115
rəngdə, üst-üstə geyinilən cübbələrin və çuxaların hər biri və şalvar müxtəlif rənglərdə tikilirdi, başqa
sözlə desək, geyim elementlərinin sayından təxminən iki dəfə çox sayda rəngdən istifadə edilirdi.
Müasir geyim dəstlərində isə çox rəngdən istifadə edilməsi yaxşı baxılmır, əsasən iki rəngdən
istifadə edilir, üçüncü, bunlara zidd rəngdən isə bəzək
elementi kimi istifadə edilir. Bu, modaya meylin, əsasən,
şəhər mühitində inkişafı ilə izah edilir.
Çünki şəhərdə insan
təbiətlə bilavasitə az təmasda olur. Təbiətlə təmasın sıx
olduğu kənd mühitində isə, bu günə qədər, geyimlərdə çox
rənglərdən istifadə olunur.
K.Kərimovun "Azərbaycan miniatürləri" kitabında
toplanan miniatürlərdən orta yüzilliklərin geyimlərində
istifadə olunan rənglər haqqında müfəssəl məlumat verilir.
Belə ki, miniatürlərdə 1067-dən çox sayda geyim
elementindən 353 geyimdə qırmızı, 194 geyimdə yaşıl, 314
geyimdə göy, 119 geyimdə sarı və qismən də digər
rənglərdən istifadə olunmuşdur. Göründüyü kimi, ən çox
istifadə edilən qırmızı, göy, yaşıl rənglərdir ki, bunlar da
müəyyən mənada xalq inamının ifadəçisi rolunu oynayır.
Azərbaycan xalq geyimlərindəki bu rəng seçimi
poeziyaya da sirayət etmiş və ədiblərimiz bu rəng
seçiminin fəlsəfi mənalarını açmağa müvəffəq olmuşlar.
Buna misal olaraq N. Gəncəvi və M. P. Vaqif poeziyasını
göstərmək olar.
XVI yüzilliyə qədər Azərbaycan geyimlərindəki
modanın dəyişilməsi əsasən özünü rəng bolluğunda büruzə verir, geyimin forma, biçim, texnoloji və
digər xüsusiyyətlərinin ifadəsi isə arxa planda qalır.
Azərbaycan geyimlərinin tarixi təkamülü üzərində aparılmış müşahidələr göstərir ki, geyim
tiplərinin texnoloji inkişafı ilə yanaşı, onların estetik baxımdan təkmilləşməsi, Azərbaycan xalqının
dünyagörüşü, zövqü, ümumi mədəni tərəqqisi ilə üzvi surətdə bağlı olmuşdur. Geyimlərin estetikası
özünəməxsus xüsusiyyətlərə malik regional, məhəlli miqyas kəsb etdiyi kimi, mənsub olduğu millətin
estetik təfəkkürünü ifadə etməsi baxımından da bütöv bir sistem təşkil edir.
Əvvəlki yüzilliklərdən fərqli olaraq, son orta
yüzilliklərdə insanın bədən gözəlliyinin təsviri ilə geyim
gözəlliyinin tərənnümü təxminən eyni estetik məziyyət kəsb
edir. Geyimlərin sadəliyi, rahatlığı, orta yüzilliklər
dəbdəbəsindən fərqli olaraq yüksək cəmiyyətlərdə,
saraylarda xalq (elat) geyimlərinə marağın artması, eyni
zamanda rəng əlvanlığı, həndəsi naxışlar əvəzinə nəbati
naxışlara üstünlük verilməsi (bunu Şəki xan sarayının divar
rəsmləri də təsdiq edir) diqqəti cəlb edir. Bu dövrün
geyimləri xalq təfəkküründə mühüm estetik obraza, təsvir-
tərənnüm vasitəsinə çevrilmişdir. Heç şübhəsiz, mədəni
estetik təfəkkürdə müxtəlif sənət və sənətkarlıq sahələrində
gedən demokratikləşmə, xəlqiləşmə, milliləşmə prosesi də
xalq məişətinin tərkib hissəsi olan geyimə marağı artırmış,
onu əvvəlki yüzilliklərlə müqayisəedilməz dərəcədə, estetik
keyfiyyətdə qavramışdır.
Beləliklə, XX yüzilliyin əvvəllərindən başlayaraq
Azərbaycan xalq geyimlərində həm texnoloji, həm də
estetik baxımdan Avropalaşmağa (Qərbləşməyə) meyl
özünü göstərir. Bu isə prinsip etibarı ilə müasirlik,
novatorluq kimi qiymətləndirilirdi. Lakin qeyd etmək
lazımdır ki, həmin novatorluğun həm müsbət, həm də mənfi cəhətləri vardır. Müsbət cəhətlərdən ən
116
başlıcası geyim dəstində kəmiyyət artımının təmin olunmasından ibarətdir. Mənfi cəhət isə əsasən,
ənənəvilikdən məhrum olmaq, ilk növbədə, estetik özünəməxsusluğun müəyyən məqamlarda itirilməsi
təhlükəsi ilə bağlıdır.
Şübhəsiz Azərbaycan cəmiyyətinin, onun geyim mədəniyyətinin bu gün ümumdünya standartları
ilə sıx bağlı olması xalq geyim ənənələrinin inkişafına, onun kütləviləşməsinə, aparıcı mövqeyə
çıxmasına imkan vermir. Bununla belə, həmin ənənələr müasir Azərbaycan geyim mədəniyyətinin
yüksəlişi,
özünəməxsusluğu, estetikliyin inkişafı üçün canlı, həmişəyaşarı ehtiyat mənbə olaraq qalır.
Dostları ilə paylaş: