- Sakit ol, Qüdrət, - dedi, - daha niyə qışqırırsan? Qonşular cşit- sələr no deyərlər? - M ən rəsmi etiraz edəcəyəm ! — deyə Qüdrət daha da əsəbi bir halda səsləndi. Lalə boynunu azca yana sarı əyərək, ərini sülhə çağırdı. - İstəmirsən, istəmə. Biz düşündük ki, yarış rəqabət deyil, biz hər iki tərəfin qalib gəlməsini arzu edirdik. Axı bıınuqəzetə yazdıran kimdir? Yəni Qüdrət İsmayılzadə o qədər aciz oldu ki, onu yedəyə alırlar? Qüdrət “yedək” sözünü istehzalı bir əda ılo, ağzını əyərək söylə di və osobi halda otaqda var-gəl etdikdən sonra gəlib, yenə yerində əyləşdi. Bu anda Mİnayev balkonda göründü və küçəyə baxan qapıya tərəf gəldi. İsti yay günlərində hər iki ailə bura çıxıb dəyirmi stolun arxa sında oturar, qadınlar söhbət cdor, kişilər isə şahmat oynayardılar. Minayev bu evə məhrəm olduğu üçün, izin istəmədən içəri girdi və təəccüb dolu gözlərini gah Qüdrətə, gah da Laləyə dikərək so ruşdu: - N ə olub, qonşu? Bu nə dava-qalmağaldır? Qüdrət yenə qəzeti göstərdi. - Canım, belə də iş olar? Bizim evimizi yıxan ele bu avral əhval- ruhiyyəsi deyilmi? Hamı ona-buna ümid bağlayır, axırda da bütün trest quyruqda sürünür. N ə üçün siz adamlarımızı işdən soyudub, bizə ziyan vurursunuz? Axı bilmirəm bunuqəzetə yazdıran kimdir? » Minayev: - Qüdrət Salmanoviç, əsəbiləşm əyin, - dedi, - biz sizi yoldaşcası- na yedəyə almaq istəyirik. Lazım deyilsə, briqadaların hamısını geri qaytararıq. - Biz onları heç qəbul etmək fikrində olmamışıq da. Ancaq mənim trestimdə bu qəzeti oxuyanlar indi məndən narazılıq eləyəcəklər ki, göndərilən köməyi geri qaytarıram. - Qüdrət əlilə havanı yardı: - K.orlamısınız bütün işləri...