bütün başqa hissləri üzərində hakim olsun. Bu vaxt onun məhəbbəti də, hissi, ehtirası da, nə isə, daha dərin bir məna kəsb edir. Təsəvvür elə ki, biz yalnız evlə-eşikle məşğul olub, əlimizi ağdan-qaraya vurmuruq. Biz belə həyatdan nə ləzzət ala bilərik? - Bu cür həyatdan lozzət alanlar var, ya yox? - Var, Əlbəttə ki, var. Amma bu nece ləzzətdir? Yox, əzizim , mən şəxsən belə həyatm gözəlliyinə inana bilmirəm. Yəqin ki, bu cür adamların evində hava da azlıq eləyir? Bu anda qonşu otaqdan kaman səsi eşidildi. Ərlə-arvad söhbətə ara verdi. Kaman çalan Dmitri Minayev idi. Lalə çay tökə-tökə, Qüdrət isə hərəkətsiz dayanıb musiqini dinlədi. - Qonşumuz qiyamət çalır. Bilmirəm o nə üçün muzıkant olm a- yı? — deyə Qüdrət yarıciddi, yarızarafat soruşdu. - O, kamanını həmişə yeni ixtira üzərində işləyəndə çalır, - deyə Lalə otağın dilsiz sükutunu pozdu. - N ə ixtira eləyir? - deyə Qüdrət də maraqlandı. Lalə, çayla dolu stəkanları gətirib stolun üstünə qoydu. Amma Qüdrətin fikri-zikri yenə də Minayevdə idi. Onun istedadlı bir ixtiraçı olduğunu çoxdan bilirdi, hətta özü Minayevin vaxtilə heç kəsi yaxın qoymağa cəsarət etmədiyi qiymətli bir İxtirasını öz trestinin m ədənlə rində təcrübədən keçirməyə razı olmuş və çox gözəl nəticələr əldo et mişdi. Odur ki,' ixtira adı gələndə, Qüdrət ondan dörd əlli yapışırdı. 184 ( H v .
Lalə hər gün Minayevin ixtirası İle maraqlanır və baş mühəndisi tələsdirirdi. Ancaq bu xüsusda ərinə ilk dəfə indi məlumat verirdi. - Əgər onun ixtirasını təcrübədən keçirib yararlı olduğunu görsək, böyük yenilik olacaq, - dedi. - Təzə qazılan quyulardakı iş sürəti çox artacaq, Qüdrət sevincindən qalxıb oturdu: - Bəs niyə bunu mənə deməmisən? B elə ixtiralar hamıdan qabaq