Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə207/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   203   204   205   206   207   208   209   210   ...   382
Sechilmish eserleri II cild

şoferinə əmr verdi:
- Kolya, evə!
Lakin o, Minayevdən ayrılıb, evlərinin qapısından içəri girəndə,
qayınanasım və qızım yatmış görüb, trest rəhbəri olduğunu unutdu və
ayaqlarının ucunda yemək otağına keçdi, kələğayısmı başından açıb
bir tərəfə atdı. Yemək stolunun süfrəsini dəyişdirdi, bufetdən qab-
qaşıq çıxardı, güzgü kimi parıldayan çəngəl-bıçaqların yanma təmiz,
salfet qoydu vo yalnız bundan sonra divar saatına baxdı. On ikiyə bir­
cə dəqiqə qalırdı.
3
Ayağı yenicə yer alıb gəzm əyə başlayan körpə bir uşağın anası
kimi Ramazan da Tahirin yavaş-yavaş daha mürəkkəb işləri görməsi­
nə qəribə bir ürək döyüntüsü ilə tamaşa edirdi.
Axşam növbəsinin fəhlələri işə gələndə bütün qazıma borularını
quyuya sallayıb qurtarmışdılar. İstirahətdən sonra özünü qıvraq hiss
edən Vasilyev də Ramazanla yanaşı durub fəhlələrə göz qoyur, onla-
nn ən cüzi səhvlərini belə o dəqiqə düzəldirdi.
Dünəndən bəri Tahirin üzündəki uşaqlıq ifadələri yox olub get­
mişdi. O, usta Ramazanın neft təbəqəsi haqqındakı sözlərini xatırla­
ndıqca, işin bütün məsuliyyətini duymağa başlamışdı. Arabir: ‘"çox
gözəl, doğrudur, aha, bax, helə!” - deyə onu tərifləyən usta Ramaza­
nın səsini eşitdikcə, Tahir sevinərək ora-bura vurnuxur, yaşca özün­
dən böyük olan, amma bilik və savadının azlığından hələ də ustanın
etibarını qazana bilməmiş fəhlələrdən yaxşı işləyir, xüsusən Cəmilin
yanında qürrələnir, yaxşı bilmədiyi şeyləri xəlvətcə ustadan soruşub
öyrənirdi. Deyirlər ki, rəqibin gözləri iti olur. Cəmil, gec gəlib tez öy­
rənən yoldaşının hər addımını oğrun bir diqqotlə izlədiyi üçün, usta İlə
onun nə barədə xosunlaşdığını biləndə, Tahirin üstünə ayaq aldı:
- Soruşa-soruşa nənəm də bacarar, - dedi, - naşı adamlar elə bilir

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin