Əvvəllər Cemilə elə gəlirdi ki, Səməndər haradansa bu fikri eşit
miş, yalnız başqa adamların rəyini təkrar edir, ancaq sonralar gördü ki,
onun mühakimələrində özünə məxsus möhkəm bır məntiq var. Xüsu
sən ə, Cəmilin yaxşı diqqət yetirmədiyi nöqtələrə dair fikir yürüdəndə:
- Bax, bunudüz deyirsən, yaxşı tapmısan! - deyə Səməndəri tərif
ləm əyə məcbur olurdu.
Səməndər son günlərdə “Kommunist” qəzetini əlindon yerə qoy
murdu...
- Salam! - deyə Qüdrət İsmayılzadə Səməndərə baxanda, o, qə
zetdən başını qaldırdı. Təəccüb ifadəsilə parıldayan qıyıq gözlərini
Qüdrətə zillədi.
Səməndər İsmayılzadəni tanımırdı. Amma Bədirlinin arxadan g ə l
diyini v ə Qüdrətin yanında əzilib-büzüldüyünü görəndə, tez ayağa
durdu.
- Buyurun! - dedi.
İsmayılzadə nazik yun yorğanları qaldınb bir-bir döşəkağılarına
baxdı:
- Hə, bunlar təmizdir, - deye pəncərəyə yanaşdı v e pərakəndə
halda tökülmüş kitabları görüb yenə Bədirliyə tərəf döndü:
- Sən evində kitabları pəncərəyə yığırsan? Bəlkə heç yerli-dibli
kitabın yoxdur, hə?
Bədirli Qüdrətin əsəbinə toxunan yaltaq bir təbəssümlə güldü;
- Var, yoldaş İsmayılzadə... N iyə yoxdur?
- Elə isə hər otaq üçün bir etajerka aldırarsan. Aydın oldu, yoxsa
bir də İzah edim?
173 O K
- Bəli, aydındır.
Sonra Qüdrət Səməndərin qabağında dayandı:
- Hansı mədəndə işləyirsən qoçaq? — deyə soruşdu.
- Mən o biri trestdənəm,
- Burada səndən başqa kim olur?
- Cəmil, Biləndor, Tahir,,,
Tahirin adını eşidəndə, Qüdrət pəncərənin yanındakı kitablara bir
də baxdı:
- Bu kitablar kimindir? - deyə soruşdu.
Dostları ilə paylaş: |