Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


məyib, açıq danışmasını bəyəndim. Əgər o etirazım deməkdən



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə217/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   213   214   215   216   217   218   219   220   ...   382
Sechilmish eserleri II cild

məyib, açıq danışmasını bəyəndim. Əgər o etirazım deməkdən
qorxsaydı, mən trestdəki əhvali-ruhiyyəni düzgün təyin edə bilm əz­
dim, çıxardığım nəticə yanlış ola bilərdi, kor-koranə işləyib tresti bir
yana çıxara bilməzdim. Amma indi haradan menə zerbo dəyəcəyini
əvvəldən bilirəm, ona görə do hazırlaşıram, ayağımın altım bərkidi­
rəm. Xülasə, məna ele gəlir ki, xahişim sənə aydın oldu.
Qüdrət yenə saatına baxdı. On iki tamama bircə dəqiqə qalırdı:
— Baş mühəndis buruqdadır. Əminəm kİ, avariyanı tezliklə ləğv
edib qayıdacaq. - Qüdrət qızının tuflisini götürüb qapıya yanaşdı ve
çiyni üzərindən Bədirliyə baxaraq soruşdu: - Getmirsən?
Bədirli də onun dalınca çıxdı:
— M ən bu gün növbədəyəm, - dedi, - siz buyurun, gedin.
Qüdrət evinə yola düşdü. O, şəhərə çatanda hələ küçələrdən ayaq
kəsilməmişdi.
Hər iki tərəfdən şütüyərək, asfalt üzərində süzən avtomobillərin
fənərləri evlərin aynasına və asfalta əks edir, kinolardan, teatrlardan
qayıdan adamların üzünü işıqlandıraraq keçirdi. Bu adamlar elə bil
müharibə zamanındakı qaranlıq gecələrin heyfini almaq üçün yavaş­
-yavaş, sallana-sallana yeriyirdilər. Yoxuşsıız küçə saysız-hesabsız
işıqlar içində üzürdü. Cınqıldayaraq ötən tramvayların baş tərəfində,
zəfər bayramından indiyədək parıldayan qızıl işıqlar yanırdı. Dörd
üdən bəri zil qaranlıqda yatan şəhər, indi artıq bütün gözəlliyi ilə rəng
verib-rəng almaqda idi. Bütün gecələri göy kağızlarla örtülüb toz
basmış pəncərələrdən indi göz qamaşdıran işıq sütunları uzanırdı.
Qüdrət doğma şəhərin ta uşaqlıqdan sevdiyi bu axşam sərinində
maşınının yan şüşəsini açıq qoyub rahat-rahat nəfəs alır, yorğunluqdan
x ə fif bir tərzdə sızıldayan bədəninin ağrısım unudaraq, şirin-şirin

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin