zəyirdi. Lalə ilə Minayevin ən yaxşı gördüyü yer, sağ tərəfdəki Bayıl qə səbəsi idi. Budur, küçələrə səpilmiş fənərlər altında parıldayaraq uza nan müvazi yollarla, uzaqdan xırdalaşmış kimi gözə dəyən tramvaylar və maşınlar süzüb gedirdi. Yolların gözdən itdiyi yerdən yarımada kimi dənizə tərəf uzanan Bayıl burunu, onun dövrəsində, böyük gəm i- 166 < 3 V ,
ləro istiqamət göstərmək üçün tez-tez yanıb-sönən rəngbərəng ma yaklar görünürdü. Burunun sağ tərəfində yumru ay dənizə əks etmiş, sulan kiçik bir dairə halında işıqlandırmışdı. Bu dairənin tən ortasında tək bir buruq görünürdü. Deyəsən o, usta Ramazanın kəşfiyyat buruğu idi. Orada indi iş gedib-getmədiyini bilmək çətin İdİ. Çünki buruq uzaqdan, tən tənəli yığıncaqlarda neft fəhlələrinin hədiyyə gətirdikləri balaca vışka modellərinə bənzəyirdi. - Qocanın buruğunu görürsenmi? - deyə Lalə əlini o tərəfə uzatdı. Minayevin də gözləri dairəvi halda işıqlanmış yerə zilləndi. - Görürəm, - dedi, - ancaq buradan baxanda kəşfiyyat buruğu m ə ni zəngin bir neft yatağından artıq gözəl bir mənzərə kimi cəlb edir... Bax, bax!.. — Minayev nəyə isə təəssüf edirmiş kimi dərindən köksü nü ötürdü. - Bakının bu axşam mənzərəsində ayrıca bir məlahət var. Bizə qonaq gələn şairlər, nə üçünsə həm işə yalnız mazutu v ə qumu görürlər. Halbuki bu cür qəşəng bir gecə heç bir şəhərdə yoxdur. Men buradan ayrılıb başqa bir yerə getməyi ağlıma belə sığışdıra bilmirəm, - Yoxsa elə bir fikrin var'? - deyə Lalə ona yanakı bir nəzər saldı. - Yox, canım, söz gəlişi dedim. Mən burada doğulmuşam, burada da öləcəyəm . Bilirsənmi, Lalə xanım, bu yaxınlarda Tbilisiyə gedən də cəmisi üç gün qaldım. Onun gözəlliyinə şübhə ola bilməz, deyilmi?