- Yox, yox, ağrın üreyİmo, çox uzağa getmə, dəniz ləçər arvada oxşayır, birdən Allah eləməmiş, dilim qurusun, mən nə deyirəm? İşdir, qəzadır... - deyə Tükəzban qızdırmalı kimi yerində uçunmağa başladı. - Eh, ay ana, nə var ki?.. - deyə Qüdrət qayğısız bir halda əllərini havada oynatdı. — Özün bilmirsən men nə təhər üzürəm? Qüdrət yenə dilindən xataya düşəcəyindən qorxub, Lalənin yanı na keçdi. - Rə, arvad, yenə səxavət ətini açmısan, - deyə yemək stolunun üstünə düzülmüş yağı, pendiri v ə qara kürünü göstərdi - qiyamətdir, çay ver gətsin! Lalə çayniki elektrikə keçirdi: - Səhərdən zəng eləməkdən yorulmuşam. Trestdə tapılmırsan. Bi lirdim bu gün gələcəksən. N ə üçünso ürəyimə dammışdı, - dedi, - hə, işlərin necədir? - N iyə, pis getmir. Ancaq materiallarımız çatışmır. - Daxili ehtiyatları səfərbərliyə almaq lazımdır! - deyə Lalə, dəb halına gəlmiş bir cümlə ilə ərinə baxıb güldü və bununla da müharibə illərində trestdəki daxili ehtiyatlann qurtardığına işarə etmək istədi. Amma Qüdrət sir-sifətinə ciddi bir İfada verdi, son zamanlar fəh lələ rin topladıqları və təmir edib işə saldığı köhnə avadanlığı xatırlayaraq, arvadma da bu yolla kömək eləm ək istədi: 180
- Sən gülürsən, ancaq yenə da istifadə olunmamış şeylər çoxdur, orada-burada atılıb qalmış alotləri, boruları işə saldırmışam. Son vaxt larda uşaqlar qəribə bir üsul ixtira eləyiblər. Lazım olmayan dəniz v ış- kalannı sökmədən bir yerdən başqa yerə köçürürlor. Bilirsən bu bizim işimizi nə qədər asanlaşdırır? Lalo başmı buladı: -- Yox, bizdə belə deyil. İstifadə olunmamış bir mismar da qalma yıb... Qüdrət nazik doğranmış çörəkdən bir parça götürüb üstünə yağla