mürgüləyirdi. O, evinə yetişəndə hamını yatmış bilib, cibindən öz açarını çıxar dı v ə qapını səssizcə açdı. Yemək otağının işığım yanan gördükdə, “hələ oyaqdırlar” deyə düşünüb uşaq kimi sevindi. Dəhlizdən yemək 178
otağına adlayanda, onu gözləməkdən yorulub, başını stola söykəyərək yatmış Laləni gördü. Onu oyatmamaq üçün ayaqlarının ucunda yeridi, süfrəyə səliqə ilə düzülmüş çay dəsgahına baxdı və səssizcə əyilib Lalənin açıq boynundan öpdü. Lalə azacıq diksinərək gözlərini açdı vo ərini görüb yuxulu-yuxulu gülümsündü: - Bu gün na əcəb belə tez? - deyə incə bir kinayə ilə xəbər aldı. Qüdrət əlindəki tufliləri pianonun üstünə qoyub Laləyə cavab ver mədən anası yatan otağa keçdi. Qapım açıq qoyub, bəridən düşən işıq da anası ilə yanaşı çarpayıda uzanmış qızmı gördü və aşağı əyilib onun da üzündən öpdü. Tükezban yuxudan hovlnak oyandı: - Sensən? - deyə ürəyi bərk döyünə-döyünə oğlunun üzünə həsrət dolu gözlərilə bir xeyli baxdı: - İşlərin no təhərdir, qadan ürəyimə? Qüdrət həm işə belə sayıq yatan qoca anasını yuxudan oyatdığına təəssüfləndi: - Sən yat, ana can, - dedi, - bilirəm, Şirmayı sani yorub, haldan salıb... Şeytan gör necə yatıb? Gündüz o qədər ora-bura vurnuxur ki, yanında top da atsan yuxudan oyanmaz. Tükəzban yerindən qalxmaq istərkən, Qüdrət onun çiynindən tutub qoymadı: - Nahaq qalxırsan, ana can... - dedi. - Lalə buradadır, hər şeyi hazır eləyib... Amma o qədər gözləyib ki, axırda yorulub yatıb... Tükəzban, oğlundan yaşınırmış kimi, anq çiyinlərini nazik yor ğanda gizlətdi, bır oğluna, bir də nəvəsinə baxdı, ele bil damağında ailə səadətinin bütün şirinliyini duyub, bir-iki defə ağzını marçıldatdı.