- Bunlar Cəmilindir, bunlar da Tahirin... İsmayılzadə Tahirin kitabları arasında yeddi-səkkiz şer məcmuəsi, bir roman {“Dumanlı Təbriz”), bir də rus dili dərsliyi görüb dəftərçə- sini çıxartdı. Ora nə isə qeyd edib qapıya yanaşdı, Səməndərlə xudahafizləşib çıxdı. Onu addım-addım təqib edən Bədirli də qoltu ğundakı zorba portfeli açdı, kağız-qələm çıxarıb, dizinin üstündə İsmayılzadənin dediklərini yazdı. Onlar küçədə dayanmış maşma minib dəniz sahilinə yola düş dülər. - Bilirsənmi, yoldaş Bədirli, - deyə Qüdrət onun üzünə bir dəfə də olsun baxmayıb, ürəyində qövr edən bir sözü açıb söylədi: - Bezi adamlar naçalniklərinə yaltaqlanmaqla, öz işlərindəki qüsurları örtüb- basdırmaq İstəyirlər. Çünki onlar iş üçün yox, Özləri üçün can yandı rırlar. . - M ənim də belə adamlardan zəhləm gedir! - deyə Bədirli yenə yaltaq təbəssümlə irişdi və onun alt çənesindoki mırıq dişləri göründü. İsmayılzadə ilə Bədirli maşından düşüb sahilə enəndə, fəhlələr tə zəcə gətirilmiş taxta-şalbanlan gəm iyə doldururdular. İş yerini pro jektora bənzəyən iri bir fənər işıqlandırırdı. Dənizin ləpələri sahili döyəcləməkdən yorulmuş kimi, yavaşcadan gəminin yanlarına toxunub, ağır-ağır da geri qayıdırdı. Bədirli, hələ dünən buruqlara yollamalı olduğu taxta-şalbanlann yenə burada qaldığını görəndə Qüdrətdən bir də ağır söz eşidəcəyini bildiyi üçün, onu qabaqlamaq istədi: - Hamı işə can yandırsa, vallah, dağı-dağ üstünə qoyarıq. Azər- neftin süründürməçiləri mənim canımı boğazıma yığıblar. Belə də müsibət olar? - O, əl-qolunu ölçdüsə də, Qüdrət onun bu bəhanəni 174 ( 2 V
yalnız indicə uydurduğunu hiss edib, sərt bir əl hərəkətilə havam ya raraq, Bədirlinin sözünü kəsdi: