra beynəlxalq teatr festivallarında iştirak 
etmişdir. 
Teatr  -  Akademik  Dram  Teatrı  (1922-1929),  Bədaye 
Teatrı  (1929-1935),  Dram  Teatrı  (1935-1950),  Akademik 
Dram  Teatrı  (1950)  adı  ilə  fəaliyyət  göstərmişdir.  1991-ci 
ildən  Azərbaycan  Dövlət  Akademik  Milli  Dram  Teatrı 
adlandırılır. 
Bakı  Azad  Türk  Tənqid-Təbliğ  Teatrı  rus  (1920), 
azərbaycan  (1921)  bölmələri  ilə  Bakının  teatr  həyatında 
mühüm  rol  oynadı.  Teatrın  təşəbbüsçülərindən  biri  və  ilk 
direktoru Hacağa Abbasov, baş rəssamı Əzim Əzimzadə idi. 
Teatrda  Azərbaycan  dramaturqlarının  kiçik  həcmli,  aktual 
mövzulu  əsərləri  tamaşaya  qoyulur,  rejissorlardan  Ələkbər 
Süheyli,  S.Ruhulla,  aktyorlardan  Əhməd  Qəmərlinski, 
Mirmahmud  Kazımovski,  Ağasadıq  Gəraybəyli  fəaliyyət 
göstərirdi.  Tamaşalar  Zülfüqar  Hacıbəyov  və  Asəf 
Zeynallının musiqisi ilə müşayiət olunurdu. 
Teatr 1925-1926-cı illərdə Türk İşçi-Kəndli Teatrı, 1927-1932-ci illərdə isə Bakı Türk İşçi Teatrı 
adlanırdı. Teatrın repertuarına "Ölülər", "Anamın kitabı" (C.Məmmədquluzadə), "Sevil" (C.Cabbarlı) 
və  başqa  milli  pyeslərlə  yanaşı,  tərcümə  əsərləri  də  daxil  idi.  Aktyorlardan  Kazım  Ziya,  Ələsgər 
Ələkbərov, Əjdər Sultanov, Ağahüseyn Cavadov, Fatma Qədri, İ.Talıblı, Ələkbər Seyfi, rejissorlardan 
Rza Darablı, David Qutman, rəssam Rüstəm Mustafayev çalışmışlar. 1932-ci ildə teatr Gəncə şəhərinə 
köçürülmüş, orada professional teatr sənətinin yaranması və inkişafında mühüm rol oynamışdır. 
Bakı Azad Tənqid-Təbliğ Teatrının rus truppası 1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət 
göstərmiş, 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı 
(1956-ci ildən S.Vurğun adına) adlandırılmışdır. 1925-1930-cu 
illərdə teatrın repertuarında çağdaş dramaturgiyaya xüsusi yer 
verilmişdir. 
1930-1940-cı  illərdə  teatrın  repertuarı  "Düşmənlər", 
"Həyatın  dibində"  (M.Qorki),  "Məkr  və  məhəbbət",  "Don 
Karlos"  (F.Şiller),  "İki  ağanın  bir  nökəri",  "Mehmanxana 
sahibəsi"  (Karlo  Qoldoni),  "Otello",  "Romeo  və  Cülyetta" 
(U.Şekspir) kimi əsərlərlə zənginləşmişdir. 
Teatrın  repertuarında  Azərbaycan  dramaturgiyasına  da 
geniş  yer  verilirdi  ["Sevil",  "1905-ci  ildə",  "Od  gəlini" 
(C.Cabbarlı),  "Xırs  quldurbasan"  (M.F.Axundzadə),  "Vaqif', 
"Xanlar"  (S.Vurğun)  və  s.].  Bu  illərdə  teatrda  rejissorlardan 
Sergey  Arsenyeviç  Mayorov,  Aleksey  Lvoviç  Qripiç, 
aktyorlardan  Borislav  Pavloviç  Baykov,  Naum  Adolfoviç 
Sokolov,  Aleksandra  Lavrentyevna  Suvirova  və  başqaları. 
fəaliyyət  göstərmişlər.  İmran  Qasımovun  "Xəzər  üzərində 


123 
 
şəfəq"  pyesinin  tamaşasına  (1950)  görə  rejissor  Məhərrəm  Haşımov,  rəssam  Sergey  Mitrofanoviç 
Yefimenko,  aktyorlardan  Konstantin  Mixayloviç  Myakişev,  Pyotr  Borisoviç  Yudin,  Viktor  Petroviç 
Şarlaxov, Boris Mixayloviç Çinkin SSRİ Dövlət mükafatına layiq görülmüşdülər (1951).  
60-cı  illərdə  teatrın  repertuarında  klassik  pyeslərlə  yanaşı,  çağdaş  dramaturqların da  əsərlərinə 
geniş yer verilmişdi.  
1970-1980-ci illərdə teatrda Azərbaycan və xarici ölkə dramaturqlarının əsərləri - "Komandorun 
addımları"  (V.Korostılyov,  Azərbaycan  SSR  Dövlət  mükafatı,  1972),  "Cinayət  və  cəza"  (Fyodor 
Mixayloviç  Dostoyevski),  "Kaliforniyada  dəfn"  (Rüstəm  İbrahimbəyov),  "Dairəni  genişləndirin" 
(İ.Qasımov), "Şəhərin yay günləri" (Anar), "Əldən düşmüş at" (1979, Fransuaza Saqan), "Şeyx Sənan" 
(1983, H.Cavid), "Dayaq nöqtəsi" (1984, R.Ağayev), "Premyera" (1984, L.Roseba), "Barbarlar" (1984, 
M.Qorki),  "Cavan  qadına  yaraşan  kişi"  (1985,  M.İbrahimbəyov),  "Vicdan  diktaturası"  (1986, 
M.F.Şatrov),  "Qaban"  (1987,  V.S.Rozov),  "Lanqust  gülüşü"  (1987,  C.Marrel),    "Qürub"    (1988, 
İ.Babli), "Səhər səmasında ulduzlar" (1988, A.Qalin), "Qətl günü" (1989, Yusif Səmədoğlu), "Şahzadə 
və  dilənçi"  (1989,  Sergey  Mixalkov), 
"Tamaşaçılar 
üçün 
baxmaq 
qadağandır"  (1990,  J.Marsan)  və 
başqaları  tamaşaya  qoyulmuşdur. 
Ayrı-ayrı illərdə teatrda rejissorlardan 
SSRİ  xalq  artisti  Mehdi  Məmmədov, 
Azərbaycanın xalq artistləri Gülcahan 
Güləhmədova-Martınova, 
Cənnət 
Səlimova,  RSFSR  xalq  artisti  Ənvər 
Behbudov,  Azərbaycanın  xalq  artisti 
Aleksandr  Yakovleviç 
Şarovski, 
aktyorlardan 
Azərbaycanın 
xalq 
artistləri  Kseniya  Lvovna  Babiçeva, 
Anatoli  Solomonoviç  Falkoviç,  Nina 
Dmitriyevna Sarnatskaya və başqaları 
işləmişlər.  80-ci  illərin  sonlarından 
teatrda aktyorlardan xalq artistləri Lev 
Lazareviç  Qruber,  Məlik  Dadaşov, 
Hacı  Murad  Yagizarov,  Qalina 
Borisovna  Koltunova,  Raxil  Solomonovna  Ginzburq,  F.Poladov,  Dina  İosifovna  Tumarkina,  Vera 
Karlovna  Şirye,  əməkdar  artistlər  Natalya  Bağırova,  Lyudmila  Semyonovna  Duxovnaya,  Vyaçeslav 
Petroviç Kovtun, İrina Aleksandrovna Perlova, Mariya Qriqoryevna Stepanova və başqaları fəaliyyət 
göstərirdilər. 
Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-
cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və 
rus bölmələri ilə) çevrildi. Hazırda M.F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet 
Teatrı adlanır. Teatrda milli əsərlərlə yanaşı, inqilabi və vətəndaş müharibəsi mövzusunda operalar da 
tamaşaya 
qoyuldu.
  Repertuarda 
klassik  operalara  da  geniş  yer 
verilirdi  ["Qaratoxmaq  qadın", 
"Mazepa" 
(P.İ.Çaykovski), 
"Sevilya  bərbəri"  (C.Rossini), 
"Toska"  (C.Puççini),  "Demon" 
(A.Q.Rubinşteyn), 
"Karmen" 
(J.Bize),  "Lakme"  (L.Delib), 
"Boris 
Qodunov" 
(M.P.Musorqski),  "Su  pərisi" 
(A.S.Darqomıjski),  "Tanheyzer" 
(R.Vaqner), "Aida", "Trubadur", 
"Traviata" 
(C.Verdi) 
və 


124 
 
başqaları]. Bu dövrdə teatrda müğənnilərdən Vasili Alekseyeviç  Nikolski, E.Starostina, dirijorlardan 
Aleksandr Vasilyeviç Pavlov-Arbenin, Ariy Moiseyeviç Razovski, Samuil Aleksandroviç Stolerman, 
Müslüm Maqomayev və başqaları fəaliyyət göstərirdilər. Müxtəlif illərdə teatrın səhnəsində görkəmli 
rus  opera  müğənnilərindən  Leonid  Vitalyeviç  Sobinov,  Qriqori  Stepanoviç  Piroqov,  Antonina 
Vasilyevna Nejdanova, Valeriya Vladimirovna Barsova və başqalarının iştirakı ilə qastrol tamaşaları 
verilmişdir. 
Azərbaycan  bölməsi  inqilabdan  əvvəlki  tamaşaları  təkmilləşdirməklə  yanaşı  milli  operalar 
yaradılması  üzərində  də  fəal  çalışırdı.  Teatrın  repertuarı  ənənəvi  klassik  opera  formasında  yazılmış 
"Şahsənəm"  (1927,  R.Qlier),  inqilabi  mövzuda  ilk  sovet  operalarından  "Nərgiz"  (1935, 
M.Maqomayev)  və  Azərbaycan  professional  musiqisinin  şah  əsəri  olan  "Koroğlu"  (1937, 
Ü.Hacıbəyov; SSRİ dövlət mükafatı, 1941) operaları ilə zənginləşdi. "Koroğlu" tamaşası Azərbaycan 
operasının  inkişafında  böyük rol  oynadı.  1938-ci  ildə  teatrın  opera  truppası  Moskvada  Azərbaycan 
sənəti ongünlüyündə "Koroğlu", "Arşın mal 
alan",  "Nərgiz",  "Şahsənəm"  tamaşaları  ilə 
çıxış etdi. 30-50-ci illərdə teatrda  görkəmli 
müğənnilərdən 
Bülbül, 
Şövkət 
Məmmədova, 
Fatma 
Muxtarova, 
Hüseynqulu  Sarabski,  eləcə  də  İdris 
Ağalarov,  Elmira  Axundova,  Məmmədtağı 
Bağırov, 
Sona 
Bağırova, 
Ağababa 
Bünyadzadə,  Nina  Valatsi,  Sürəyya  Qacar, 
Aleksandr  Aleksandroviç  Drozdov,  Əli  və 
Qənbər 
Zülalov  qardaşları, 
Qulam 
İsgəndərov,  Böyükağa  Mustafayev,  Vasili 
Alekseyeviç  Nikolski,  Yaqub  Rzayev, 
Həqiqət  Rzayeva,  Əlövsət  Sadıqov,  L.Təhmasib,  Mariya  Titarenko,  Roman  Maksimoviç  Trifonov, 
Hacağa Hacıbababəyov, Şirzad Hüseynov, tarzənlərdən Xanlar Məlikov, Bəhram Mənsurov, Qurban 
Pirimov,  dirijorlardan  Əfrasiyab  Bədəlbəyli,  Niyazi,  Əşrəf  Həsənov,  rejissorlardan  Soltan  Dadaşov, 
Mehdi Məmmədov, İsmayıl Hidayətzadə və başqaları fəaliyyət göstərirdilər. 
Azərbaycanda  Sovet  hakimiyyəti  qurulduqdan  sonra  teatrın  yanında  balet  studiyası  təşkil 
edilmiş,  1933-cü  ildə  isə  xoreoqrafıya  məktəbi  yaradılmışdır.  Bu  dövrdə  teatrda  "Sonalar  gölü" 
(P.İ.Çaykovski), "Don Kixot" (L.Minkus), "Baxçasaray fontanı" (B.V.Asafyev), "Esmeralda" (S.Puni), 
"Qırmızı  lalə"  (R.M.Qlier)  və  s.  baletlər  tamaşaya  qoyulmuşdur.  Balet  truppasında  V.Nejdanov, 
R.Potapova, O.Pokrovskaya, V.İ.Vronski və başqaları işləyirdilər. 40-cı illərdə balet truppası Qəmər 
Almaszadə, İrina Mixayliçenko, Leyla Vəkilova, Konstantin Nikolayeviç Bataşov, Adilə Almaszadə, 
S.Mirəliyeva kimi istedadlı balerina və rəqqaslarla təmsil olunurdu. 1940-cı ildə ilk milli Azərbaycan 
baleti "Qız qalası" (Ə.Bədəlbəyli) tamaşaya qoyuldu. 1941-1945-ci illərdə teatrın səhnəsində faşizmə 
qarşı  mübarizədən  bəhs  edən  əsərlərə  geniş  yer  verilmişdir:  "Xalq  qəzəbi"  (1941,  Ə.Bədəlbəyli  və 
B.Zeydman), "Vətən və cəbhə" (1942, Ü.Hacıbəyov), "Vətən" (Q.Qarayev və C.Hacıyev; SSRİ Dövlət 
mükafatı, 1946) və sairə. Nizaminin anadan olmasının 800 illiyi münasibətilə teatrda "Xosrov və Şirin" 
(1942, Niyazi),  "Nizami" (1948, Ə.Bədəlbəyli)  operaları tamaşaya qoyuldu. Teatrda müxtəlif illərdə 
Cənubi  Qafqaz  bəstəkarlarının  opera  əsərləri  oynanılmışdır.  50-ci  illərdə  balet  sənətinin  dəyərli 
örnəklərindən olan "Gülşən" (1950, S.Hacıbəyov; SSRİ Dövlət mükafatı, 1952), "Yeddi gözəl" (1952, 
Q.Qarayev)  baletləri  tamaşaya  qoyuldu.  Bu  illərdə  sonralar  teatrın  həyatında  mühüm  rol  oynamış 
Rəfiqə  Axundova,  Y.N.Kuznetsov,  A.S.Urvantsev,  Maqsud  Məmmədov  və  başqa  balet  solistləri 
səhnəyə gəldilər. Bu dövrdə teatrın repertuarı Azərbaycan opera sənətinin uğuru sayılan "Sevil" (1953, 
F.Əmirov),  həmçinin  "Azad"  (1957,  C.Cahangirov)  operaları  ilə  zənginləşdi.  1959-cu  ildə  teatr 
Moskvada  keçirilən  Azərbaycan  ədəbiyyatı  və  incəsənəti  ongünlüyündə  "Koroğlu"  və  "Sevil" 
operalarını, "Qız qalası", "Yeddi gözəl" və "Gülşən" baletlərini göstərdi.  


125 
 
60-cı illərdə janr və üslub etibarilə 
müxtəlif  xarakterli  əsərlər  tamaşaya 
qoyuldu:  "Vaqif"  (1960,  R.Mustafayev), 
"Bahadır  və  Sona"  (1961,  S.Ələsgərov), 
"Tülkü  və    Alabaş"    (1963, 
İ.Məmmədov), 
"Ölülər" 
(1963, 
V.Adıgözəlov),  "Məhəbbət  şərbəti" 
(1965,  Q.Donisetti),  "Qurd  və  yeddi 
çəpiş"  (1967,  M.Koval),  "Monastırda 
nişanlanma" 
(1969, 
S.Prokofyev) 
operaları, 
"Qaraca 
qız" 
(1965, 
Ə.Abbasov),  "Xəzər  balladası"  (1968, 
T.Bakıxanov),  "Şur"  (1968,  F.Əmirov), 
"Leyli  və  Məcnun"  (1969,  Q.Qarayev), 
"Qobustan  kölgələri"  (1969,  Fərəc 
Qarayev)  baletləri  və  sairə.  Sovet  baletinin  incilərindən  olan  "İldırımlı  yollarla"  (1961,  Q.Qarayev; 
Lenin  mükafatı,  1967)  və  "Məhəbbət  əfsanəsi"  (1961,  A.Məlikov)  əsərlərinin  tamaşaya  qoyulması 
Azərbaycan  balet  sənətinin  inkişafında  mühüm  rol  oynadı.  60-70-ci  illərdə  teatrda  müğənnilərdən 
Rəşid  Behbudov,  Rauf  Atakişiyev,  Əbülfət  Əliyev,  Firəngiz  Əhmədova,  Firidun  Mehdiyev,  Rübabə 
Muradova  və  başqaları,  balet  artistlərindən  Rəfiqə  Axundova,  Çimnaz  Babayeva,  Leyla  Vəkilova, 
Maqsud Məmmədov, Vladimir Pletnyov, Tamilla Şirəliyeva və başqaları. çıxış etmişlər. 70-ci illərdə 
teatrda  "Qırmızıpapaq"  (1970,  M.R.Rauxverger),  "Nikbin  faciə"  (1971,  A.N.Xolminov),  "Söyüdlər 
ağlamaz"  (1971,  Ə.Bədəlbəyli;  yeni  quruluşda,  1975),  "Aygün"  (1973,  Z.Bağırov),  "Gəlin  qayası" 
(1974,  Ş.Axundova),  "Koroğlu"  (1975,  yeni  quruluşda,  Ü.Hacıbəyov),  "Aldanmış  ulduzlar"  (1977, 
M.Quliyev), "Xanəndənin taleyi" (1978, C.Cahangirov) operaları, "Kaleydoskop" (1971, F.Qarayev), 
"Zoluşka" (1978, S.Prokofyev), "Çitra" (1972, Niyazi; beynəlxalq C.Nehru mükafatı, 1974), "Nəsimi 
dastanı"  xoreoqrafik  poeması  (1973,  F.Əmirov;  Azərb.  SSR  Dövlət  mükafatı,  1974),  "Don  Kixot" 
(1973,  L.Minkus),  "İldırımlı  yollarla"  (1974,  yeni  quruluşda,  Q.Qarayev),  "Min  bir  gecə"  (1979, 
F.Əmirov; SSRİ Dövlət mükafatı, 1980) baletləri və s. tamaşaya qoyulmuşdur. 
80-ci  illərdə  teatrda  bir  sıra  yeni  əsərlər  "Humay"  (1981,  N.Məmmədov),  "Babək"  (1986, 
A.Əlizadə)  baletləri,  "Çəkməli  pişik"  (1986,  L.M.Vaynşteyn)  operası  tamaşaya  qoyulmuş,  "Əsli  və 
Kərəm",  "Aşıq  Qərib"  operalarının  tamaşaları  bərpa  edilmişdir.Azərbaycan  operalarından  "Leyli  və 
Məcnun",  "Şah  İsmayıl",  "Koroğlu"    teatrın  daimi  repertuarındadır.  Klassik  operalardan  "Sevilya 
bərbəri",  "Karmen",  "Aida",  "Trubadur",  "Yevgeni  Onegin",  "Toska",  "Bohema"  və  s.  vaxtaşırı 
göstərilir. 
1990-cı ildə teatrın truppasında müğənnilərdən SSRİ xalq artistləri Firəngiz Əhmədova, Müslüm 
Maqomayev,  Lütfıyar 
İmanov, 
Zeynəb 
Xanlarova, 
Fidan 
Qasımova,  Azərbaycan 
Respublikasının 
xalq 
artistləri 
Rauf 
Atakişiyev, 
Mürsəl 
Bədirov,  Arif  Babayev, 
Xuraman 
Qasımova, 
əməkdar artistlər Səkinə 
İsmayılova, 
Qəndab 
Quliyeva, 
Canəli 
Əkbərov, 
Alim 
Qasımov, 
Hüseyn 
Əliyev, 
Rumiyyə 
Kərimova, 
L.Lokşin, 
Firidun Mehdiyev, Baba 


126 
 
Mirzəyev  (Mahmudoğlu),  İvan  Sazonov,  Vladimir  Sitnikov  və  balet  artistlərindən  əməkdar  artistlər 
V.Axundov, Olqa Arifulina, Rüfət Zeynalov,  Tamilla  Məmmədova,  İrina Nizaməddinova, German 
Utkin və başqaları. fəaliyyət göstərmişlər. 80-ci illərdən  teatrın baş dirijoru Kazım Əliverdibəyov, baş 
baletmeysteri  Rəfiqə  Axundova  olmuşdur.  Müxtəlif  illərdə  teatrda  dirijorlar  Kamal  və  Rauf 
Abdullayev  qardaşları,  rejissorlardan  A.lsgəndərov,  Firidun  Səfərov  və  başqaları.  fəaliyyət 
göstərmişlər.  Teatrın balet truppası Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında (1969) və 3-cü 
Babil  incəsənət  festivalında  (İraq,  1989)  keçmiş  sovet  incəsənətini  təmsil  etmişdir.  Teatrın  opera 
truppası  İranda  (1941,  1942),  balet  truppası  Fransada  (1969),  Monako  və  Lüksemburqda  (1974), 
Hindistan,  Nepal,  Banqladeş,  Şri-Lanka  və  Birmada  (1975),  Mərakeşdə  (1982)  və  İraqda  (1989) 
qastrolda  olmuşdur.  1928-ci  ildə  teatra  M.F.Axundovun  adı  verilmişdir.  1959-cu  ildən  Akademik 
Opera  və  Balet  Teatrı  adlanır.  1997-ci  ildən    teatrın  baş  rejissoru  H.Quliyevdir.  1961-ci  ildə 
Azərbaycan Dövlət Konservatoriyası yanında Ş.Məmmədova adına opera studiyası yaradılmışdır. 
1928-ci  ildə  respublikada  uşaq və  gənclər üçün 
ilk teatr - Bakı Uşaq Teatrı [rus (1928) və Azərbaycan 
(1929)  bölmələri  ilə]  fəaliyyətə  başladı.  Teatr  Bakı 
dənizçilər klubu dram dərnəyinin əsasında yaradılmış, 
ilk aktyorları Ağadadaş Qurbanov (həmçinin rejissor), 
Məhərrəm  Haşımov,  Yusif  Dadaşov,  M.A.  Dadaşov, 
Kərim Həsənov, N.V.Sazonova, Cavahir İsgəndərova, 
Q.Kornelli  (həmçinin  rus  bölməsinin  rejissoru), 
M.Abdullayeva,  Zemfira  Əliyeva,  A.Əzimzadə, 
Z.Abbasova, S.Balayev və başqaları olmuşlar. 1936-cı 
ildən  M.Qorki  adına  Azərbaycan  Dövlət  Gənc 
Tamaşaçılar Teatrı, 1990 ildən isə Azərbaycan Dövlət 
Gənc Tamaşaçılar Teatrı adlanır. 1932-ci ildən  teatrın 
repertuarına Azərbaycan, rus və Avropa klassiklərinin 
əsərləri  ("Molla  İbrahimxəlil  kimyagər",  "Müsyö 
Jordan  və  dərviş  Məstəli  şah",  M.F.Axundzadə; 
"Müfəttiş", "Evlənmə",  N.Qoqol; "Qaçaqlar",  F.Şiller 
və s.) daxil edildi. 
Xalq artistləri Aleksandr Aleksandroviç Tuqanov, M.Haşımov, Əliağa Ağayev, Yusif Vəliyev, 
Hüseynağa  Sadıqov,  A.T.Lejnyov,  əməkdar  incəsənət  xadimləri  Zəfər  Nemətov,  Ulduz  Əliyeva, 
H.Sultanov,  V.S.Ovçinnikov,  əməkdar  artistlər  Osman  Hacıbəyov,  Əliheydər  Həsənzadə,  Ə.Atayev, 
Məxfurə  xanım  (M.Yermakova),  A.S.Varşavski,  K.Həsənov  və  başqaları.  müxtəlif  illərdə  teatrda 
fəaliyyət göstərmişlər. 
1960-1980-ci  illərin
  repertuarında  "Sənin  yaşıdların"  (K.Həsənov;  Q.İlkinin  əsəri  üzrə), 
"Yarımçıq  şəkil"  (A.Babayev),  "Romeo və  Cülyetta"  (U.Şekspir),  "Dovşanın  ad  günü"  (X.Əlibəyli), 
"Qırmızıpapaq" (Y.L.Şvarts), "Qaraca qız" (A.Şaiq; S.S.Axundovun əsəri üzrə), "Ovod" (E.Voyniçin 
əsəri  üzrə),  "Keçən  ilin  son  gecəsi"  (Anar),  "Mənim  nəğməkar  bibim"  (Ə.Əylisli),  "Üç  muşketyor" 
(A.Dümanın  əsəri  üzrə),  "Danabaş  kəndinin  məktəbi"  (C.Məmmədquluzadə),  "Lovğa  dovşan" 
(S.Mixalkov), "Pillələr" (Ə.Kərim) və s. tamaşalar əsas yer tutmuşdu. Bu illərdə teatrda xalq artistləri 
H.Sadıxov,  Süleyman  Ələsgərov,  G.Q.  Sıqankov,  Firəngiz  Şərifova,  əməkdar  artistlər  R.Ağayeva, 
Tariyel  Qasımov,  Gülşən  Qurbanova,  Solmaz  Qurbanova,  M.Dadaşov,  A.İ.Dobronetski,  Rəhilə 
Məlikova,  Susanna  Məcidova,  Firdovsi  Naibov,  Ağaxan  Salmanov,  Xuraman  Hacıyeva, 
T.Y.Xaritonova və başqaları. fəaliyyət göstərmiş, M.Haşımov, Zəfər Nemətov, H.Sultanov, U.Əliyeva, 
Azərpaşa Nemətov, Ağakişi Kazımov  teatrın baş rejissoru olmuşlar. 
H.Sultanov,  A.Nemətov,  A.Kazımov  kimi  rejissorlarla  yanaşı  Həsən  Əbluc,  U.Əliyeva  və 
Cənnət  Səlimovanın  hazırladıqları  tamaşalar  ideya  və  bədii  dəyəri  ilə  seçilmişlər.  Bədii  tərtibat 
sahəsində Altay Seyidov, Tahir Tahirov, Fərhad Xəlilov, Elçin Məmmədov kimi rəssamlar çalışmışlar. 
Xalq  yazıçısı  Elçinin  "Ölüm  hökmü",  "Mahmud  və  Məryəm",  "Ağ  dəvə"  romanları  əsasında 
hazırlanmış tamaşalar (quruluşçu rejissor L.Kərimov) diqqətəlayiqdir. 


127 
 
1931-ci  ildə  Bakıda  Azərbaycan  Kukla  Teatrı  yaradıldı.  Ayrı-ayrı  illərdə  (1931-1941;  1946-
1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946) və 
Azərbaycan  Dövlət  Filarmoniyası  yanında  (1950-ci  ildən)  fəaliyyət  göstərmişdir.  1965-ci  ildən 
müstəqil  teatrdır.  Azərbaycan  və  rus  bölmələri  var.  İlk  dövrlərdə  teatrda  Azərbaycan,  rus  və  Qərbi 
Avropa  dramaturqlarının  pyesləri  (sadələşdirilmiş  şəkildə),  Azərbaycan  şifahi  xalq  ədəbiyyatı 
motivləri  əsasında  tərbiyəvi  əhəmiyyətli  əsərlər  -  "Hacı  Qara"  (M.F.  Axundzadə),  "Zorən  təbib" 
(J.B.Molyer),  "Almaz"  (C.Cabbarlı),  "İsgəndər  və  Çoban",  "Cırtdan"  (M.Seyidzadə)  tamaşaya 
qoyulmuşdur. 60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun tərtib 
edir. "Üç nağıl" (A.Şaiq), "Göyçək Fatma" (M.Dilbazi), "Artıq 
tamah baş yarar" (Ə.Səmədov), "Keçinin qisası" (Ə.Abbasov), 
"Qaravəlli"  (Anar)  və  s.  əsərlər    teatrın  ən  yaxşı 
tamaşalarındandır. 
Teatrın  təşkilatçısı,  ilk  bədii  rəhbəri  və  baş  rejissoru 
Mollaağa  Bəbirli  olmuşdur.  1980-2005-ci  illərdə  teatrın 
truppasında  əməkdar  artistlər  Şəfiqə  Axundova,  Oqtay 
Dadaşov,  artistlərdən  Mansur  Mansurov,  Ruslan  Həsənov, 
Həsənağa  Hüseynov,  Lyudmila  Adamova,  V.Yelatansev, 
G.Lunyov, Raisə Sabitova, T.Şmelyova və başqaları. fəaliyyət 
göstərmişlər.  Baş  rejissor  Namiq  Ağayev,  baş  rəssam  Solmaz 
Haqverdiyeva  olmuşdur.  Teatr  kukla  teatrları  beynəlxalq 
(Daşkənd,  1979;  Bombey,  1980)  və  Cənubi  Qafqaz  (Tbilisi, 
1984)  festivallarının  iştirakçısıdır.  1974-cü  ildən  A.Şaiq  adınadır.  2006-cı  ildən  baş  rejissoru 
Ə.Hüseynovdur. 
XX əsrin əvvəlində təşəkkül tapmış musiqili komediya janrı teatr sənətinin növlərindən biri kimi 
tam  formalaşdığından  1938-ci  ildə  müstəqil  Azərbaycan  Dövlət  Musiqili  Komediya  Teatrı 
(Azərbaycan və rus bölmələri ilə) təşkil edildi. Teatrın Azərbaycan bölməsində "Beş manatlıq gəlin" 
(S.Rüstəmov),  "Ər  və  arvad"  (Ü.Hacıbəyov),  "Evliykən  subay"  (Z.Hacıbəyov),  "Toy  kimindir" 
(A.Məşədibəyov),  "Qızıl  gül" 
(S.Hacıbəyov),  rus  bölməsində  isə 
"Mavi  mazurka"  (F.Leqar),  "Arşın 
mal  alan"  (Ü.Hacıbəyov),  "Sirk 
kraliçası" 
(İ.Kalman), 
"Malinovkada 
toy" 
(B.A.Aleksandrov)  və  s.  əsərlər 
tamaşaya  qoyuldu.  40-cı  illərdə  
teatrın  repertuarı  F.Əmirovun 
"Ürəkçalanlar"  (1944)  və  "Gözün 
aydın"  (1946),  Ü.Hacıbəyovun 
"Arşm  mal  alan"  (1945)  və 
"Məşədi  İbad"  (1946),  Səid 
Rüstəmovun  "Durna"  (1947), 
Süleyman 
Ələsgərovun 
"Ulduz"(1948)  operettaları  ilə 
zənginləşdi.  1956-1980-ci  illərdə  teatrda  "Qızılaxtaranlar"  (T.Quliyev),  "Ev  bizim,  sirr  bizim" 
(Ş.Axundova),  "Qayınana"  (Z.Bağırov),  "Hacı  Kərimin  Aya  səyahəti"  (A.Rzayev),  "Milyonçunun 
dilənçi oğlu" (S.Ələsgərov; Ü.Hacıbəyov adına respublika mükafatı, 1967) və "Hicran" (E.Sabitoğlu), 
"Təzə gəlin" (C.Cahangirov), "Nənəmin şahlıq quşu" (V.Adıgözəlov), "Danabaş kəndinin əhvalatları" 
(O.Kazımov),  rus  bölməsində  isə  "Sevastopol  valsı"  (K.Listov),  "Yüz  şeytan  və  bir  qız" 
(T.N.Xrennikov), "Silva" (İ.Kalman), "Kuba, məhəbbətim mənim", "Qafqazlı qardaşqızı" (R.Hacıyev) 
və s. əsərlər tamaşaya qoyuldu. 
Sonrakı dövrdə teatrda "O olmasın, bu olsun" (Ü.Hacıbəyov), "Nəğməli Könül", "Bankir adaxlı" 
(E.Sabitoğlu), "Məhəbbət oyunu" (C.Quliyev), "Talelər qovuşanda" (R.Hacıyev), "Hərənin öz ulduzu" 
(S.Ələsgərov),  "Coşğun  qaskoniyalı"  (Q.Qarayev)  və  s.  repertuara  daxil  edilir.  F.Zöhrabov, 


128 
 
Y.Ələkbərov və  başqalarının  rejissor quruluşlarında  göstərilən  tamaşalarda  xalq  artistləri  H.Bağırov, 
A.Bəşirqızı, M.Əhmədov, F.Mahmudova, əməkdar artistlər R. Məmmədov, X.Qafarova, X.Muradov, 
G.Salmanova, S.Musayeva, E.Əhədzadə, L.Səfərova və başqaları. çıxış edirlər. 
Ayrı-ayrı  illərdə  teatrda  rejissorlar  A.M.Şərifzadə,  H.Əliyev,  H.İsmayılov,  S.Dadaşov,  Şəmsi 
Bədəlbəyli,  Əliheydər  Ələkbərov,  Niyaz  Şərifov  və  başqaları,  aktyorlar  Bülbül,  H.Hacıbababəyov, 
A.Terequlova,  Ə.Qəmərlinski,  E.Axundova,  D.Şaraplı,  Cahan  Talışinskaya,  Nina  Mironova, 
A.Cavadov,  Əhməd  Anatollu,  Əlihüseyn  Qafarlı,  Münəvvər  Kələntərli,  Lütfəli  Abdullayev, 
N.Zeynalova,  İ.Hüseynov,  Bəşir  Səfəroğlu,  K.Kərimov,  Şəfıqə  Qasımova,  Nəcibə  Behbudova, 
İmamverdi  Bağırov,  Səyavuş  Aslan,  Hacıbaba  Bağırov,  dirijorlar  Çingiz  Hacıbəyov,  S.Ələsgərov, 
rəssamlar Əsgər Abbasov, Həsən Mustafayev, Fyodor Qusak və başqaları. fəaliyyət göstərmişlər. 80-ci 
illərin sonlarından teatrda əməkdar artistlər Alim Abalmasov, Afaq Bəşirqızı, L.A.Vinoqradova, Arif 
Quliyev, Ofelya Məmmədzadə, Vladimir Marçenko, İrina Podqornaya və başqaları çalışmışlar. 1967-
ci ildə teatra Şıxəli Qurbanovun adı verilmişdir. 
1922-ci ildə vahid truppada birləşmiş Naxçıvan aktyorlarının iştirakı ilə Naxçıvan Dövlət Dram 
Teatrı  yaradıldı.  Burada  çalışan  aktyorlardan  R.İsfəndiyarlı,  H.Mahmudov,  Ə.Xəlilov,  H.Səfərli, 
M.Mirişli,  M.Bağırov,  C.Zülfüqarlı,  Ə.Abbasov,  Y.Şahtaxtlı,  S.Mövləvi,  İ.Musayev,  İbrahim 
Həmzəyev,  Zəroş  Həmzəyeva,  Aydın  Şahsuvarov,  rejissor  Baxşı  Qələndərli,  Vəli  Babayev  və 
başqalarının fəaliyyəti  teatrın tarixində mühüm mərhələ təşkil edir. 
Teatrda  Azərbaycan  və  dünya  klassiklərinin  əsərləri,  o  cümlədən  "Elektra"  (Sofokl), 
"Mehmanxana sahibəsi"  (K.Qoldoni), "Sevil", "Od gəlini"  (C.Cabbarlı), "Otello" (U.Şekspir),  "Şeyx 
Sənan",  "Səyavuş"  (H.Cavid),  "Vaqif"  (S.Vurğun),  "Dəli  yığıncağı"  (C.Məmmədquluzadə),  "Həyat" 
(M.İbrahimov),  "Onlar  dörd  nəfər  idilər"  (K.M.Simonov),  "Kor 
padşah" (N.Hikmət), "Astana" (A.Dudarev) və s. pyesləri tamaşaya 
qoyulmuşdur.  Teatrın  repertuarında  yerli  müəlliflərdən  Kəmalə 
Ağayeva,  Hüseyn  İbrahimov,  Məmmədəli  Tarıverdiyev,  Əliyar 
Yusifli, Hüseyn Razi və başqalarının əsərlərinə də geniş yer verilir. 
80-ci illərin sonlarından teatrda xalq artistləri Əkbər Qardaşbəyov, 
Məmməd  Quliyev,  Zemfira  Əliyeva,  Firuzə  Əlixanova,  Əyyub 
Haqverdiyev, Sofiya Hüseynova, əməkdar artistlər Həsən Ağayev, 
Kamran  Quliyev,  Əyyub  Məmmədov,  T.Məmmədova,  Sona 
Mirzəyeva,  T.Mövləvi,  Rafiq  Hüseynov,  Roza  Cəfərxanova 
fəaliyyət 
göstərmişlər. 
1965-ci 
ildə 
teatra 
Cəlil 
Məmmədquluzadənin adı verilmişdir. 
Gəncədə professional teatr sənətinin yaranması və inkişafında 
Bakı Türk İşçi teatrının 1932-ci ildə buraya köçürülməsinin mühüm 
rolu  olmuşdur. 1933-1941-ci  illərdə  teatrda  "Almaz"  (C.Cabbarlı), 
"Həyat"  (M.İbrahimov),  "Xanlar"  (S.Vurğun),  "Kreml  saatı" 
(N.F.Poqodin),  "Qaçaq  Nəbi"  (S.Rüstəm),  "Toy"  (S.Rəhman), 
"Qaçaqlar"  (F.Şiller)  kimi  orijinal    quruluşlu    tamaşalar  
göstərilmişdir. 
 
Teatrın 
yaradıcılıq 
istiqamətinin 
müəyyənləşməsində  aktyorlardan  Ə.Yusifzadə,  İ.Talıblı,  Solmaz 
Orlinskaya, M.Cəfərov, Məxfurə xanım (M.Yermakova), Məmməd 
Bürcəliyev,  Məmmədrza  Şeyxzamanov,  M.Avşarov,  Sadıq 
Həsənzadə,  Əhməd  Salahlı,  Ə.Qafarlı,  Kərim  Sultanov,  rejissorlar 
Ələkbər  Seyfi,  Həbib  İsmayılov,  İ.Əfəndiyev,  A.Ə.Dadaşov, 
sonralar Həsən Ağayev, Hüseyn Sultanov və başqalarının xidməti olmuşdur. Teatrda bir müddət xalq 
artistləri  Ə.Ələkbərov,  M.Məmmədov,  Kazım  Ziya,  A.Gəraybəyli,  Ə.Sultanov,  B.Şəkinskaya  və 
başqaları  işləmişlər.  1941-1945-ci  müharibə  illərində  teatrın  repertuarında  vətənpərvərlik  ruhunda 
yazılmış  əsərlərə  geniş  yer  verilmişdir.  50-60-cı  illərdə  "Ölülər"  (C.Məmmədquluzadə),  "Kəllə" 
(N.Hikmət),  "Böyük  ürək"  (İ.Qasımov,  H.Seyidbəyli),  "Tülkü və  üzüm"  (G.Figeyredo),  "Kişilər" 
(A.Məmmədov),  "Komsomol  poeması"  (İ.Coşğun;  S.Vurğunun  eyniadlı  poeması  üzrə)  və  s.  əsərlər 
oynanılmış, təcrübəli aktyorlarla  yanaşı Mənsurə Cəfərova, A.Məmmədov, R.Tağıyeva və başqaları. 


129 
 
fəaliyyət  göstərmişlər.  70-80-ci  illərdə  teatrın  tamaşaları  mövzu  aktuallığı,  maraqlı  səhnə  şərhi  və 
aktyor oyunu ilə xarakterizə olunur. 
Teatrda xalq artistləri Ə.Abbasov, Zülfüqar Baratzadə, Sədayə Mustafayeva, rəssamlar Bəhram 
Əfəndiyev,  R.Məmmədov,  T.Qafarov,  Tahir  Tahirov,  əməkdar  artistlər  Qurban  Abbasov,  Əli 
Allahverdiyev,  Telman  Əliyev,  Firuzə  Bədirbəyli,  Faiq  Qasımov,  Ağa  Məmmədov,  R.Nadirov  və 
başqaları. fəaliyyət göstərmişlər. 1954-cü ildə teatra C.Cabbarlının adı verilmişdir. 
XIX əsrin 70-ci illərində Şəkidə yerli ziyalılar xeyriyyə məqsədilə M.F.Axundzadə, N.Vəzirov, 
Ə.Haqverdiyev,  N.Nərimanov,  R.Əfəndiyev,  Namiq  Kamal  və  başqalarının  əsərlərinin  tamaşasını 
hazırlamışlar. Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Şəkidə  dram  dərnəkləri  yaranmış,  xalq  artistləri 
İ.Osmanlı,  İ.Dağıstanlı  səhnə  fəaliyyətinə  bu  dərnəklərdə  başlamışlar.  1933-1950-ci  illərdə  Şəkidə 
fasilələrlə  Dövlət  Dram  Teatrı,  1959-1975-ci  illərdə  xalq  teatrı  fəaliyyət  göstərmişdir.  İndiki  Şəki 
Dram Teatrı 1975-ci ildə yaradılmış, 1976-cı ildə "Komsomol poeması" (İ.Coşğun; S.Vurğunun eyni-
adlı  əsəri  üzrə)  ilə  açılışı  olmuşdur.  Teatr  "Aydın"  (C.Cabbarlı),  "Nişanlı  qız",    "Toy",    "Yalan"  
(S.Rəhman),  "Adamın  adamı",  "Sizi  deyib  gəlmişəm"  (Anar),  "Ezop"  (G.Figeyredo),  "Xırs 
quldurbasan",  "Müsyö Jordan  və  dərviş  Məstəli  şah"  (M.F.Axundzadə)  və  başqa  əsərləri  tamaşaya 
qoymuşdur. "Ustalar" (R.Stoyanov), "Pələng və kaftar" (Ş.Petefi) və "Artur Uinin karyerası" (B.Brext) 
tamaşalarına  görə  teatr  keçmiş  SSRİ-də  keçirilən  Bolqarıstan  və  ADR  dram  sənəti  festivallarının 
diplomuna  layiq  görülmüşdür.  80-ci  illərdə    teatrın  baş  rejissoru  M.Feyzullayev  olmuşdur.  Teatrda 
rejissorlar  Vaqif  Abbasov,  Cahangir  Novruzov,  əməkdar  incəsənət  xadimi  Hüseynağa  Atakişiyev 
səmərəli çalışmışlar. Teatrın truppasında əməkdar artist Muxtar İbadov, artistlər Fərman Abdullayev, 
İbrahim  Əliyev,  Mahirə  Əmirova,  Qəmər  Məmmədova,  Xanlar  Haşımzadə  və  başqaları  fəaliyyət 
göstərmişlər. 1977-ci ildə teatra Sabit Rəhmanın adı verilmişdir. 
H.Ərəblinski  adına  Sumqayıt  Dövlət  Dram  Teatrı  1969-cu  ildə  təşkil  edilmiş,  açılışı  "Müsyö 
Jordan və dərviş Məstəli şah" (M.F.Axundzadə) pyesinin tamaşası ilə olmuşdur. Teatrın repertuarına 
klassik və çağdaş Azərbaycan və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Ən yaxşı tamaşaları: 
"Müsibəti-Fəxrəddin"  (N.Vəzirov),  "Sən  nə  üçün yaşayırsan?"  (H.Seyidbəyli,  İ.Qasımov),  "Solğun 
çiçəklər", "Vəfalı Səriyyə" (C.Cabbarlı), "İlahi komediya" (İ.Ştok), "Bütün Şərq bilsin" (N.Həsənzadə; 
teatr  tamaşalarına  Ümumittifaq  baxışın  diplomu,  1981),  "Afət"  (H.Cavid),  "Əsrə  bərabər  gün" 
(Ç.Aytmatov),  "Diribaş  adamlar"  (V.Şukşin),  "Bayramın  birinci  günü"  (N.Hikmət),  "Dəyirman" 
(M.Süleymanlı)  və  sair.  Teatrda  müxtəlif  illərdə  R.Əfqanlı,  B.Şəkinskaya,  A.Bəşirqızı,  Hicran 
Mehbalıyeva, N.Sadıqzadə, Elmira Haşımzadə, əməkdar incəsənət xadimi M.Fərzəlibəyov çalışmışlar. 
1997-ci  ildən    teatrın  baş  rejissoru 
F.Məhərrəmovdur. 
1923-ci  ildən  Ağdamda  fəhlə  klubu 
(1928-ci  ildən  "Beynəlittifaq"  adlanmış, 
nəzdində dram, sonralar isə musiqili dram 
kollektivi 
olmuşdur) 
fəaliyyət 
göstərmişdir.  Kollektiv  "Hacı  Qara" 
(M.F.Axundzadə),  "Ağa  Məhəmməd  şah 
Qacar"  (Ə.Haqverdiyev),  "Nadir  şah" 
(N.Nərimanov), 
"İblis" 
(H.Cavid), 
"Aydın",  "Sevil",  "Almaz"  (C.Cabbarlı) 
pyeslərini,  "Leyli  və  Məcnun",  "Əsli  və 
Kərəm"  (Ü.Hacıbəyov),  "Aşıq  Qərib" 
(Z.Hacıbəyov)  operalarını,  "Ər  və  arvad", 
"O  olmasın,  bu  olsun",  “ Arşın  mal  alan” 
(Ü.  Hacıbəyov),  “ Evliykən  subay”,  "Əlli 
yaşında  cavan"  (Z.Hacıbəyov)  musiqili 
komediyalarını  tamaşaya  qoymuşdur.  Ə.Ağdamski,  Q.Muradov,  H.Şəmsizadə  və  başqaları.  burada 
çalışmışlar. 1937-1950-ci illərdə Ağdam Dövlət Dram Teatrı, 1950-1968-ci illərdə dram kollektivi və 
xalq  teatrı  kimi  fəaliyyət  göstərmişdir;  1968-ci  ildən  yenə  də  Dövlət  Teatrıdır.  1969-cu  ildə  teatra 
Ə.Haqverdiyevin  adı  verilmişdir.  Teatrın  repertuarında  klassik  pyeslər,  eləcə  də  tarixi  və  müasir 
əsərlər - "Zorən təbib" (J.B.Molyer), "Xırs quldurbasan" (M.F.Axundzadə), "Ağa Kərim xan Ərdəbili" 


130 
 
(N.Vəzirov),  "Dağılan  tifaq"  (Ə.Haqverdiyev),  "Əliqulu  evlənir"  (S.Rəhman),  "Son  göz  yaşları" 
(S.Rüstəm),  "Sən  həmişə  mənimləsən"  (İ.Əfəndiyev),  "Vicdan"  (B.Vahabzadə),  "Qızıl  gül 
olmayaydı..."  (R.Rza), "Təhminə  və  Zaur"  (Anar)  və  s.  əsas  yer tutur.  80-ci  illərdə  teatrda  əməkdar 
artistlər  T.Qarayev,  F.Mahmudova,  N.Məlikova  və  başqaları  fəaliyyət  göstərmişlər.  1996-cı  ildən 
teatrın baş rejissoru E.Mikayılovdur. 
30-40-cı  illərdə  Lənkəran  şəhərində  xalq  teatrı  fəaliyyət  göstərmişdir.  İndiki  N.Vəzirov  adına 
Lənkəran  Dövlət  Dram  Teatrı  1973-cü ildə  təşkil  edilmiş,  fəaliyyətə  "Yaxşı  adam"  (M.İbrahimov) 
tamaşası  ilə  başlamışdır.  Teatrın  repertuarına  Azərbaycan  və  xarici  ölkə  dramaturqlarının  əsərləri  - 
"Vaqif'  (S.Vurğun),  "Molla  İbrahimxəlil  kimyagər"  (M.F.  Axundzadə),  "Qış  nağılı"  (U.Şekspir), 
"Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev), "Alov" (M.Hüseyn), "Xoşbəxtlər" 
(S.Rəhman),  "Yaşıl  qapı  arxasındakı  qadın"  (R.İbrahimbəyov),  "Topal  Teymur"  (H.Cavid),  "Ölülər" 
(C.Məmmədquluzadə),  "Nəsillər,  eşidin"  (M.Musiyenko;  Azərbaycan  Lenin  komsomolu  mükafatı, 
1977), "Mahmud və Məryəm" (Elçin), "Təhminə və Zaur" (Anar) və s. daxildir. Teatrın truppasında 
80-ci  illərdə  əməkdar  artistlər  B.Əliyeva,  Qabil  Quliyev,  Kamil  Nəcəfov  və  başqaları  fəaliyyət 
göstərmişlər. 1982-ci ildən teatrın baş rejissoru B.Rzayevdir. 
Mingəçevir Dövlət Dram Teatrı 1968-ci ildə təşkil edilmiş, 1969-cu ildə C.Cabbarlının "Almaz" 
pyesi  ilə  açılışı  olmuşdur.Teatrın  repertuarında  klassik  və  müasir dramaturqların  pyesləri xüsusi  yer 
tutur. "Kəndçi qızı" (M.İbrahimov), "Mahnı dağlarda qaldı", "Unuda bilmirəm" (İ.Əfəndiyev), "Eşq və 
intiqam”  (S.S.Axundov),  “ Müfəttiş” 
(N.V. 
Qoqol), 
"Hacı 
Qara" 
(M.F.Axundzadə),  "Aydın",  "Solğun 
çiçəklər" 
(C.Cabbarlı), 
"Ölülər" 
(C.Məmmədquluzadə),  "Qütb  ulduzu" 
(N.Xəzri)  və  başqa  əsərlər    teatrın  ən 
yaxşı  tamaşalarındandır.  80-ci  illərdə 
teatrda  əməkdar  artistlər  V.Məmmədov, 
N.Rzayeva  və  başqaları.  fəaliyyət 
göstərmişlər. 
1974-cü 
ildə 
teatra 
M.Davudovanın adı verilmişdir. 
1938-ci  ildə  Qazaxda  kolxoz-
sovxoz  teatrı  yaradılmış,  1939-cu  ildə 
dövlət  dram  teatrına  çevrilmiş  və  ona 
S.Vurğunun adı verilmişdır. Dövlət Dram 
Teatrı 1949-cu ilədək fəaliyyət göstərmiş, 1960-cı ildən xalq teatrı kimi mövcud olmuş, 1988-ci ildə 
Dövlət  Dram  Teatrı  (M.V.Vidadi  ad.)  olaraq  B.Vahabzadənin  "Dar  ağacı"  pyesinin  tamaşası  ilə 
fəaliyyətə  başlamışdır  (1989).  Repertuarına  "Vaqif"  (S.Vurğun),  "Molla  Nəsrəddin  və  Əzrayıl" 
(Ş.Əliyev)  və  s.  tamaşalar  daxildir.  2002-ci  ildən    teatrın 
baş rejissoru Ə.Əhmədovdur. 
Gəncə Kukla Teatrı 1981-ci ildə fəaliyyətə başlamış, 
1985-ci  ildə  "Simurq"  xalq  kukla  teatrı  adlandırılmışdır. 
1986-cı  ildən  Gəncə  Dövlət  Kukla  Teatrı  kimi  fəaliyyət 
göstərir.  "Xeyir  və  Şər"  (N.Gəncəvi),  "Dostluğun  sirri" 
(H.Həsənov),  "Üç  keçi  balası  və  yalquzaq  canavar" 
(H.Həsənov),  "Qumral  quzunun  kələyi"  (R.Səməndər), 
"Əhmədin vəfalı xoruzu" (Ə.Səmədov), "Hamıdan güclü" 
(İ.Coşğun) və s. əsərlər  teatrın ən yaxşı tamaşalarındandır. 
1998-ci ildən Gəncə Dövlət Kukla Teatrının baş rejissoru 
F.Paşayevdir. 
Azərbaycanda ilk peşəkar teatr təhsili ocağı 1923-cü 
ildə  opera  müğənnisi  Şövkət  Məmmədovanın  (ilk 
direktoru)  təşəbbüsü  ilə  yaradılmış  Bakı  Teatr 
Texnikumudur. 1928-ci ildə texnikuma M.F. Axundzadənin adı verilmişdir. İlk illərdə dram və opera, 
sonralar  aktyorluq,  rejissorluq  və  kino  sənəti  (1935-ci  ildən)  şöbələri  fəaliyyət  göstərmişdir. 


131 
 
Texnikumda  Ə.Haqverdiyev,  H.Cavid,  A.M.  Muradov,  V.V.Sladkopevtsev,  P.P.Fridolin, 
A.A.Tuqanov,  H.Abbasov,  A.Şərifzadə,  K.Ziya,  M.Haşımov,  R.Təhmasib,  A.Gəraybəyli,  N.N. 
Boqolyubov, Y.A.Qrossman, A.K.Şərifov və başqaları dərs demişlər. Texnikum Azərbaycanın teatr və 
klubları üçün aktyor və rejissor kadrları, mədəni-maarif işçiləri hazırlayırdı. C.Cabbarlı, A.İsgəndərov, 
İ.Osmanlı,  Ə.H.  Ələkbərov,  Ə.Bədəlbəyli,  F.Qədri,  R.Əfqanlı,  N.Zeynalova  və  başqaları  burada 
oxumuşlar. 
Teatr texnikumunun əsasında 1945-ci ildə Azərbaycan Teatr Institutu (1968-ci ildən Azərbaycan 
Dövlət İncəsənət İnstitutu, 1991-ci ildən Mədəniyyət və İncəsənət Universiteti) yaradılmışdır. Burada 
14 ixtisas üzrə mütəxəssis (teatr kadrları, mədəni-maarif işçiləri, teatrşünas, bədii konstruktivləşdirmə, 
keramika-şüşə-plastik  kütlə  məmulatı,  sənaye  qrafikası  və  s.) hazırlanır.  Bir  neçə  fakültəsi  (mədəni-
maarif  işi,  teatr  sənəti  və  rəssamlıq,  rejissorluq),  müxtəlif  ixtisas  kabinetləri,  tədris  teatrı,  foto-kino 
laboratoriyası  və  s.  var.  İlk  buraxılışı  1949-cu  ildə  olmuşdur.  Universitetdə  xalq  artistləri 
A.İsgəndərov, M.Məmmədov, R.Təhmasib, T.Kazımov, H.Salayev və başqaları, 80-ci illərdə isə xalq 
rəssamları T.Məmmədov, K.Kazımzadə, xalq artisti Ş.Məmmədova və başqaları dərs demişlər. 
1982-ci  ildə  Gəncədə  "Nizami",  Naxçıvanda  "H.Cavid",  Ağdamda  "X.Natəvan"  poeziya 
teatrlarının, Şəkidə M.F. Axundov adına Satira Teatrının açılışı olmuşdur. 
Azərbaycanda 28 professional teatr, respublikanın ayrı-ayrı rayon və şəhərlərində 64 xalq teatrı, 
müxtəlif müəssisə və məktəblərdə həvəskar teatr kollektivləri fəaliyyət göstərir (2006). 

Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin