133
Milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə
AFKİ-nin nəzdində studiya təşkil edilmişdi. Cəfər Cabbarlı, M.Mikayılov, Ağarza Quliyev və b. burada
oxumuşlar. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Vsevolod
İllarionoviç Pudovkin, İqor Andreyeviç Savçenko, Nikolay Mixayloviç Şengelaya, Mixail Edişeroviç Çiaureli
kimi
məşhur
kinorejissorlar,
Q.M.Lemberq,
V.R.Lemke, Aleksandr Qalperin, İvan Frolov, Dmitri
Feldman, Leonid Vasilyeviç Kosmatov, Yevgeni
Şneyder və b. kinooperatorlar Bakıya dəvət olunmuş,
C.Cabbarlı, Abbas Mirzə Şərifzadə və digərləri kino
yaradıcılığı işinə cəlb edilmişdi [AFKİ sonralar
"Azdövlətkino" (1926-30), "Azərkino" (1930-33),
"Azfilm" (1933), "Azdövlətkinosənayesi" (1934),
"Azərfilm" (1935-40), Bakı kinostudiyası (1941-59)
kimi adlar daşımışdır. 1961 il-dən C.Cabbarlı adına
"Azərbaycan-film" kinostudiyası adlanır].
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab,
qadın azadlığı 20-ci illərin ikinci yarısında Azərbaycan
kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissor
A.M.Şərifzadə), "Hacı Qara" ("Sona"; 1928, rejissor
A.M.Şərifzadə), "Sevil" ("Azərbaycan qadını"; 1929)
kimi kino əsərləri bu dövrdə yaradılmış uğurlu filmlərdəndir.
30-cu illərdə müasir həyatdan bəhs edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər, o cümlədən "Lətif"
("Üz-üzə"), "İsmət" ("Adətin məhvi"; 1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936,
1940, rejissorlar A.Quliyev, Qriqori Braginski), "Bakılılar" (1938, rejissor Viktor Turin), "Kəndlilər" (1939,
rejissor Səməd Mərdanov) və s. çəkilmişdir.
Dostları ilə paylaş: