Mehdi HÜseyn s e ç IL m iş ƏSƏRLƏRİ


O qalxıb geyinmoyə başlayanda kabinetin yataq otağına açılan qapısı



Yüklə 7,54 Mb.
Pdf görüntüsü
səhifə234/382
tarix27.12.2023
ölçüsü7,54 Mb.
#199115
1   ...   230   231   232   233   234   235   236   237   ...   382
Sechilmish eserleri II cild

O qalxıb geyinmoyə başlayanda kabinetin yataq otağına açılan qapısı
ağzmda, saçlarım səliqo ilo daramış, yenə də çəhrayı lentini bağlamış,
yanaqları azca qızarmış, gözləri sual və təəccüblə parıldayan Şirmayı
göründü. Üzündə, yaşma heç də uyğun gəlm əyən bir ciddiyyət vardı.
- N ə olub qızım? 
deyə onun sifətindəki dəyişikliyi o dəqiqə
sezən Tükəzban soruşdu.
Şirmayı gah nənəsinin, gah da anasının üzünə baxıb sükut edirdi.
O, birdən Laloyə doğru yönəlib yenə eyni ciddiyyətlə xəbər aldı:
- Ana, “iradə” nə deməkdir?
Lalənin gözləri Şirmayının əlindəki kağız parçasına sataşdı və o, hə­
yəcanla əlini irəli uzadaraq, kağızı dartıb aldı:
- Hər şeyi oxumazlar! - dedi.
- öyrənm ək istəyirəm, ana can, “iradə” nədir. - Qızcığaz püstə
dodaqlarını büzdü və sualında heç bir qəbahət görmədiyindən, köyre-
lib ağlamaq dərəcəsinə gəldi.
Lalo, baş tərəfi mətbəə hərflərilə çap olunmuş bloknot vəroqosin-
də bu sözləri oxudu: “Lalə! Hələlik mənim işimdə qüsur çoxdur.
Ancaq mən heç kəsdən kömək ummaram. Mənim iradəm kafi qədər
möhkəmdir və yanşda qalib gələcəyim ə şübhəm yoxdur. Qüdrət.”
Bu anda eşik qapısının zəngi çalındı. Şirmayı yüyürüb qapını açdı.
Gələn onun musiqi müəlliməsi Sədəf idi. O, tələbəsinin gözlərində
parıldayan yaş daınlalarım dərhal gördü:
191


- Şirmayı, nə olub sənə?
- Heç müəllimə... - deyə qızcığaz özünü saxlaya bilməyib hön­
kürdü.
Sodef onun boynunu qucaqladı və yemək otağındakı pianonun ya­
nına gətirdi. Bu zaman saçlarını arxaya darayıb, adəti üzrə boynunun
ardında toplamış Lalə də gəldi. Sədəfə salam verdi. Onlar əl tutuşdu­
lar, hal-əhval bildilər.

Yüklə 7,54 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin