mənə lazımdır ki... - dedi. - Deməmişəm, çünki məndən xahiş eləyib ki, heç kəs bilməsin. Hələlik 02 aramızda qalsın, Qurtarandan sonra boğazından assan da gizlətməyəcək. Qüdrət ayağa qalxdı v ə pianonun üstündəki təzə qəzetləri gətirib gözdən keçindi. Aralarındakı sükut zamanı kaman səsi yenə aydm eşi dildi. Minayev həzin bir hava çalırdı. Ərlə arvad elo bil musiqinin ahəngindən ixtiranın asanını və çərinmi başa gəldiyini bilməyə tə ləsirdilər. Ancaq bunubilmek mümkün deyildi. Çünki Minayevin tit rəyən barmaqları ucundan süzülən səs dalğaları, elə bil yalnız şəhər üzərində qanad gərmiş gecə sükutunun dərinliyini ifadə edirdi. Əgər o, çaldığı hava ılo ürəyindən xəbər versəydi, bəlkə de onun sevindiyi və kədərləndiyi bilinərdi və bununla da Qüdrət İxtiranın nə yerdə ol duğunu təxminən hiss edo bilərdi. Kaman susdu. Qüdrət oxuduğu qəzetdə tıəyi isə görüb ayağa qalxdı. Lalo onun birdən-birə ağaran üzünə baxarkən, ıki-üç dəfə udqundu. Əri haqqın da nə isə təhqiramiz bir söz yazıldığını güman edib həyəcanlandı: - Sənə nə oldu, Qüdrət? - dedi, - rəngin niyə qaçdı? Qüdrət hirslə əlini qəzetə çırparaq, üçüncü səhifədə çap olunmuş bir qeydi gösterdi. Bu qeyddə Lalə İsmayılzadənin trestindən Qüdrət İsmayılzadənin trestinə fəhlə qüvvəsilə kömək gəldiyi yazılmışdı. Qeydin sonunda “Yarışanlar bir-birini ruhlandırırlar” cümləsi iri hərf lərlə yığılmışdı. - Axı bu köməyi sizdən kim istəyir? - deyə Qüdrət qəzeti havada xışıldadaraq qeyri-ixtiyari qışqırdı. - İşçi qüvvəsinin azlığı haqqında kı söhbət mane, yalnız mane olur. Adamlarda məsuliyyət hissini azal dır. Lalə də ayağa qalxdı: 185